Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Cəmiyyət 03 İyul 2026, 19:26

389

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tehranın Mehrabad beynəlxalq hava limanında nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, ölkəmizin İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.

Sonra spiker Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti Tehranın Mosallah kompleksində keçirilən vida mərasimində iştirak edib.

Tədbirdə Milli Məclisin sədri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Günel Mövludun həyat yoldaşı Bakıda həbs edildi

Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib.Citypost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib.Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub.Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.

03 İyul 2026, 21:00

Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

Bakının daha iki yol sahəsində təmir işləri aparılır.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, bu məqsədlə paytaxtın bəzi ərazilərində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar qısa müddətlik hərəkət tam məhdudlaşdırılacaq.Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) bu gün saat 21:00-dan iyulun 6-sı, saat 06:00-dək yol tam bağlanacaq.Bundan başqa, Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-ı, saat 07:00-dan iyulun 7-si, saat 23:00-dək yol tam bağlanacaq.Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etsinlər. Müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etsinlər....

03 İyul 2026, 20:45

Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-ın verilən məlumata görə, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vəd verib aldadıb və...

03 İyul 2026, 20:25

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi

Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.Citypost.az-ın məlumatına görə, bununla bağlıdaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi. Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib. Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub. Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.Belə ki,...

03 İyul 2026, 20:18

Azərbaycanlı diaspor rəhbəri Londonda vəfat edib

Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.Qeyd olunub ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik"....

03 İyul 2026, 20:15

Marqarita Simonyanı öldürmək istəyən gəncə hökm oxundu: 25 il

Rusiyanın İkinci Qərb Dairəvi Hərbi Məhkəməsi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.Məhkəmənin qərarına əsasən, Balaşov 25 il həbs cəzası alıb. O, cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. İş qapalı məhkəmə iclasında araşdırılıb, çünki 12 təqsirləndirilən şəxs arasında yetkinlik yaşına çatmayanlar da var.İstintaqın məlumatına görə, Balaşov 2022-ci ildə Moskvada milli-sosializm ideologiyasına bağlı bir qrup yaradıb və tərəfdarları həmin qrupa cəlb edib. 2022-ci ilin sentyabrından 2023-cü ilin...

03 İyul 2026, 20:10