Bizə yazın

Baku

-°C

USD

-

YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib

Cəmiyyət 06 İyul 2026, 22:15

381

İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Yeni Azərbaycan Partiyasından Citypost.az-a verilən xəbərə görə, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.

Daha sonra İlqar İlyasovun partiyanın Qaradağ, Vüsalə Əliyevanın Sədərək, Nicat Ələkbərovun Şahbuz, Zamir Güvəndiyevin Şəmkir, Emil Tağıyevin Xaçmaz və Kamran Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, dövlət başçısı İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclisdə Zimbabve parlamentariləri ilə görüş olub

İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, Milli Məclisinin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.Milli Assambleyanın sədri Yakob Mudenda Zimbabve parlamentinin Azərbaycanla parlamentlərarası əməkdaşlığın və...

06 İyul 2026, 22:38

"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub

"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Bu barədə Citypost.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək....

06 İyul 2026, 21:40

Balaxanının qaz təchizatında fasilə olacaq

Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında sabah qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

06 İyul 2026, 20:30

Masallıda 3 ton yararsız ət aşkarlandı

Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. "Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub....

06 İyul 2026, 19:58

Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunub.Citypost.az xəbər verir ki, sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib....

06 İyul 2026, 19:00

FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.Bu barədə Cityposta.az-a FHN-dən bildirilib.Nazirlik iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

06 İyul 2026, 18:27