Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb 

Cəmiyyət 06 İyul 2026, 14:13

324

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Bu barədə Citypost.az  XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən “C6” əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.

Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Nazir qarşı tərəfə fəaliyyətində uğurlar arzulayıb. BMT-nin yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Auditorlar Palatasının sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs olunub 

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov 2 min manat cərimə olunub, maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub, auditor Fəridə Novruzovaya isə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Fəridə Novruzovanın doğulacaq övladının 14 yaşına qədər cəzası təxirə salınıb. Həmçinin onlara Cinayət Məcəlləsinin 313-cü maddəsi əsasında elan edilən ittihama cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib.Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı hər...

06 İyul 2026, 15:16

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib 

Dövlət Sərhəd Xidmətinin (DSX) Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.Citypost.az xəbər verir ki, bu barədə Mətbuat Mərkəzi məlumat yayıb.Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanıb.Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır.Logistika Mərkəzində isə...

06 İyul 2026, 14:48

Bir həftədə 44 mina və 259 sursat zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyunun 29-dan iyulun 5-nə qədər 21 tank əleyhinə mina, 23 piyada əleyhinə mina, 259 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 2333.3 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində...

06 İyul 2026, 14:27

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.Xəsarət alan olmayıb.Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub....

06 İyul 2026, 13:22

Sabah çimərliklərdə 25 dərəcə isti gözlənilir 

Abşeron çimərliklərində iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

06 İyul 2026, 13:05

AQTA sədrinə yeni müavin təyin olunub 

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

06 İyul 2026, 12:55