Sabah 37 dərəcə isti olacaq
Cəmiyyət 06 İyul 2026, 12:41
376
İyulun 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-29° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.Xəsarət alan olmayıb.Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub....
06 İyul 2026, 13:22
Sabah çimərliklərdə 25 dərəcə isti gözlənilir
Abşeron çimərliklərində iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
06 İyul 2026, 13:05
AQTA sədrinə yeni müavin təyin olunub
Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
06 İyul 2026, 12:55
Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.Bu barədə Citypost.az-a cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir:"Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə...
06 İyul 2026, 11:23
Prezident İlham Əliyev Malavi liderini təbrik edib
Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram"....
06 İyul 2026, 11:19
Tural İrfan: Hələ də qəbilə təfəkkürü ilə yaşayırıq
Bir musiqi parçası, mahnı paylaşıblar. Altında adamlar nəyin mübahisəsini aparsalar yaxşıdır? O, deyir bunu oxuyan bizim rayondandır, bu deyir yox, bizim rayondandır. Digəri deyir, ibtidai təhsilini bizim kənddə alıb, sonra sizin kəndə gedib. Bir başqası deyir, özü də əmim nəvəsi düşür, mənim qohumumdur ...Mağara qaydaları, daş dövrünün qəbilə təfəkkürü, orta əsrlərin tayfabazlıq ənənəsi, hələ də davam edən xanlıqlar dövrünün regionçuluq, yerlibazlıq zehniyyəti insanların beyninə hakimdir. Bir də ki, savadsızlığı, cahilliyi göstərir bu. Bir dəfə konsertdə yanımdakılar axıra kimi müğənninin paltarını, geyimini onun qiymətini, enini - uzununu, hətta ailə həyatını müzakirə etdilər. Niyə? Çünki musiqi zövqü yoxdur ki, səsini kəsib qulaq...
06 İyul 2026, 10:51