Milli Məclisdə Zimbabve parlamentariləri ilə görüş olub
Cəmiyyət 06 İyul 2026, 22:38
333
İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Citypost.az xəbər verir ki, Milli Məclisinin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Milli Assambleyanın sədri Yakob Mudenda Zimbabve parlamentinin Azərbaycanla parlamentlərarası əməkdaşlığın və dialoqun genişləndirilməsində maraqlı olduğunu bildirib. Bu əlaqələrin iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zaur Şükürov, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Nigar Məmmədova, Zimbabve Milli Assambleyasının Xarici əlaqələr və beynəlxalq ticarət komitəsinin sədri Şamu Vebster Kotivani çıxış ediblər. Onlar beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət, iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin oxuyun
Söhbətdə tərəflər beynəlxalq parlament platformalarında əməkdaşlığın davam etdirilməsinin, inkişaf etməkdə olan ölkələri narahat edən qlobal məsələlər üzrə birgə fəaliyyətin gücləndirilməsinin, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan–Zimbabve münasibətlərinin müxtəlif istiqamətləri müzakirə olunub, iqtisadi əməkdaşlıq imkanlarına toxunulub, parlamentlərarası əlaqələrin genişləndirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.Yeni Azərbaycan Partiyasından Citypost.az-a verilən xəbərə görə, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc...
06 İyul 2026, 22:15
"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub
"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Bu barədə Citypost.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək....
06 İyul 2026, 21:40
Balaxanının qaz təchizatında fasilə olacaq
Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında sabah qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
06 İyul 2026, 20:30
Masallıda 3 ton yararsız ət aşkarlandı
Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.Bildirilib ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. "Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub....
06 İyul 2026, 19:58
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunub.Citypost.az xəbər verir ki, sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib....
06 İyul 2026, 19:00
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.Bu barədə Cityposta.az-a FHN-dən bildirilib.Nazirlik iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
06 İyul 2026, 18:27