Bizə yazın

Baku

-°C

USD

-

Konqoda Eboladan ölənlərin sayı 500 nəfəri ötüb

Dünya 06 İyul 2026, 19:30

425

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 500-ü ötüb.

"Report" xəbər verir ki, bu barədə "ABC News" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Mayın 15-də xəstəliyin yayılması elan edildiyi vaxtdan bəri 1561 yoluxma, o cümlədən 506 ölüm halı qeydə alınıb", - məlumatda bildirilib.

Bununla belə, agentlik qeyd edib ki, bu gün virusla mübarizənin ön cəbhəsində olan işçilər ödənilməyən müavinətlərə və pis əmək şəraitinə görə tətil etməklə hədələyiblər. "Associated Press" yazıb ki, xəstəxana və digər müəssisələrin işçiləri xəstəliyin yayıldığı vaxtdan bəri onlara müavinət ödənilmədiyini və işləmək üçün lazımi materialların olmadığını bildiriblər.

"Virusun yayılması cavab tədbirlərini qabaqlamağa davam edir", - Konqonun Səhiyyə Nazirliyi bazar günü axşam yaydığı son hesabatında vurğulayıb.

Qeyd olunur ki, sonuncu Ebola epidemiyasının yayılmasına səbəb olan Bundibudco virusuna qarşı təsdiqlənmiş peyvəndlərin və ya müalicə üsullarının olmaması mübarizə tədbirlərini çətinləşdirir. Peyvəndi olan və daha çox yayılan Zair virusu son illərdə Konqoda bu xəstəliyin 16 yayılma halının əksəriyyətinə səbəb olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb."Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.

06 İyul 2026, 20:14

Rütte: Rusiya heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək

Rusiya mülki infrastruktura zərbələr endirməklə belə, heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək."Report" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte alyansın Ankaradakı sammiti ərəfəsində keçirilən mətbuat konfransında bildirib."Ötən gecə Ukraynanın dinc sakinlərinə, infrastruktur obyektlərinə və şəhərlərinə qarşı hücum həyata keçirilib. İnsanlar həlak olub. Lakin Rusiya bu yolla heç vaxt bu müharibədə qalib gələ bilməyəcək", - Rütte deyib.NATO-nun Baş katibi vurğulayıb ki, Rusiya tərəfindən gələn təhlükə real olaraq qalır, Ukraynanın isə hava hücumundan müdafiəsi gücləndirilməlidir.Rüttenin sözlərinə görə, cəbhədəki əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya aqressiv fəaliyyətini davam etdirir. O qeyd edib ki, hərbi baxımdan Ukrayna Rusiya iqtisadiyyatına təzyiq göstərməklə...

06 İyul 2026, 19:50

Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm

İranda rejim dəyişikliyi axtarışında deyiləm.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.“Mən rejim dəyişikliyi axtarışında deyiləm. Əslində, bu elə rejim dəyişikliyidir. Birinci rejim getdi, ikinci rejim də getdi. Bu, üçüncü rejimdir və düşünürəm ki, bu rejim daha məntiqli davranır”, - Tramp qeyd edib.O, İranla müharibəyə başlayanda əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bildirib.Tramp ABŞ-ın İranda olan “nüvə tozu”nu (400 kq-dan çox zənginləşdirilmiş uran maddəsi) alacağını da vurğulayıb....

06 İyul 2026, 18:38

Ermənistan Pakistanda ilk səfirini təyin edib 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın ölkənin Pakistandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bununla da, o, Ermənistanın Pakistandakı ilk səfiri olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb."Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - fərmanda bildirilib.Qeyd edək ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar. (Report)...

06 İyul 2026, 17:19

Trampın Ankarada qalacağı hotelin ətrafında baryerlər quraşdırılıb

ABŞ Prezidenti Donald Trampın NATO Sammiti çərçivəsində Ankarada qalacağı otelin ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.APA-nın Türkiyə bürosu xəbər verir ki, əraziyə baryerlər quraşdırılıb, giriş-çıxışlar ciddi nəzarətə götürülüb.Hotelin ətrafında polis əməkdaşları gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək.Qeyd edək ki, Donald Trampın sabah Ankaraya gələcəyi gözlənilir. ABŞ prezidentinin NATO sammitində 1000 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyi bildirilir.

06 İyul 2026, 16:05

Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub 

Kabardin-Balkarda (Rusiya) bir alpinist Elbrus dağına qalxarkən həlak olub."Report" xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin (FHN) regional Baş İdarəsinə istinadən məlumat yayıb."Moskva vaxtı ilə 13:10-da Elbrus dağında (təxminən 5,5 min metr hündürlükdə) dağa qalxarkən alpinistin həlak olması barədə məlumat daxil olub. Məlumat şahidlər tərəfindən verilib. Qeydiyyatı və şəxsiyyəti barədə məlumat yoxdur", - FHN-dən bildirilib.Qeyd edilib ki, profilaktik işlərlə əlaqədar kanat yolları dayandırılıb. Alpinistin meyitinin təxliyəsi xilasedicilər tərəfindən kanat yolları işə salındıqdan sonra, axşam saatlarına planlaşdırılıb....

06 İyul 2026, 16:00