Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Rusiyaya nota verib 

Cəmiyyət 06 İyul 2026, 16:21

392

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Citypost.az Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.

Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hərbi təhsil sahəsində əməkdaşlıq Naxçıvanda müzakirə edilib

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib, xatirəsini ehtiramla anıblar.Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov nümayəndə...

06 İyul 2026, 17:38

Rasmussen Avropanı Trampa qarşı daha praqmatik olmağa çağırıb 

"Avropa ABŞ prezidenti Donald Trampla münasibətlərində daha praqmatik yanaşma nümayiş etdirməli və Ukraynaya yardım müqabilində Hörmüz boğazında gəmiçilik məsələsinin həllində ona kömək təklif etməlidir".Citypost.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi (2009-2014) Anders Foq Rasmussen "El Mundo"ya müsahibəsində deyib.Onun sözlərinə görə, il artıq çox pis başlayıb, Amerika liderinin Qrenlandiya ilə bağlı təhdidləri və müttəfiqlərini İrandakı hərbi əməliyyat barədə məlumatlandırmaması ilə: "Düşünürəm ki, avropalılar daha praqmatik mövqe tutmalıdırlar. Trampa deyin: "Əgər bizə Ukrayna məsələsində kömək etsəniz, Hörmüz boğazı ilə bağlı sizə kömək edəcəyik".Onun sözlərinə görə, hər bir NATO baş katibi "əsas maraqlı tərəfi olan ABŞ-nin maraqlarını təmin etməlidir,...

06 İyul 2026, 17:30

FHN Sumqayıtda fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri keçirdi 

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Citypost.az xəbər verir ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri...

06 İyul 2026, 17:00

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, imişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

06 İyul 2026, 16:45

Auditorlar Palatasının sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs olunub 

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov 2 min manat cərimə olunub, maliyyəçi-mühasib Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub, auditor Fəridə Novruzovaya isə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Fəridə Novruzovanın doğulacaq övladının 14 yaşına qədər cəzası təxirə salınıb. Həmçinin onlara Cinayət Məcəlləsinin 313-cü maddəsi əsasında elan edilən ittihama cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib.Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı hər...

06 İyul 2026, 15:16

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib 

Dövlət Sərhəd Xidmətinin (DSX) Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib.Citypost.az xəbər verir ki, bu barədə Mətbuat Mərkəzi məlumat yayıb.Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırıldığı, sərhəd mühafizəsinin etibarlılığının artırılması istiqamətində mühüm nəticələrin əldə olunduğu xüsusi vurğulanıb.Qeyd edilib ki, xidməti istifadəyə verilən Tədris Mərkəzində sərhəd nəzarəti sahəsində peşəkar kadrların hazırlanması məqsədilə müasir tədris sinifləri, ixtisaslaşdırılmış auditoriyalar, inzibati və yardımçı otaqlar yaradılmış, tədris prosesinin yüksək səviyyədə təşkili üçün zəruri baza formalaşdırılmışdır.Logistika Mərkəzində isə...

06 İyul 2026, 14:48