Trampın Ankarada qalacağı hotelin ətrafında baryerlər quraşdırılıb
Dünya 06 İyul 2026, 16:05
351
ABŞ Prezidenti Donald Trampın NATO Sammiti çərçivəsində Ankarada qalacağı otelin ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, əraziyə baryerlər quraşdırılıb, giriş-çıxışlar ciddi nəzarətə götürülüb.
Hotelin ətrafında polis əməkdaşları gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək.
Həmçinin oxuyun
Qeyd edək ki, Donald Trampın sabah Ankaraya gələcəyi gözlənilir. ABŞ prezidentinin NATO sammitində 1000 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcəyi bildirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistan Pakistanda ilk səfirini təyin edib
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın ölkənin Pakistandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Bununla da, o, Ermənistanın Pakistandakı ilk səfiri olacaq.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb."Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan eyni zamanda Pakistanda səfir (iqamətgahı Əbu-Dabidə olmaqla) təyin edilir", - fərmanda bildirilib.Qeyd edək ki, Ermənistan və Pakistan 2025-ci il avqustun 31-i rəsmi olaraq diplomatik münasibətlər qurublar. (Report)...
06 İyul 2026, 17:19
Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub
Kabardin-Balkarda (Rusiya) bir alpinist Elbrus dağına qalxarkən həlak olub."Report" xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin (FHN) regional Baş İdarəsinə istinadən məlumat yayıb."Moskva vaxtı ilə 13:10-da Elbrus dağında (təxminən 5,5 min metr hündürlükdə) dağa qalxarkən alpinistin həlak olması barədə məlumat daxil olub. Məlumat şahidlər tərəfindən verilib. Qeydiyyatı və şəxsiyyəti barədə məlumat yoxdur", - FHN-dən bildirilib.Qeyd edilib ki, profilaktik işlərlə əlaqədar kanat yolları dayandırılıb. Alpinistin meyitinin təxliyəsi xilasedicilər tərəfindən kanat yolları işə salındıqdan sonra, axşam saatlarına planlaşdırılıb....
06 İyul 2026, 16:00
"Vahid Rusiya" Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb
Rusiyanın hakim "Vahid Rusiya" partiyası Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb.APA-nın Rusiya bürosu xəbər verir ki, qərar partiyanın Qroznıda keçirilən regional bölməsinin konfransında yekdilliklə qəbul edilib.Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistanın rəhbəri vəzifəsini tutur. Ona qədər, 2007-2011-ci illərdə respublikanın prezidenti, 2005-2006-ci ilıərdə isə baş naziri vəzifələrini tutub.
06 İyul 2026, 15:44
Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir və burada ölkə rəsmiləri ilə görüşlər keçirəcək.Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin xüsusi nümayəndəsinin Brüsseldəki ofisindən bildirilib.M.Qrononun ofisindən səfər proqramının digər təfərrüatları açıqlanmayıb.Daha əvvəl Maqdalena Qrono Azərbaycana səfər edib və iyunun 25-26-da burada ölkə rəsmiləri ilə görüşlər keçirib.
06 İyul 2026, 14:00
Quterreş: Süni intellektin qlobal qaydalarla tənzimlənməsinə ehtiyac var
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin sürətli inkişafının qlobal səviyyədə yeni çağırışlar yaratdığını bildirərək, bu sahədə beynəlxalq qaydaların müəyyən edilməsinin vacibliyini vurğulayıb.Citypost.az Reuters-ə istinadən xəbər verir ki, Antonio Quterreş bu fikirləri Cenevrədə keçirilən BMT-nin Süni İntellekt İdarəçiliyi üzrə ilk Qlobal Dialoqunda səsləndirib.Baş katib qeyd edib ki, süni intellekt iqtisadiyyatı yenidən formalaşdırmaq, əmək bazarını dəyişmək, seçkilərə təsir göstərmək və təhlükəsizlik balansını pozmaq potensialına malikdir. Onun sözlərinə görə, texnologiya onu yaradanların belə uyğunlaşa biləcəyindən daha sürətlə inkişaf edir.Quterreş xüsusilə uşaqların və həssas qrupların mümkün risklərdən qorunması üçün süni intellektin qlobal səviyyədə razılaşdırılmış qaydalar əsasında idarə olunmasının vacibliyini vurğulayıb.Baş katib bildirib ki,...
06 İyul 2026, 12:39
Nyu-Cersidə milyonluq malikanə rəsmi sənədlərdə 10 dollara satılıb
ABŞ-ın Nyu-Cersi ştatında yerləşən və bölgənin ən bahalı mülklərindən biri hesab olunan malikanə rəsmi sənədlərdə cəmi 10 dollara satılmış kimi qeyd edilib.Citypost.az New York Post nəşrinə istinadən xəbər verir ki,nüfuzlu Alpine bölgəsində yerləşən malikanə 2025-ci ilin mart ayında Daniyar Kesikbayevin adına keçirilib. Kadastr sənədlərində əməliyyatın dəyəri 10 dollar göstərilsə də, bu cür simvolik məbləğ əlaqəli tərəflər arasında əmlakın ötürülməsi zamanı tez-tez istifadə olunan hüquqi praktikadır.ABŞ-ın Daxili Gəlirlər Xidməti (IRS) isə 2026-cı ildə malikanənin bazar dəyərini 35,5 milyon dollar qiymətləndirib.Məlumata görə, 2012-ci ildə həmin əmlak Kesikbayevlə əlaqələndirilən şirkət tərəfindən 20 milyon dollara alınmışdı. O zaman bu satış Nyu-Cersi tarixinin ən bahalı...
06 İyul 2026, 12:36