Bizə yazın

Baku

-°C

USD

-

Gənc yazıçı: Elçin unudulmağa məhkumdur

Söz adamı 08 İyul 2026, 11:43

437

Artıq Fikrət Qocadan sonra ikinci yada düşməyən, özü qarışıq əsərləri belə unudulan digər bir yazıçımızın da Elçin olduğunu desək, yəqin ki, yanılmarıq. Azərbaycan kimi ölkədə bu cür bir hal, doğrudan da ilahi ədalətdir, haqqdır. 

Bəs niyə belədir?

Ədalətlə danışsaq, Anar atası Rəsul Rzadan istedadlı adamdır. Ancaq bu ədalət İlyas Əfəndiyevin oğlu Elçin üçün keçərli deyil. Daha dəqiq, o yazıçı kimi heç atasının kölgəsində də qala bilməyən yazıçıdır. 

Baxmayaraq ki, Elçin ömür uzunu yazıb-yaradıb, ancaq o bu gün xatırlananda da daha çox yüksək postları tutan məmur kimi xatırlanır. Yəni məsələ yazıçının vəzifə sahibi olmağı deyil. Məsələ vəzifədə olanda da yazçı ola bilməkdir. 

Təəssüf ki, Elçin bunu bacara bilməmişdi. 

Əgər 60-cı illər ədəbi nəslinin yaxşı yazıçılarının adını çəkmək lazım gəlsə, Elçinin adı ən sonda çəkilməlidir. Çünki onu yazıçı kimi öz nəsildaşlarının heç biri ilə müqayisə etmək olmur. 

Məsələn, biz “Anar, yoxsa Əkrəm?” deyə bilərik. Ancaq “Anar və Elçin”, “Elçin və Əkrəm” kimi və s. qarşılaşdırma apara bilmirik. 

Zənnimcə, "Mahmud və Məryəm", "Ölüm hökmü" romanlarını çıxsaq, onun ümumi yaradıcılığı ortabablıq nümunəsidir. 

Başqa sözlə desək, Elçin, əslində, peşəkar qrafomandır. 

Hər şeydən əvvəl, Elçin mahiyyət etibarı ilə yazıçı deyildi. 

O, dünyasını dəyişə günə qədər daim özünü təbliğ etməyə hesablanmış bir ömür sürdü. Ancaq bu təbliğatın altı boş idi. 

Məsələn, uzun illər teatrlarda, az qala, ancaq onun və atasının əsərləri idi, vəzifələrinin, imkanının hesabına daim özünü tərcümə elətdirir və guya dünyaya çıxırdı. 

Lakin zaman nəyi göstərdi? 

Məsələn, bu gün artıq dünyada olmayan Elçindən geriyə nə qalıb? 

Az qala ən məşhur əsərləri də gənc nəsil tərəfindən axtarılmır, oxunulmur. Super!

Bəs o boyda həngamə nə idi?

Bəs hara getdi o qədər təbliğat? 

Bəs hara getdi tədbirlər, tərcümələr, nəşrlər, səlahiyyətlər hesabına qurulan səhnələr?

Dolayısı ilə, Elçin hər yerdə göründü, ancaq heç yerdə qalmadı. 

Bir vaxtlar onu adını eşitməmək mümkün deyildi. Bu gün isə adını eşitmək üçün xüsusi səbəb axtarmaq lazım gəlir.

Bir zamanlar Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Baş Nazirinin müavini olan, saysız-hesabsız mükafatlara yiyələnən, ancaq bu şərtlər altında belə böyük yazıçı ola bilməyən Elçin, əslində, unudulmağa məhkumdur. 

Allah rəhmət eləsin!

Orxan Saffari

P.S.Yazıda göstərilən fikirlərə görə sayt heç bir məsuliyyət daşımır

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli Zemfira Şahbazovadan YAZDI 

Məhkəmədən göndərilən məktub əsasında onun və çalışdığı kafedranın müəllimi Təranə İsmayılovanın mənim müsahibəmə linqvist-ekspert təyin olunmalarına etiraz edirdim. Sırf mənəvi mülahizələr səbəbindən ekspertlərin, ümumiyyətlə, çalışdığım BDU-dan olmasını istəmirdim. Bununla bağlı məhkəməyə davamlı etirazımı bildirirdim, amma Yasamal məhkəməsi iddiamı qəbul etmirdi.  Mən özümə görə deyil (çünki Avropa Məhkəməsinə qədər getməyi göz altına almışdım) iki xanım dilçinin təzyiq altında  mənfi rəy yazaraq ciddi qınağa gələcəklərindən ehtiyat edirdim. Çünki onları şəxsən BDU-nun ovaxtkı rektoru (ak.Abel Məhərrəmov) özü seçmişdi, yəqin ki, güvənirdi. Rektor isə məni məhkəməyə vermiş və ən müxtəlif üsullarla həbsimə çalışan AzTV sədri (A.Alışanov) ilə yaxın idi. Ən azı o günlərdə bu...

08 İyul 2026, 12:23

Orxan Saffari Kamal Abdullanı sərt tənqid etdi

Bu sicilləməni oxuyanınız var?)***Kamal Abdullanın ictimai obrazı haqqında tənqid edilən zaman deyilən bir mənasız söz də var: “Əsərləri əladır”. Bəs doğrudan da belədirmi?Məsələn, onun “Sehrbazlar dərəsi” əsəri niyə əla yox, başdan ayağa sicilləmədir?Əvvəlcə onu deyərdim ki, “Sehrbazlar dərəsi” romanında ümumiyyətlə sehr, sirr adına heç nə yoxdur. Onun sirr, sehr dediyi nəsnə primitivliyi, mənasızlığı mistika adı ilə sıramaq cəhdlərindən başqa bir şey deyildir ki, Allaha min şükür, bu da uğursuz alınıb. Ancaq maraqlıdır ki, əsər illər boyu postmodernizm, mifopoetik təfəkkür, fəlsəfi roman, intellektual nəsr kimi təqdim olunmuş, Azərbaycan ədəbiyyatında yeni mərhələnin nümunəsi kimi qiymətləndirilmişdir. Təəssüf. Obrazlı desək, bu əsərdə həqiqətən də sehr, sirr yox, qeyri-müəyyənlik var. Əsər haqqında...

08 İyul 2026, 11:55

 Beş qoşanın adamına

(Bu gün AYB-də 60 illik yubileyi qeyd olunacaq ünlü ədəbiyyatşünas, tənqidçi ƏSƏD CAHANGİRƏ)Təbin, məntiqin titan;Bu coşquya nə sədd var?!.Beşləri qoşa atanTaledə tüm məqsəd var...Agah söz ilki sənə;Verilmiş bilgi sənə...Ey xocam, bil ki, sənəÇoxusunda həsəd var...İyirmi birinci əsrinSən-Mücirəddin qəsri...Poeziyanı, nəsriHər yozumunda hədd var.Rəyin bölünməz, təkdir,Ruhunda nə var- həqdir.Saf duyduğunda təqdir,Duyğusuzluğa rədd var!..Sənət meydanı daşlı...Gah zəhərli, gah aşlı...Ölüm-itim savaşlı --Bu yolda çox "cəsəd" var...Bir şair ömrü sürdüm...Xəyallarımla kürdüm...Qələm götürüb, gördümQarşımda tək ƏSƏD var!..             Yusif Nəğməkar                     06.07.2026....

06 İyul 2026, 10:24

Qulu Məhərrəmli: "Adil İsmayılov cəmiyyət üçün qənimət insan idi"

Dostlarımızdan birinin görüş-müzakirəyə çağırdığı Pirşağıdakı bağdan biz Adil İsmayılovla eyni vaxtda  çıxdıq. Məlum oldu ki, ikimiz də eyni istiqamətə gedirik. Mən Nardarana-bağa, o isə Mərdəkana tərəf. Mən deyəndə ki,  yolüstü İlyas İsmayılova dəyəcəm, günortadan danışmışam, Adil müəllimin gözləri güldü, "nə gözəl iş oldu, gedərik, elə mən də İlyas müəllimi görərəm" dedi.     Uzun illər idi bağda yaşayan İlyas müəllimlə ayaqüstü  görüş çox uzandı. Çay süfrəsi arxasında söz-sözü  çəkirdi. Əvvəl mediadan, TV-dən danışdıq, sonra cəmiyyətdəki ümumi mənəvi ovqatdan, problemlərdən söz düşdü.  Daha sonra iki nüfuzlu hüquq adamının öz sahələri barədə  bir qədər açıq söhbətləri başladı. Bu iki dürüst və dərin adamın...

06 İyul 2026, 10:16

Həsən bəy Zərdabi – Milli Oyanışın Böyük Carçısı

Həsən bəy Zərdabi Azərbaycan xalqının milli oyanış tarixində, maarifçilik salnaməsində və mətbuat salnaməsində silinməz iz qoymuş dahi şəxsiyyətlərdən biridir. O, təkcə ilk milli qəzetimizin banisi deyil, həm də xalqın tərəqqisini elmdə, təhsildə və milli şüurun yüksəlişində görən böyük mütəfəkkir idi. Onun bütün həyatı cəhalətə qarşı mübarizə, xalqın maariflənməsi və milli kimliyin formalaşması uğrunda yorulmaz fəaliyyət nümunəsi olmuşdur.XIX əsrin ikinci yarısı Azərbaycan xalqının ictimai, siyasi və mədəni həyatında mürəkkəb, eyni zamanda taleyüklü bir dövr idi. Cəmiyyət savadsızlığın, dini fanatizmin, sosial ədalətsizliyin və milli hüquqsuzluğun ağır yükü altında yaşayırdı. Belə bir zamanda xalqın taleyini düşünən, onun gələcəyini elmdə və maarifdə görən ziyalıların...

30 İyun 2026, 12:33

Kəndinə gəl, Qəzənfər! Geosiyasi "Şəbih" və qaza gələn qəzənfərlər

Tehranın deputatlıq kürsüsündə əyləşən, amma təfəkkürü orta əsrlərin qaranlıq hücrələrindən o yana keçməyən Kamran Qəzənfəri növbəti dəfə elə bir "quş" buraxıb ki, adam baxanda heyrət edir: görəsən, bu qədər məntiqsizliyi və sərsəmləməni bir çıxışa sığışdırmaq üçün hansı xüsusi istedada sahib olmaq lazımdır? Son aylarda İranda Prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin hücumları onsuz da aqressiv xarakter alırdı, amma bu Qəzənfəri bu dəfə tamam "çaşıb" — həm öz prezidentini, həm də Azərbaycanı hədəf seçərək diplomatik etikanı və siyasi məsuliyyəti tamamilə ayaqlar altına atıb.İranın mühafizəkar dairələrinin daxili siyasəti uzun illərdir ki, real idarəçilikdən çox, kütləni emosiyalarla manipulyasiya edən birtərəfli bir teatra —...

28 İyun 2026, 11:02