Orxan Saffari Kamal Abdullanı sərt tənqid etdi
Söz adamı 08 İyul 2026, 11:55
1370
Bu sicilləməni oxuyanınız var?)
***
Kamal Abdullanın ictimai obrazı haqqında tənqid edilən zaman deyilən bir mənasız söz də var:
“Əsərləri əladır”.
Bəs doğrudan da belədirmi?
Məsələn, onun “Sehrbazlar dərəsi” əsəri niyə əla yox, başdan ayağa sicilləmədir?
Əvvəlcə onu deyərdim ki, “Sehrbazlar dərəsi” romanında ümumiyyətlə sehr, sirr adına heç nə yoxdur.
Onun sirr, sehr dediyi nəsnə primitivliyi, mənasızlığı mistika adı ilə sıramaq cəhdlərindən başqa bir şey deyildir ki, Allaha min şükür, bu da uğursuz alınıb.
Ancaq maraqlıdır ki, əsər illər boyu postmodernizm, mifopoetik təfəkkür, fəlsəfi roman, intellektual nəsr kimi təqdim olunmuş, Azərbaycan ədəbiyyatında yeni mərhələnin nümunəsi kimi qiymətləndirilmişdir.
Təəssüf.
Obrazlı desək, bu əsərdə həqiqətən də sehr, sirr yox, qeyri-müəyyənlik var.
Əsər haqqında kifayət qədər tərif-təhlil də öz sözünü deyir. Heç şübhə yoxdur ki, bu təriflərin böyük əksəriyyəti Kamal Abdullanın vəzifələrinə, kimlərəsə etdiyi yaxşılıqlara və digər məsələlərə aiddir.
Əks halda, Kamal Abdulla haqqında cəmi bir adam yazı yazardı, o da mən. Yəni yenə də cür yazıb ədəbi yerini bir daha göstərərdim.
Nədənsə, bu əsər haqqında təriflərin əksəriyyətində eyni məzmunu, mahiyyəti daşıyan söhbətlər yer almaqdadır. Deyəsən, əksəriyyət bir-birindən köçürür.
Məsələn, ən çox təqdir olunan hissələrdən biri də ruhun çağırılmasıdır. Bəlkə on mətndə buna rast gəldim.
Deyərdim, bu səhnə mistik atmosfer baxımından ortabab, dramatik gərginlik baxımından isə ortababın altındadır.
Kamal Abdullanın burada adına sirr dediyi məsələ oxuyan kimi aydın olan bir şeyin gizlənməsidir.
Adam istəyir desin ki, gördüm, gördüm, “zapçek”, çıx.
Daha dəqiq desək, Kamal Abdulla öz aləmində detektiv texnika işlədir. Ancaq nədənsə, bunu mistik estetika kimi təqdim edirlər.
Biz isə hər şeyi öz adı ilə çağırmağın tərəfdarıyıq.
Başqa sözlə, Kamal Abdulla tez-tez simvol və metaforaların sayını artırmaqla mətnə intellektual görüntü verir, vizual olaraq oxucunu aldadır. Üzdə olan bütün texnikaları da birləşdirib deyir ki, bəs bu, postmodernizmdir.
Anan ölsün, ay postmodernizm!
Roman, heç çox uzağa getmədən, əslində, ilk fəsildən zəifliyini göstərir.
Kamal Abdulla dilçiliyindən istifadə edərək onu atmosferə salmaq istəyir. Mən isə bu romana, ilk növbədə, hadisəsiz roman deyərdim.
Başqa sözlə, əsərdə hər şey var, eyni anda heç nə yoxdur.
Roman uzun təsvirlərlə başlasa da, bunların heç biri süjeti irəli aparmır, heç nəyə xidmət eləmir, sadəcə, Kamal Abdulla dilçilik musquluni göstərir.
Görünür, Kamal Abdulla düşünüb ki, nə qədər dramatik yazsa, bir o qədər yaxşıdır.
Başqa cür desək, Kamal Abdulla bu romanda danışmır, göstərir. Hər simvolu izah edir, hər atmosferi uzun-uzadı qurur. Halbuki çox şeyə ehtiyac da yoxdur. Hər “sirri” əvvəlcədən də hiss etdirir.
Bu əsərdə yeganə müsbət cəhət dil məsələsidir. Ancaq necə deyərlər, bunun da əksərən ağını çıxardıb. Elə bilib ki, cümlələr, təsvirlər və arxaik ifadələr çoxaldıqca roman dərinləşir.
Əgər əsəri səmimi qəlbdən bəyənən adam varsa, əminəm, o da Kamal Abdullanın qurduğu söz labirintinə görədir.
Başqa bir məsələ odur ki, romanın əsas motivi həm də Karvanbaşının atası Cəlladbaşı Məmmədqulunun ruhunu çağırmaqdır. Yəni tərifçilər daha çox bu məqamı da qeyd edirlər.
Məsələn, müəllif bu məqsədi dəfələrlə vurğulayır. Ancaq onun daxili ziddiyyətləri, bu istəyin niyəliyi açılmır.
Atasını niyə bu qədər axtarır? Günah hissi keçirirmi? Qəzəblidirmi? Bağışlamaq istəyirmi? Yoxsa sadəcə cavab axtarır?
Bu sualların cavabı verilmir.
Kamal Abdulla bu ruh çağırmağın insan taleyi üçün nə ifadə etdiyini göstərə bilmir. Ancaq tərif yazanlar qeyd edir ki, göstərir. Hanı? Nə göstərib? Axı burada oxucu atasını axtaran adam yox, sadəcə müəllifin ssenarisində hərəkət edən personaj görür. Personajın daxilində nə yanğın var, nə peşmançılıq, nə nifrət, nə də bağışlama ehtiyacı, bir sözlə, heç nə. Sadəcə, “ruh çağırılmalıdır”. Niyə? Çünki Kamal Abdulla belə istəyir.
Ümumiyyətlə, yaxşı mistik əsərdə cavabların hamısı verilməyə bilər. Amma yaxşı mistik əsərdə sualların özü güclü olur. Bu əsərdə isə nə suallar maraqlıdır, nə də cavabların olmaması maraq doğurur.
Bir sözlə, Kamal Abdulla müəammalı cümlələr qurmaqla əsər yazmağa çalışsa da, onun bu əsəri əsir-yesir qalıb.
Ona görə də indən belə tərif yazan adamlara Orxan Saffari tərəfindən aşağıdakı pafoslu, layiq olmayan, yaltaqvari sözləri yazmaq qadağan olunur:
“çoxqatlı mətn”, “mifopoetik təfəkkür”, “şərq və qərb sintezi”, “intellektual nəsr”, “simvollar sistemi”, “postmodern poetika”…
Orxan Saffari
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir az da qumru kimi, anadil kimi ötmək... - Sərvaz HÜSEYNOĞLU
Bəsti Əlibəyli kimi peşəkar tənqidçi və ədəbiyyatşünas olub, eyni peşəkarlıqla şeir yazmaq ədəbi mühitimizdə barmaqla sayılacaq nümunələrdəndi məncə. Deyək ki, bu sırada hələlik yalnız Sabir Rüstəmxanlı və Kamal Abdulla imzası var. Yəni həm ədəbiyyat nəzəriyyəsi, həm ədəbi tənqid, həm də poeziya müstəvisində eyni mükəmməlliyə sahib olanlar sırasındadı Bəsti Əlibəyli.Yaradıcılığında hər üç sahəni yetərincə bir araya gətirməkdə Sabiranə və Kamalanədi.Dahi fizik Albert Eynşteyninin hər kəsə məlum "qəlbən şair olmayanlardan yaxşı riyaziyyatçı olmaz" fikri var. Eyni fikir ucalığından deyə bilərik ki, qəlbən şair olmayanlar mükəmməl ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi ola bilməzlər. Yəni şeirin (və şairin) iç dünyasına, üslub özəlliyinə, romantik aləminə varmadan şeiri...
22 İyul 2026, 11:13
Orxan Saffari: Azərbaycanın tanınmayan Xalq yazıçısı
Azərbaycan Xalq yazıçısı, şairi deyəndə ağıla gələn ilk adlar Sabir Rüstəmxanlı, Anar, Ramiz Rövşən və s. kimi adlar olur. Ancaq heç yazıçıların da yadına düşməyən bir Xalq yazıçısı isə Natiq Rəsulzadədir. Sözün həqiqi mənasında bu gün bir çox yazıçı-şairin tanımadığı Xalq yazıçısıdır o. Diqqət etmişəm, məşhur Xalq yazıçı və şairləri də onunla oturub-durmurlar. Sosial şəbəkədə birlikdə şəkilləri olan Xalq yazıçısı və şairlərin şəkillərinin heç birində Natiq Rəsulzadə yoxdur. Heç tədbirlərdə də iştirak etmir. Görəsən, səbəb nədir?Natiq Rəsulzadə əsasən rus dilli yazıçıdır. Niyə? Bilinmir. Yəni belə Azərbaycanca da gözəl danışır. Ən azından Çingiz Abdullayev kimi deyil. Səlis nitqi var. Ara-sıra verilişlərdə də görmüşəm. Allaha min...
09 İyul 2026, 18:00
Adil Şirindən AYRILIQ şeiri
Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış, Ayrılıq küləyidi bu əsən külək. Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi Sənin pəncərəndə açan ağ çiçək. Ayrılıq göyləridi bu şəhərin göyləri, Ayrılıq mələyidi, ayrılıq mələyidi- Bu göylərin mələkləri. Ayrılıq lələyidi, ayrılıq lələyidi Bəyaz durna lələkləri... Udduğumuz hava da ayrılıq havasıdı, Ulduzlar ayrılıq ulduzlarıdı. Baharlar ayrılıq baharlarıdı, Payızlar ayrılıq payızlarıdı... Ayrılıq yağışları yağır, yağır hələ də, Ayrılıq durnaları uçur, hələ də uçur. Fəsillər ayrılıq fəsilləridi, Hələ də pəncərəndə ayrılıq çiçək açır......
09 İyul 2026, 15:56
Orxan Saffari: Hüseynbala Mirələmov fenomeni və ya vicdanın əzabı
Bir neçə il əvvəl Hüseynbala Mirələmov katibəsi ilə əslində xoş, ancaq cəmiyyət tərəfindən pis qarşılanan görüntü ilə gündəmə gələndə gülümsəmişdim.Əksəriyyət onu söysə də, özüm az qala müdafiə də edəcəkdim ki, ayıbdır, qoca kişidir, deyirsiniz, indi o arpa yeyə bilməz? Yoxsa belə bir qayda var ki, yaşın ötübsə, intim məsələlər tamamilə bitməlidir? Lap üstəlik, əl atan da, atılan da razıdırsa, bizə nə düşüb? Əlbəttə, aydın məsələdir ki, insanların qəzəbi onun özünə idi, kobud əllərinə yox. Halbuki Hüseynbala Mirələmovun indiyə qədər əlinin olduğu ən gözəl, ziyansız iş elə o idi. Sözsüz, əgər Hüseynbala Mirələmov cəmiyyətdə nüfuzlu, sevilən bir adam olsaydı, hamı bu hadisəni xoş...
09 İyul 2026, 10:24
Qulu Məhərrəmli Zemfira Şahbazovadan YAZDI
Məhkəmədən göndərilən məktub əsasında onun və çalışdığı kafedranın müəllimi Təranə İsmayılovanın mənim müsahibəmə linqvist-ekspert təyin olunmalarına etiraz edirdim. Sırf mənəvi mülahizələr səbəbindən ekspertlərin, ümumiyyətlə, çalışdığım BDU-dan olmasını istəmirdim. Bununla bağlı məhkəməyə davamlı etirazımı bildirirdim, amma Yasamal məhkəməsi iddiamı qəbul etmirdi. Mən özümə görə deyil (çünki Avropa Məhkəməsinə qədər getməyi göz altına almışdım) iki xanım dilçinin təzyiq altında mənfi rəy yazaraq ciddi qınağa gələcəklərindən ehtiyat edirdim. Çünki onları şəxsən BDU-nun ovaxtkı rektoru (ak.Abel Məhərrəmov) özü seçmişdi, yəqin ki, güvənirdi. Rektor isə məni məhkəməyə vermiş və ən müxtəlif üsullarla həbsimə çalışan AzTV sədri (A.Alışanov) ilə yaxın idi. Ən azı o günlərdə bu...
08 İyul 2026, 12:23
Gənc yazıçı: Elçin unudulmağa məhkumdur
Artıq Fikrət Qocadan sonra ikinci yada düşməyən, özü qarışıq əsərləri belə unudulan digər bir yazıçımızın da Elçin olduğunu desək, yəqin ki, yanılmarıq. Azərbaycan kimi ölkədə bu cür bir hal, doğrudan da ilahi ədalətdir, haqqdır. Bəs niyə belədir?Ədalətlə danışsaq, Anar atası Rəsul Rzadan istedadlı adamdır. Ancaq bu ədalət İlyas Əfəndiyevin oğlu Elçin üçün keçərli deyil. Daha dəqiq, o yazıçı kimi heç atasının kölgəsində də qala bilməyən yazıçıdır. Baxmayaraq ki, Elçin ömür uzunu yazıb-yaradıb, ancaq o bu gün xatırlananda da daha çox yüksək postları tutan məmur kimi xatırlanır. Yəni məsələ yazıçının vəzifə sahibi olmağı deyil. Məsələ vəzifədə olanda da yazçı ola bilməkdir. Təəssüf ki, Elçin...
08 İyul 2026, 11:43