Bizə yazın

Baku

-°C

USD

-

Fazil Mustafa Rafael Fiziyevin hərəkətini TƏNQİD ETDİ

Cəmiyyət 08 İyul 2026, 11:50

528

Dünyəvi dövlət prinsipinin qorunması unitar dövlət qədər önəmlidir

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması ölkənin unitar dövlət quruluşunun qorunması qədər vacib məsələdir. Onun sözlərinə görə, son dövrlər xüsusilə cənubdan, qərbdən və azərbaycanlıların yaşadığı müxtəlif xarici ölkələrdən bu prinsipə mənfi təsir göstərən meyillər müşahidə olunur.

Fazil Mustafa qeyd edib ki, bu cür hallara artıq ölkə daxilində də rast gəlinir. O, yaxın vaxtlarda keçirilən qaydasız döyüş yarışını nümunə göstərərək bildirib ki, Azərbaycanı təmsil edən idmançı meydana milli musiqi əvəzinə mərsiyə sədaları altında çıxıb, zalı da həmin sədalara qoşaraq dini ideoloji təbliğat aparıb. Deputatın sözlərinə görə, idmançı qələbədən sonra da Azərbaycan bayrağını deyil, bəzi ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirib.

Deputat vurğulayıb ki, bu cür halların artması gələcəkdə Azərbaycanın dünyəvi dövlət mahiyyətinin və prinsiplərinin zədələnməsinə səbəb ola bilər.

Fazil Mustafa əlavə edib ki, informasiya qanunvericiliyində rəqəmsal müdafiə texnologiyaları ilə bağlı müddəalar hazırlanarkən dünyəvi dövlət prinsipinin qorunması da əsas istiqamətlərdən biri kimi nəzərə alınmalıdır.

Xatırladaq ki, bir neçə gün öncə Bakıda UFC turniri baş tutub. Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələrək qələzə qazanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 

2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının, bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib.Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və...

08 İyul 2026, 12:36

Saday Şəkərlinin fransızca kitabı çap olundu – FOTOLAR 

Tanınmış şair Saday Şəkərlinin bu günlərdə xaricdə iki yeni kitabı nəşr olunub. Nəşrlərdən biri fransız dilində “Vuruş, sözüm”, digəri isə Azərbaycan dilində “Mən səndən ayrılmazdım” adlanır.Citypost.az xəbər verir ki, hər iki Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Böyük oxucu sevgisi qzanmış şairin şeirləri zaman keçdikcə özünün oxucu auditoriyasını dahaa da genişləndirir.Təbii ki, Saday Şəkərlinin poeziyası insan ruhunun incə qatlarına nüfuz edən fəlsəfi düşüncələri, həyat, zaman, sevgi, ayrılıq və vətən mövzularına həssas münasibəti ilə seçilir.“Mən səndən ayrılmazdım” kitabında toplanan şeirlərdə ruhun dünya ilə sakit və səmimi söhbəti duyulur.Fransız dilində nəşr olunan “Vuruş, sözüm” kitabı isə Saday Şəkərlinin yaradıcılığının...

08 İyul 2026, 12:20

İordaniya Baş nazirinin müavini ilə Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir 

Bu səfər Azərbaycan ilə İordaniya arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın geniş sahələr üzrə daha da inkişaf etdirilməsinə dair ortaq öhdəliyin bariz nümunəsidir.Citypost.az xəbər verir ki, bu, Azərbaycan XİN-in “X” hesabında xarici işlər naziri Ceyhun Bayramovun İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadini Bakıda qarşılamasına dair paylaşımında qeyd edilib....

08 İyul 2026, 12:14

Şair pasportu ilə gəzən "şairciklər", yaxud sənətdə makulatura dövrü  

Müasir Azərbaycan ədəbi mühiti, təəssüf ki, sənətin daxili tərəzisindən çox, xarici parıltıların, kəmiyyətin və inzibati iddiaların hökm sürdüyü xaotik bir mərhələni yaşayır. Bu gün ədəbiyyatımızda baş qaldıran mənfi tendensiyalar sadəcə zövqsüzlük problemi deyil, sözün müqəddəsliyinə və sənət meyarlarına qarşı yönəlmiş sistemli bir aşınmadır. Bu böhranı bir neçə fundamental nöqtədən tənqidi şəkildə təhlil etmək olar. İlk növbədə, sənətin ən böyük bəlası — meyarsızlıq və institusional deqradasiyadır. Vaxtilə ədəbi prosesin tənzimləyicisi, keyfiyyət süzgəci rolunu oynayan rəsmi ədəbi qurumlar, Yazıçılar Birliyi və digər birliklər bu gün sənət meyarı olmaq funksiyasını itirib. Yaradıcılıq vəsiqələrinin, titulların və mükafatların hansı prinsiplərlə paylandığı, o qapılardan kimlərin maneəsiz keçdiyi...

08 İyul 2026, 11:48

Elçin Məmmədov Avropa Şurasının nümayəndələri ilə görüşdü

Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət...

08 İyul 2026, 11:41

Bakı metropoliteni ilə sərnişin daşımaları artıb 

Bu ilin I yarısında Baki metropolitenı ilə 112 milyon səfər, ötən ilin I yarımili ilə müqayisədə 0,3 % artım qeydə alınıb.Metropolitendən Citypost.az-a verilən məlumata görə, sərnişinlərin 62 %-i Qırmızı, 34 %-i Yaşıl, 4 %-i isə Bənövşəyi xətt üzrə daşınıb.Məlumata görə, Bakı metropoliteni üzrə I yarımilin lideri 10 032 772 sərnişinlə “Koroğlu” stansiyası olub.Qeyd olunur ki, 819 536 sərnişinlə 3 aprel tarixi I yarımilin ən çox sərnişin daşınan günü olub."NFC və QR bilet vasitəsilə ümumilikdə 53 173 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 %-ni təşkil edib", - məlumatda vurğulanır.Bildirilir ki, “Əlçatan metro” xidməti...

08 İyul 2026, 11:35