Bizə yazın

Baku

-°C

USD

-

AQTA çəyirtkələrin mənşəyini açıqladı

Cəmiyyət 09 İyul 2026, 10:50

382

Son günlər Azərbaycan ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə miqrasiyası və populyasiya sıxlığının artması səbəbilə müşahidə olunan invaziv növlərə aid bəzi çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib.

Bu barədə Citypost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik bununla bağlı ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirib.

Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur.

Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Xatırladaq ki, son günlər Azərbaycanın müxtəlif bölgələrində çəyirtkələrin hədsiz artımı müşahidə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəran və Yevlaxda külli miqdarda narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib...

09 İyul 2026, 10:21

Ülviyyə Həmzəyeva Xalq artisti Şirzad Abutalıbovu təbrik edib  

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovnun doğum günü münasibətilə paylaşım edib.Deputat paylaşımında Şirzad Abutalıbovu ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.Ülviyyə Həmzəyeva bildirib ki, 1959-cu ildə Naxçıvan şəhərində anadan olan Şirzad Abutalıbov uzun illərdir Azərbaycan teatr sənətinin inkişafına dəyərli töhfələr verir. O, 1976-cı ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərir, teatr səhnəsində müxtəlif klassik və müasir əsərlərdə yaddaqalan obrazlar yaradıb. Şirzad Abutalıbov həmçinin Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifələrində çalışıb.Deputat qeyd edib ki, sənətkarın teatr sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib....

09 İyul 2026, 10:09

XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib 

9 iyul - Diplomatik Xidmət Orqanları əməkdaşlarının Peşə Bayramı münasibətilə Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.Citypost.az  xəbər verir ki, məzarın üzərinə əklil qoyulub, Ümummilli Liderin ruhu ehtiramla yad edilib.Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.

09 İyul 2026, 09:58

"Zeytun" aptekləri cərimələndi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Zeytun Pharmaceuticals" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edib.Citypost.az  xəbər verir ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub. Belə ki, "Zeytun Pharmaceuticals" MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 -...

09 İyul 2026, 09:35

Özbəkistanda beynəlxalq forumda Allahşükür Paşazadənin kitabı təqdim olunub

Özbəkistanda I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günündə - yeni kitabların təqdimatı panelində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində çap olunmuş "Qardaşlıq və müttəfiqliyin zirvəsi" adlı kitab-albomun təqdimat mərasimi keçirilib.QMİ-nin Mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCO-nun baş direktoru Salim Əl-Malik, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər."Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" adlı kitab-albom Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub.Azərbaycan Prezidentinin İslam dininin müqəddəs dəyərlərinə, xalqımızın...

09 İyul 2026, 09:20

Niyazi Bayramov vətəndaşlarla görüşdü

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sakinlərlə görüşüb. Citypost.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.Vətəndaşların müraciətləri sırasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sair məsələlər yer alıb.Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq...

09 İyul 2026, 08:35