Bizə yazın

Baku

-°C

USD

-

Velosiped icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov tələb edə bilərlərmi?

Hüquq 09 İyul 2026, 11:00

310

Vətəndaşlar arasında tez-tez rast gəlinən suallardan biri də budur: "Velosiped və ya digər əşyanı icarəyə götürərkən məndən şəxsiyyət vəsiqəmi girov kimi saxlamağı tələb etdilər. Bu, qanunidirmi?"

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, cavab qəti şəkildə xeyrdir. Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin girov götürülməsinə və ya hər hansı əsas olmadan saxlanılmasına yol vermir.Şəxsiyyət vəsiqəsi vətəndaşın əsas şəxsiyyətini təsdiq edən rəsmi dövlət sənədidir və həmin sənəd yalnız qanunla müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanları tərəfindən götürülə bilər. Heç bir fiziki şəxs, mağaza, velosiped icarəsi xidməti, otel, lombard və ya digər sahibkarlıq subyekti vətəndaşın şəxsiyyət vəsiqəsini girov kimi tələb etmək hüququna malik deyil.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınması, saxlanılması və ya girov götürülməsi inzibati məsuliyyət yaradır. Bu əməli törədən şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə oluna bilərlər.Praktikada bəzi sahibkarlar əmlaklarının geri qaytarılacağına təminat kimi şəxsiyyət vəsiqəsini tələb etsələr də, bu, qanunvericiliyə ziddir. Belə hallarda sahibkar müqavilə bağlamaq, depozit almaq və ya qanunla qadağan olunmayan digər təminat üsullarından istifadə edə bilər. Lakin vətəndaşın şəxsiyyət vəsiqəsini girov saxlamaq qanuni hesab edilmir.

Əgər sizdən velosiped, skuter, avtomobil və ya hər hansı digər əmlakı icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov kimi tələb edirlərsə, sənədi təqdim etməkdən imtina edə və xidmət göstərən şəxsə bunun qanunla qadağan olunduğunu bildirə bilərsiniz.Belə hallarla qarşılaşdıqda hüquqlarınızın qorunması üçün aidiyyəti dövlət qurumlarına müraciət etmək də mümkündür. Unutmayın ki, şəxsiyyət vəsiqəsi sizin şəxsi sənədinizdir və onun qanunsuz şəkildə girov götürülməsi və ya saxlanılması qanunvericiliklə məsuliyyət yaradan əməllər sırasındadır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Valideynə baxmayan övladı qanun cərimələyə bilər ?

Bəzən belə hallarla rastlaşırıq: yaşlı və əmək qabiliyyətini itirmiş valideyn övladının köməyinə ehtiyac duyur, lakin övlad ona nə maddi dəstək göstərir, nə də qayğı ilə maraqlanır. Halbuki bu, təkcə mənəvi məsuliyyət deyil, həm də qanunla müəyyən edilmiş hüquqi öhdəlikdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara qulluq göstərməkdən qəsdən boyun qaçırması inzibati məsuliyyət yaradır.Qanunvericiliyə görə, belə hallarda həmin şəxsə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunur.Bununla yanaşı, valideynin aliment almaq hüququ da mövcuddur. Əgər əmək qabiliyyəti olmayan və maddi yardıma...

09 İyul 2026, 09:55

Gecə saatlarında yüksək səslə futbol izləmək cərimə ilə nəticələnə bilər?

Futbol azarkeşlərinin sevimli komandalarının oyununu emosional şəkildə izləməsi təbiidir. Xüsusilə mühüm qarşılaşmalar zamanı qışqırmaq, sevinmək və ya dostlarla birlikdə oyuna baxmaq adi haldır. Lakin bu həyəcan digər insanların istirahət hüququnu pozduğu halda hüquqi məsuliyyət yarana bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş "öz evimdir, istədiyim qədər səs sala bilərəm" düşüncəsində olsa da, qanunvericilik bununla razılaşmır. Yaşayış binalarında gecə saatlarında qonşuların rahatlığını pozacaq səviyyədə səs-küy yaratmaq inzibati məsuliyyət yaradır.Belə hallarla bağlı tez-tez müraciətlər daxil olur. Məsələn, vətəndaş bildirir ki, dostları ilə birlikdə evdə futbol oyununa baxarkən sevinclə ucadan qışqırıblar. Bir müddət sonra polis əməkdaşları gəlib və bildiriblər ki, qonşular yüksək səs-küyə görə...

08 İyul 2026, 10:23

Xaricdə bağlanan nikah Azərbaycanda etibarlıdır? – Hüquqşünasdan açıqlama  

Xarici ölkədə nikah bağlamağı planlaşdıran Azərbaycan vətəndaşlarını ən çox maraqlandıran suallardan biri həmin nikahın Azərbaycanda hüquqi qüvvəyə malik olub-olmamasıdır. Hüquqşünaslar bildirirlər ki, xaricdə bağlanmış nikah müəyyən şərtlər daxilində Azərbaycan Respublikasında tam etibarlı hesab olunur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan vətəndaşları arasında, eləcə də Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanmış nikah, nikahın bağlandığı ölkənin qanunvericiliyinə uyğun rəsmiləşdirildiyi halda Azərbaycanda da tanınır. Bunun üçün yalnız bir mühüm şərt mövcuddur – nikahın bağlanmasına qanunla mane olan hallar olmamalıdır.Hüquqşünaslar izah edirlər ki, əgər...

08 İyul 2026, 09:19

Gözəllik salonunda etdiyiniz ödənişdən ƏDV geri ala bilərsiniz

Bir çox vətəndaş bilmir ki, gözəllik salonu, bərbərxana və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlərə görə ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri almaq hüququna malikdirlər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu hüquq Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ƏDV ödəyicisi olan bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzləri tərəfindən fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qanunvericilikdə müəyyən olunmuş hissəsi geri qaytarılır.Mütəxəssislər bildirirlər ki, ƏDV-nin geri qaytarılması üçün əsas şərtlərdən biri xidmət göstərən obyektin rəsmi qaydada ƏDV ödəyicisi olmasıdır. Əgər xidmət göstərən müəssisə ƏDV ödəyicisi deyilsə, bu halda ƏDV geri qaytarılması mümkün olmur.Bundan başqa, xidmətə görə ödəniş...

08 İyul 2026, 08:41

Əmək haqqını ayda iki dəfə almaq mümkündürmü?  

Bir çox işçi hesab edir ki, əmək haqqı yalnız ayda bir dəfə ödənilə bilər. Halbuki Azərbaycan Respublikasının əmək qanunvericiliyi müəyyən hallarda əmək haqqının ay ərzində iki hissə şəklində ödənilməsinə də imkan verir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və həm işəgötürənin, həm də işçinin razılığı olduğu halda əmək haqqının ödəniş qaydası fərqli şəkildə müəyyən edilə bilər.Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Yəni qanun işəgötürənə əmək haqqını ayda yalnız bir dəfə ödəmək öhdəliyi qoyur və bu, minimum tələb hesab olunur.Bununla yanaşı, qanunvericilik daha çevik ödəniş...

07 İyul 2026, 10:31

Babadan qalan mirasa görə vergi ödənilirmi?  

Bir çox vətəndaşı maraqlandıran suallardan biri də miras qalan əmlaka görə vergi ödənilib-ödənilməməsidir. Xüsusilə baba, nənə və ya digər qohumlardan miras qaldıqda vergi öhdəliyinin yaranıb-yaranmaması ilə bağlı suallar tez-tez gündəmə gəlir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində miras yolu ilə əldə edilən əmlakın vergiyə cəlb olunması ilə bağlı güzəştlər açıq şəkildə müəyyən edilib.Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, mirasın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, əgər mirasın dəyəri 20 min manatı keçmirsə, həmin məbləğə görə gəlir vergisi hesablanmır.Qanunvericilikdə daha bir mühüm güzəşt də nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən, əgər...

07 İyul 2026, 09:45