Bizə yazın

Baku

-°C

USD

-

Xəqani Cəfərli: NATO sammitinin qalibi Ukrayna oldu

Siyasət 09 İyul 2026, 10:02

412

NATO-nun Ankara sammitinin şəriksiz qalibi Ukraynadır. Alyansın bu il Ukraynaya 70 milyard dollar, qarşıdan gələn 2027-ci ildə də ən azı bu qədər maliyyə ayırmaqla bağlı öhdəlik xarakterli qərarı Kiyevin böyük uğurudur. ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququ verəcəklərini bəyan etməsi NATO-nun iki il ərzində Kiyevə ən azı 140 milyard dollar dəstək verməklə bağlı qərarından sonra ikinci böyük hadisədir. Qənaətimcə bu açıqlamanın siyasi əhəmiyyəti 140 milyardlıq maliyyə yardımı öhdəliyindən daaha böyükdür. 

Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququnun verilməsinin əhəmiyyəti daha yaxşı aydın olsun deyə xatırladım ki, ABŞ bir çox müttəfqilərinə, o cümlədən NATO-ya üzv ölkələrin bir çoxuna  “Patriot” sistemi vermir. ABŞ-ın Ukraynadan dronlr alacağı ilə bağlı Prezident Donald Trampın açıqlamasının da Ukraynanın hərbi sənayesinin uğurunun etirafı olmaqla yanaşı ciddi siyasi əhəmiyyəti var. Aydın görünür ki, Trampa rəğmən Vaşinqtonla Kiyev daha çox tellərlə bir-birinə bağlanmağa başlayır.  

Kiyevin növbəti uğuru səkkiz NATO ölkəsi ilə birlikdə hərbi sektora investisiya qoyuluşunu asanlaşdıracaq bankın yaradılmasıdır. 

Kanadanın bir neçə ay öncə irəli sürdüyü Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması təşəbbüssünü Albaniya, Belçika, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Yunanıstan dəstəkləyib. ABŞ və Avropanın iqtisadiyyatca inkiaşf etmiş ölkələrinin bu təşəbbüsə qoşulmaması təəssüf doğursa da, JPMorgan, Deutsche Bank, Commerzbank və Royal Bank of Canada kimi nəhəng bankların layihəyə dəstək vermələri onun uğurlu olacağına ümidləri artırır. Heç şübhəsiz ki, bu layihədən ən çox faydalanan Ukrayna olacaq. 

ABŞ-dan uzaq mənzilli raketlərlə bağlı asılılığın azaldılması üçün Böyük Britaniya, Fransa və Almaniyanın 2000 kilometr mənzilli yüksək dəqiqlikli raketlərinin istehsal edilməsi təşəbbüsü də Ukraynanın qələbəsi hesab oluna bilər. Çünki, bu təşəbbüslə ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenksi çıxış edib.  ABŞ Almaniyada 2500 km-ə qədər mənzilə malik Tomahawk raketlərinin yerləşdirilməkdən imtina etməsindən sonra Avropa dövlətlərinin özlərinin 2000 kilometr mənzilli yüksək dəqiqlikli raketlərinin istehsal etməkdən başqa yolu qalmadı. Böyük Britaniya, Fransa və Almaniya bu proqram üçün 50 milyard dollar sərf etmək niyyətindədirlər. 

Soyuq müharibə dövründə NATO-nun Qərbi Almaniyadakı hərbi birləşmələrini yanacaqla təmin etmək üçün Avropanın qərbindən Qərbi Almaniyaya çəkilmiş yanacaq boru kəmərlərinin Şərqi Avropaya qədər uzadılması da Ukraynanın faydasına olacaq. 

NATO-nun Ankara sammiti göstərdi ki, Finlandiya Prezidenti Aleksandr Stubbun dediyi kimi  Ukraynanın Alyansa üzvlüyü zərurətə çevrilib. Finlandiya prezidentinin NATO-nun formatının dəyişərək artıq “32 +1”-ə bir şəklini alması haqqında sözləri isə qənaətimcə həqiqəti tam əks etdirmir. Qənaətimcə, “32 +1” deyil, “1+32 ” formatı yaranıb. Artıq Qərbin  təhlükəsizliyi Ukrayna olmadan mümkün deyil. Qərbin təhlükəsizlik arxitekturasının bu qədər dəyişəcəyini bir neçə il öncə çox az təsəvvür edirdi. Demokratiya Naminə Ukrayna Dəstək Platforması bunu ilk bəyan edənlərdən biri, bəlkə də birinci idi. Baxmayaraq ki, Qərbin bir çox aparıcı strukturları, aparıcı düşüncə mərkəzləri və nüfuzlu təhlilçiləri 4 il öncə bununla bağlı fikirləri fantaziya hesab edirdi, Ankara sammiti bizim 4 öncəki təsdiqi arenası oldu. Bu isə heç şübhəsiz qürurvericidir. 

Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinə etiraz edilməsi, çərkəzlərə və digər xalqlara qarşı Rusiya İmperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası tərəfindən törədilmiş soyqırımıların Moskva tərəfindən etiraf edilməsi, Dərbənd başda olmaqla işğal altındakı Şimal torpaqlarımızın Azərbaycana qaytarılması ilə bağlı Demokratiya Naminə Ukrayna Dəstək Platformasının yarandığı gündən apardığı işin tədricən Azərbaycan cəmiyyətinin və dövlətinin siyasətinə çevrilməsini görmək də qürurvericidir. 

Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə Şuşada keçiriən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın bəyannaməsində Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinə etiraz edilməsi, çərkəzlərə və digər xalqlara qarşı törədilən soyqırımıların etiraf edilməsi ilə bağlı məqamların yer alması Demokratiya Naminə Ukrayna Dəstək Platformasının təqdim etdiyi strategiyanın ən doğru yol olduğunu göstərir. Yeganə təəssüf doğuran məqam konfransın birgə bəyannaməsində Dərbənd başda olmaqla işğal altındakı Şimal torpaqlarımızın azad edilərək Azərbaycana qaytarılması ilə bağlı tələbin, Rusiya Federasiyası tərəfindən suveren və müstəqil Çeçen İçkeriya Respublikasının (Chechen Republic of İchkeria) işğalının beynəlxalq səviyyədə tanınmamasına çağrışın və çeçen xalqının soyqırımının pislənməsi ilə bağlı maddənin olmamasıdır. 

NATO-nun Ankara sammiti göstərdi ki, Rusiyanın dekolonizasiyası başlayıb və bu prosesin geri dönüşü yoxdur.

Xəqani Cəfərli

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tənzilə Rüstəmxanlı: Diplomatik xidmət milli maraqlara xidmət edir

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, diplomatik xidmət Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsində, dövlətimizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkələr arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında mühüm rol oynayır.Tənzilə Rüstəmxanlı qeyd edib ki, peşəkarlığı, yüksək məsuliyyəti və fədakar fəaliyyəti ilə Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsinə töhfə verən diplomatik xidmət orqanlarının əməkdaşları ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm xidmətlər göstərirlər.Deputat 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə bütün diplomatlara möhkəm cansağlığı, şərəfli fəaliyyətlərində yeni...

09 İyul 2026, 11:37

Heydər Oğuz: NATO parçalanma mərhələsinə qədəm qoyur

NATO-nun Ankara sammitinin nəticələri: Alyans ikiyə bölünmə mərhələsinə qədəm qoyduNATO-nun Ankara sammiti başa çatdı. Sammitdə qəbul edilən qərarları belə özətləmək olar: ABŞ bir çox məsələlərdə Alyansın yükünü Avropa və Kanada müttəfiqlərinin çiyninə yükləyib, öz üzərinə Çinlə uğraşmaq vəzifəsini götürdü. Bunu NATO-nun baş katibi Mark Ruttenin mətbuata verdiyi açıqlamalardan və NATO-nun Ankara sammitinin yayımlanan Bəyannaməsindəki bəzi müddəalardan da aydın görə bilərik.Rutte mətbuata açıqlamasında Avro-Atlantik və Hind-Sakit okean məkanları arasında artan “qarşılıqlı əlaqələrdən” danışsa da bir xüsusu da gizlətməyib. O bildirib ki, NATO üzvləri kollektiv müdafiəyə dair 5-ci maddəni “Hind-Sakit okean regionuna şamil etmək niyyətində deyil”. Bununla sanki demək istəyib ki, istər...

09 İyul 2026, 11:30

Deputat: Azərbaycan diplomatiyası mühüm uğurlara imza atıb

Milli Məclisin deputatı Ceyhun Məmmədov 9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edib.Citypost.az xəbər verir ki, deputat təbrikində bütün diplomatlara və diplomatik xidmət orqanlarında çalışan əməkdaşlara möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıb.O bildirib ki, Azərbaycan diplomatiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu əsasında formalaşaraq ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Deputatın sözlərinə görə, bu gün həmin uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və nəticədə Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib, ölkə etibarlı tərəfdaş kimi dünya birliyində mövqeyini gücləndirib.Deputat vurğulayıb ki, diplomatik xidmət orqanlarının...

09 İyul 2026, 11:27

Eldəniz Əmirov: ABŞ-İran qarşıdurmasının əsas riskləri hələ qarşıdadır  

İqtisadçı Eldəniz Əmirov ABŞ və İran arasında əldə olunan razılaşmaya baxmayaraq, regionda gərginliyin aradan qalxmadığını və qarşıdakı aylarda hərbi aktivliyin arta biləcəyini bildirib.Citypost.az xəbər verir ki, eskpert qeyd edib ki, ötən ayın 16-da ABŞ-İran razılaşması əldə edilən zaman münasibətlərin normallaşmayacağını proqnozlaşdırmışdı və son hadisələr bu qiymətləndirməni təsdiqləyir.İqtisadçının sözlərinə görə, tərəflər arasında nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili kimi əsas ziddiyyətlər hələ də qalmaqdadır. Bu səbəbdən yaxın perspektivdə ən real ssenari barışıq deyil, idarə olunan gərginlikdir.Eldəniz Əmirov hesab edir ki, proses hələ yekunlaşmayıb və əsas risklər ilin sonuna doğru özünü göstərə bilər. Onun fikrincə, xüsusilə noyabrın sonu...

09 İyul 2026, 09:02

Moskvada Azərbaycan–Rusiya əməkdaşlığı müzakirə edildi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə Rusiya parlament nümayəndə heyətinin 17-18 iyun tarixlərində Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək üçün Bakıya səfərinin nəticələri və ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub.Çoxtərəfli parlament platformalarında qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi aparılıb.Səfirlik ilə Rusiya Federasiya Şurasının müvafiq komitələri arasında konstruktiv və faydalı əlaqələrin davam etdirilməsinə sadiqlik təsdiqlənib....

08 İyul 2026, 17:00

Ədalət Verdiyevdən Rusiyadakı yanacaq böhranına şərh

Hərbi ekspert Ədalət Verdiyev Rusiyada yanacaq böhranı ilə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, mövcud vəziyyətdə Rusiya üçün aktual məsələlərdən biri müxtəlif dövlət qurumlarının, deputatların və güc strukturlarının xidməti nəqliyyat vasitələrinin alternativlərinin müzakirə edilməsidir.Ədalət Verdiyevin sözlərinə görə, yanacaq çatışmazlığı fonunda yabı, qatır və at kimi yük heyvanlarına maraq artıb. O qeyd edib ki, əvvəllər Rusiyada 500–700 ABŞ dollarına satılan yabı və qatırlar hazırda 1700–2000 ABŞ dollarına təklif olunur, adi minik atlarının qiyməti isə bundan daha yüksəkdir.Əli...

08 İyul 2026, 10:41