Məhərrəm Quliyev kənd təsərrüfatı müəssisələrində olub
Cəmiyyət 09 İyul 2026, 21:10
461
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsinin davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun müxtəlif yaşayış məntəqələrində heyvandarlıq, əkinçilik, bitkiçilik, bağçılıq, taxılçılıq və pambıqçılıq sahələrində fəaliyyət göstərən təsərrüfatlarda istehsal prosesinin gedişi, aqrotexniki tədbirlərin icra vəziyyəti, mövcud istehsal imkanları və inkişaf perspektivləri ilə yerində tanış olur.
Citypost.az xəbər verir ki, təsərrüfatlarla tanışlıq zamanı kənd təsərrüfatı sahələrinin səmərəli idarə olunması, torpaq və su ehtiyatlarından məqsədyönlü istifadə, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi mexanizmlərindən effektiv yararlanılma, istehsal və emal zəncirinin daha da təkmilləşdirilmə məsələlərinin diqqət mərkəzində saxlanılması, eyni zamanda heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın yüksəldilməsi, bitkiçilik və əkinçilik sahələrində mövsümi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, taxıl və pambıq sahələrində becərmə işlərinin vəziyyəti, bağçılıq təsərrüfatlarında isə mövcud əkinlərin qorunması və genişləndirilməsi istiqamətində görülən işlər qiymətləndirilir.
Rayon rəhbəri kənd təsərrüfatı istehsalçıları və sahibkarlarla təklif və müraciətləri dinləyərək, mövcud problemlərin operativ həlli, istehsalın genişləndirilməsi, məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verir.
Həmçinin oxuyun
Keçirilən görüşlərin əsas məqsədi Dövlət Proqramından irəli gələn tədbirlərin Goranboy rayonunda səmərəli icrasını təmin etmək, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların inkişafını dəstəkləmək, istehsalın səmərəliliyini və məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, sahibkarlarla dövlət qurumları arasında əməkdaşlığı daha da möhkəmləndirmək və kənd təsərrüfatının dayanıqlı inkişafına nail olmaqdır. Bu istiqamətdə rayon ərazisində təsərrüfatlara yerində baxışlar və sahibkarlarla görüşlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı Dairəvi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun 11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun 12-si saat 07:00-dək qüvvədə olacaq.Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə olunur....
09 İyul 2026, 21:45
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
“28 May” metrostansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti olaraq istismardan çıxarılacaq."Bakı Metropoliteni" QSC-dən Citypost.az-a verilən məlumata görə, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorların təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki işlər aparılır.Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün stansiyanın digər üç eskalatoru fasiləsiz fəaliyyət göstərəcək.Təmir işlərinin 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə edəcəyi bildirilib....
09 İyul 2026, 21:20
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Citypost.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.İştirakçılara işğaldan...
09 İyul 2026, 20:02
Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.Bu barədə Citypost.az Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər...
09 İyul 2026, 19:38
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
“QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Nərgiz Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, 4 il sınaq müddəti seçilməklə cəzasının şərti hesab olunmasını təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nərgiz Muxtarova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.Qeyd edək ki, ittihama görə, Nərgiz Muxtarova öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırmaqla Şəhla İsmayıl (“Rasional İnkişaf Uğrunda” Qadınlar...
09 İyul 2026, 19:27
Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil, bu, humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələdir."Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edərkən deyib.Spiker qeyd edib ki, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur:"Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir. Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaradır, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır".Spiker Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit...
09 İyul 2026, 18:45