Orxan Saffari: Azərbaycanın tanınmayan Xalq yazıçısı
Söz adamı 09 İyul 2026, 18:00
267
Azərbaycan Xalq yazıçısı, şairi deyəndə ağıla gələn ilk adlar Sabir Rüstəmxanlı, Anar, Ramiz Rövşən və s. kimi adlar olur.
Ancaq heç yazıçıların da yadına düşməyən bir Xalq yazıçısı isə Natiq Rəsulzadədir.
Sözün həqiqi mənasında bu gün bir çox yazıçı-şairin tanımadığı Xalq yazıçısıdır o.
Diqqət etmişəm, məşhur Xalq yazıçı və şairləri də onunla oturub-durmurlar. Sosial şəbəkədə birlikdə şəkilləri olan Xalq yazıçısı və şairlərin şəkillərinin heç birində Natiq Rəsulzadə yoxdur. Heç tədbirlərdə də iştirak etmir. Görəsən, səbəb nədir?
Natiq Rəsulzadə əsasən rus dilli yazıçıdır.
Niyə? Bilinmir. Yəni belə Azərbaycanca da gözəl danışır. Ən azından Çingiz Abdullayev kimi deyil. Səlis nitqi var. Ara-sıra verilişlərdə də görmüşəm. Allaha min şükür, danışa bilir.
Onun haqqında məlumatlarda belə bir söhbət yer alır:
40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur.
Görünür, bizimkilərin çoxunun dünya ilə nəsə ciddi problemi var. Adama deyərlər, Natiq Rəsulzadəni az qala məhəllərində güclə tanıyalar, o dəqiqə niyə dünyaya çıxdı?
Elə bil, “dünyada tanınır” ifadəsi bir növ son ümiddir.
Proses, deyəsən, belə olur:
-Azərbaycanda tanımırlar?
-Yox.
-Problem deyil. Yaz. Əsərləri dünyanın bir çox ölkələrində çap olunub.
Ümumiyyətlə, dünyanı bu qədər urvatdan salmağın adı nədir?
Deyilənə görə, Natiq Rəsulzadənin ABŞ-də, Rusiyada da kitabları çap olunur.
Bax belə yerdə şair yaxşı deyib ki, anan ölsün, ay Tramp, yiyəsiz qal, ay Putin.
Həmçinin oxuyun
Sözsüz, Azərbaycanda tanınmayan Xalq yazıçısı Macarıstan, Yuqoslaviya, Polşa və başqa ölkələrdə də çap olunub.
Üstəlik, o da deyilir ki, əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.
Nə vaxt, necə? Biz cəhənnəm, heç olmasa, özünün xəbəri varmı? Bu mükafatlar haqqında niyə heç yerdə heç bir məlumat yoxdur? Mükafatı niyə şərləyirlər?
Çingiz Abdullayev 200-dən çox romanın müəllifidirsə, Natiq Rəsulzadə 200-dən çox hekayənin, 50-dən artıq da kitabın müəllifidir.
50 kitabı qoyuram bir qırağa. Elə lap Çingiz Abdullayevin qara qaşına, gözünə qurban olsun. Bəs o 200 hekayənin cəmi birini kim bilir?
Uzun axtarışlardan sonra sosial şəbəkələrdə bir-iki hekayəsinə rast gəldim. Məsələn, “Pəncərə” adlı bir hekayəsi var. Əgər yerdə qalan 199 hekayə də o cürdürsə, day hessat.
Natiq Rəsulzadənin fəaliyyəti bununla da yekunlaşmır.
Onun yazdıqları əsasında olduqca mənasız, maraqsız, təkcə film heyətinin sonradan cəmi bir dəfə baxdığı filmlər çəkilib.
Başqa sözlə, kitabları necə oxunmursa, filmlərinə də elə baxmırlar.
Ancaq maraqlıdır ki, o, bu adı necə alıb? Hansı xidmətlərinə görə? Təqdimatını kim və niyə yazıb?
Xalqın əli kitablı şəxsləri də Xalq yazıçısını tanımırsa, bu, faciə deyilmi?
Şübhəsiz, bir yazıçının kütləvi olaraq tanınmamağı sənət üçün meyar deyil. Hətta əksərən ciddi işlərlə məşğul olan adamlar kütlə arasında tanınmırlar da. Lakin Azərbaycan kimi balaca bir ölkənin ədəbiyyatında böyük bir ada - Xalq yazıçısı adına sahib olan adam tanınmırsa, bu, birmənalı olaraq problemdir.!
Orxan Saffari
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Şirindən AYRILIQ şeiri
Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış, Ayrılıq küləyidi bu əsən külək. Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi Sənin pəncərəndə açan ağ çiçək. Ayrılıq göyləridi bu şəhərin göyləri, Ayrılıq mələyidi, ayrılıq mələyidi- Bu göylərin mələkləri. Ayrılıq lələyidi, ayrılıq lələyidi Bəyaz durna lələkləri... Udduğumuz hava da ayrılıq havasıdı, Ulduzlar ayrılıq ulduzlarıdı. Baharlar ayrılıq baharlarıdı, Payızlar ayrılıq payızlarıdı... Ayrılıq yağışları yağır, yağır hələ də, Ayrılıq durnaları uçur, hələ də uçur. Fəsillər ayrılıq fəsilləridi, Hələ də pəncərəndə ayrılıq çiçək açır......
09 İyul 2026, 15:56
Orxan Saffari: Hüseynbala Mirələmov fenomeni və ya vicdanın əzabı
Bir neçə il əvvəl Hüseynbala Mirələmov katibəsi ilə əslində xoş, ancaq cəmiyyət tərəfindən pis qarşılanan görüntü ilə gündəmə gələndə gülümsəmişdim.Əksəriyyət onu söysə də, özüm az qala müdafiə də edəcəkdim ki, ayıbdır, qoca kişidir, deyirsiniz, indi o arpa yeyə bilməz? Yoxsa belə bir qayda var ki, yaşın ötübsə, intim məsələlər tamamilə bitməlidir? Lap üstəlik, əl atan da, atılan da razıdırsa, bizə nə düşüb? Əlbəttə, aydın məsələdir ki, insanların qəzəbi onun özünə idi, kobud əllərinə yox. Halbuki Hüseynbala Mirələmovun indiyə qədər əlinin olduğu ən gözəl, ziyansız iş elə o idi. Sözsüz, əgər Hüseynbala Mirələmov cəmiyyətdə nüfuzlu, sevilən bir adam olsaydı, hamı bu hadisəni xoş...
09 İyul 2026, 10:24
Qulu Məhərrəmli Zemfira Şahbazovadan YAZDI
Məhkəmədən göndərilən məktub əsasında onun və çalışdığı kafedranın müəllimi Təranə İsmayılovanın mənim müsahibəmə linqvist-ekspert təyin olunmalarına etiraz edirdim. Sırf mənəvi mülahizələr səbəbindən ekspertlərin, ümumiyyətlə, çalışdığım BDU-dan olmasını istəmirdim. Bununla bağlı məhkəməyə davamlı etirazımı bildirirdim, amma Yasamal məhkəməsi iddiamı qəbul etmirdi. Mən özümə görə deyil (çünki Avropa Məhkəməsinə qədər getməyi göz altına almışdım) iki xanım dilçinin təzyiq altında mənfi rəy yazaraq ciddi qınağa gələcəklərindən ehtiyat edirdim. Çünki onları şəxsən BDU-nun ovaxtkı rektoru (ak.Abel Məhərrəmov) özü seçmişdi, yəqin ki, güvənirdi. Rektor isə məni məhkəməyə vermiş və ən müxtəlif üsullarla həbsimə çalışan AzTV sədri (A.Alışanov) ilə yaxın idi. Ən azı o günlərdə bu...
08 İyul 2026, 12:23
Orxan Saffari Kamal Abdullanı sərt tənqid etdi
Bu sicilləməni oxuyanınız var?)***Kamal Abdullanın ictimai obrazı haqqında tənqid edilən zaman deyilən bir mənasız söz də var: “Əsərləri əladır”. Bəs doğrudan da belədirmi?Məsələn, onun “Sehrbazlar dərəsi” əsəri niyə əla yox, başdan ayağa sicilləmədir?Əvvəlcə onu deyərdim ki, “Sehrbazlar dərəsi” romanında ümumiyyətlə sehr, sirr adına heç nə yoxdur. Onun sirr, sehr dediyi nəsnə primitivliyi, mənasızlığı mistika adı ilə sıramaq cəhdlərindən başqa bir şey deyildir ki, Allaha min şükür, bu da uğursuz alınıb. Ancaq maraqlıdır ki, əsər illər boyu postmodernizm, mifopoetik təfəkkür, fəlsəfi roman, intellektual nəsr kimi təqdim olunmuş, Azərbaycan ədəbiyyatında yeni mərhələnin nümunəsi kimi qiymətləndirilmişdir. Təəssüf. Obrazlı desək, bu əsərdə həqiqətən də sehr, sirr yox, qeyri-müəyyənlik var. Əsər haqqında...
08 İyul 2026, 11:55
Gənc yazıçı: Elçin unudulmağa məhkumdur
Artıq Fikrət Qocadan sonra ikinci yada düşməyən, özü qarışıq əsərləri belə unudulan digər bir yazıçımızın da Elçin olduğunu desək, yəqin ki, yanılmarıq. Azərbaycan kimi ölkədə bu cür bir hal, doğrudan da ilahi ədalətdir, haqqdır. Bəs niyə belədir?Ədalətlə danışsaq, Anar atası Rəsul Rzadan istedadlı adamdır. Ancaq bu ədalət İlyas Əfəndiyevin oğlu Elçin üçün keçərli deyil. Daha dəqiq, o yazıçı kimi heç atasının kölgəsində də qala bilməyən yazıçıdır. Baxmayaraq ki, Elçin ömür uzunu yazıb-yaradıb, ancaq o bu gün xatırlananda da daha çox yüksək postları tutan məmur kimi xatırlanır. Yəni məsələ yazıçının vəzifə sahibi olmağı deyil. Məsələ vəzifədə olanda da yazçı ola bilməkdir. Təəssüf ki, Elçin...
08 İyul 2026, 11:43
Beş qoşanın adamına
(Bu gün AYB-də 60 illik yubileyi qeyd olunacaq ünlü ədəbiyyatşünas, tənqidçi ƏSƏD CAHANGİRƏ)Təbin, məntiqin titan;Bu coşquya nə sədd var?!.Beşləri qoşa atanTaledə tüm məqsəd var...Agah söz ilki sənə;Verilmiş bilgi sənə...Ey xocam, bil ki, sənəÇoxusunda həsəd var...İyirmi birinci əsrinSən-Mücirəddin qəsri...Poeziyanı, nəsriHər yozumunda hədd var.Rəyin bölünməz, təkdir,Ruhunda nə var- həqdir.Saf duyduğunda təqdir,Duyğusuzluğa rədd var!..Sənət meydanı daşlı...Gah zəhərli, gah aşlı...Ölüm-itim savaşlı --Bu yolda çox "cəsəd" var...Bir şair ömrü sürdüm...Xəyallarımla kürdüm...Qələm götürüb, gördümQarşımda tək ƏSƏD var!.. Yusif Nəğməkar 06.07.2026....
06 İyul 2026, 10:24