Zaqatalada sel səbəbindən köməksiz qalan beş nəfər xilas edilib
Cəmiyyət 09 İyul 2026, 18:30
320
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumat əsasında FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri hadisə yerinə cəlb edilib.
Nazirliyin həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Citypost.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.İştirakçılara işğaldan...
09 İyul 2026, 20:02
Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.Bu barədə Citypost.az Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər...
09 İyul 2026, 19:38
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
“QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Nərgiz Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, 4 il sınaq müddəti seçilməklə cəzasının şərti hesab olunmasını təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nərgiz Muxtarova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.Qeyd edək ki, ittihama görə, Nərgiz Muxtarova öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırmaqla Şəhla İsmayıl (“Rasional İnkişaf Uğrunda” Qadınlar...
09 İyul 2026, 19:27
Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil, bu, humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələdir."Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edərkən deyib.Spiker qeyd edib ki, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur:"Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir. Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaradır, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır".Spiker Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit...
09 İyul 2026, 18:45
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da ölkədə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.İtaliya Respublikasının Bakıdakı...
09 İyul 2026, 18:13
Azərbaycanda tibb müəssisələrinin akkreditasiya qaydası yeniləndi
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qeyd edilib ki, Səhiyyə Nazirliyi nəzərdə tutulan normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Hüquqi Aktların Dövlət Reyestrinə daxil etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.Qərara əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir.Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti təqvim ili üçün akkreditasiyası keçirilməli olan tibb...
09 İyul 2026, 18:04