Bizə yazın

Baku

-°C

USD

-

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib 

Cəmiyyət 09 İyul 2026, 15:41

428

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Citypost.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəllənin 598.7-ci maddəsinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin və 80-ci maddəsinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinə, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.7, 1.1.9 və 3-cü maddələrinə əsasən mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə bu Qanunun 3.1.2-ci maddəsində göstərilən əməliyyatların aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakla bağlı xidmətlər göstərdiyi halda həmin Qanunla müəyyən edilmiş öhdəlikləri daşıyır və bu öhdəliklərin pozulması Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsində nəzərdə tutulan "əməliyyatların aparılmasında iştirak" anlayışı həmin maddədə göstərilən əməliyyatların həyata keçirilməsi prosesinə təsir göstərə bilən, onların strukturlaşdırılmasında, hüquqi modelinin hazırlanmasında, rəsmiləşdirilməsində və ya nəticələrinin formalaşdırılmasında real və funksional əhəmiyyət kəsb edən hərəkətlərin icrasını özündə ehtiva edir.

Qeyri-maliyyə institutlarının üzərinə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qoyulmuş öhdəliklərin icra edilməli olduğu vaxt hər bir öhdəliyin xarakterindən asılı olaraq həmin Qanunun, FATF tərəfindən qəbul edilmiş Tövsiyələrin 22 və 23-cü maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub 

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanca səfərdə olan Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüş zamanı nazir Adil Kərimli iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib.Bildirilib ki, iki ölkə liderlərinin birgə səyləri sayəsində Azərbaycan ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu vəziyyət mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlər yaradır.Nazir son illərdə iki ölkənin xüsusilə teatr və kino sahəsində əməkdaşlığının diqqətəlayiq olduğunu vurğulayıb.Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkür edib, xanım nazir Tinatin Ruxadzenin səmimi salamlarını Adil Kərimliyə...

09 İyul 2026, 17:00

Yanvar-iyun aylarında Azərbaycanda 15 420 cinayət qeydə alınıb 

Bu ilin 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15 420 cinayət qeydə alınıb."Report" xəbər verir ki, bu bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.Qeyd olunub ki, onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.Həmçinin bildirilib ki, 2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6 faiz azalıb:"Eləcə də ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan...

09 İyul 2026, 15:15

Azərbaycan Zimbabve ilə enerji əməkdaşlığını müzakirə edib 

Azərbaycan və Zimbabve arasında enerji əməkdaşlığı imkanları müzakirə edilib.Citypost.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazov Zimbabve Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.Görüşdə Azərbaycanla Zimbabve arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bərpa olunan enerji, neft-qaz sənayesi və enerji qanunvericiliyi üzrə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.Azərbaycanın enerji sektorunun inkişaf yolu, ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsi və enerji keçidi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirib ki, karbohidrogenlər uzun illər qlobal enerji balansının mühüm tərkib hissəsi olaraq qalacaq, eyni zamanda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet...

09 İyul 2026, 15:05

AQTA meyvə şirələrində uyğunsuzluqlar aşkarladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.AQTA-dan Citypost.az-a verilən məlumata görə, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb.Uyğunsuzluqlar "Göyçay Süd" ASC, "Drop Be-Az" MMC, "İmperial 01" MMC və "LG Konserv" MMC-yə məxsus məhsullarda müəyyən edilib.Bundan əlavə, "İmperial 01" MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena...

09 İyul 2026, 14:48

Sabah Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək 

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

09 İyul 2026, 14:26

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır 

İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır."Report" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində yazıb."İtaliya hökuməti Roma prokurorluğunun apardığı istintaqla Rusiyanın İtaliyadakı səfirliyinin casusluq fəaliyyətində əli olduğu aşkarlanan iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib", - o qeyd edib.

09 İyul 2026, 13:55