Bizə yazın

Baku

-°C

USD

-

Adil Şirindən AYRILIQ şeiri

Söz adamı 09 İyul 2026, 15:56

422

     Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış,

     Ayrılıq küləyidi bu əsən külək.

     Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi 

     Sənin pəncərəndə açan ağ çiçək.

     Ayrılıq göyləridi bu şəhərin göyləri,

     Ayrılıq mələyidi, ayrılıq mələyidi- 

     Bu göylərin mələkləri.

     Ayrılıq lələyidi, ayrılıq lələyidi

     Bəyaz durna lələkləri...

     Udduğumuz hava da ayrılıq havasıdı,

     Ulduzlar ayrılıq ulduzlarıdı.

     Baharlar ayrılıq baharlarıdı,

     Payızlar ayrılıq payızlarıdı...

     Ayrılıq yağışları yağır, yağır hələ də,

     Ayrılıq durnaları uçur, hələ də uçur.

     Fəsillər ayrılıq fəsilləridi,

     Hələ də pəncərəndə ayrılıq çiçək açır...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Orxan Saffari: Hüseynbala Mirələmov fenomeni və ya vicdanın əzabı

Bir neçə il əvvəl Hüseynbala Mirələmov katibəsi ilə əslində xoş, ancaq cəmiyyət tərəfindən pis qarşılanan görüntü ilə gündəmə gələndə gülümsəmişdim.Əksəriyyət onu söysə də, özüm az qala müdafiə də edəcəkdim ki, ayıbdır, qoca kişidir, deyirsiniz, indi o arpa yeyə bilməz? Yoxsa belə bir qayda var ki, yaşın ötübsə, intim məsələlər tamamilə bitməlidir? Lap üstəlik, əl atan da, atılan da razıdırsa, bizə nə düşüb? Əlbəttə, aydın məsələdir ki, insanların qəzəbi onun özünə idi, kobud əllərinə yox. Halbuki Hüseynbala Mirələmovun indiyə qədər əlinin olduğu ən gözəl, ziyansız iş elə o idi. Sözsüz, əgər Hüseynbala Mirələmov cəmiyyətdə nüfuzlu, sevilən bir adam olsaydı, hamı bu hadisəni xoş...

09 İyul 2026, 10:24

Qulu Məhərrəmli Zemfira Şahbazovadan YAZDI 

Məhkəmədən göndərilən məktub əsasında onun və çalışdığı kafedranın müəllimi Təranə İsmayılovanın mənim müsahibəmə linqvist-ekspert təyin olunmalarına etiraz edirdim. Sırf mənəvi mülahizələr səbəbindən ekspertlərin, ümumiyyətlə, çalışdığım BDU-dan olmasını istəmirdim. Bununla bağlı məhkəməyə davamlı etirazımı bildirirdim, amma Yasamal məhkəməsi iddiamı qəbul etmirdi.  Mən özümə görə deyil (çünki Avropa Məhkəməsinə qədər getməyi göz altına almışdım) iki xanım dilçinin təzyiq altında  mənfi rəy yazaraq ciddi qınağa gələcəklərindən ehtiyat edirdim. Çünki onları şəxsən BDU-nun ovaxtkı rektoru (ak.Abel Məhərrəmov) özü seçmişdi, yəqin ki, güvənirdi. Rektor isə məni məhkəməyə vermiş və ən müxtəlif üsullarla həbsimə çalışan AzTV sədri (A.Alışanov) ilə yaxın idi. Ən azı o günlərdə bu...

08 İyul 2026, 12:23

Orxan Saffari Kamal Abdullanı sərt tənqid etdi

Bu sicilləməni oxuyanınız var?)***Kamal Abdullanın ictimai obrazı haqqında tənqid edilən zaman deyilən bir mənasız söz də var: “Əsərləri əladır”. Bəs doğrudan da belədirmi?Məsələn, onun “Sehrbazlar dərəsi” əsəri niyə əla yox, başdan ayağa sicilləmədir?Əvvəlcə onu deyərdim ki, “Sehrbazlar dərəsi” romanında ümumiyyətlə sehr, sirr adına heç nə yoxdur. Onun sirr, sehr dediyi nəsnə primitivliyi, mənasızlığı mistika adı ilə sıramaq cəhdlərindən başqa bir şey deyildir ki, Allaha min şükür, bu da uğursuz alınıb. Ancaq maraqlıdır ki, əsər illər boyu postmodernizm, mifopoetik təfəkkür, fəlsəfi roman, intellektual nəsr kimi təqdim olunmuş, Azərbaycan ədəbiyyatında yeni mərhələnin nümunəsi kimi qiymətləndirilmişdir. Təəssüf. Obrazlı desək, bu əsərdə həqiqətən də sehr, sirr yox, qeyri-müəyyənlik var. Əsər haqqında...

08 İyul 2026, 11:55

Gənc yazıçı: Elçin unudulmağa məhkumdur

Artıq Fikrət Qocadan sonra ikinci yada düşməyən, özü qarışıq əsərləri belə unudulan digər bir yazıçımızın da Elçin olduğunu desək, yəqin ki, yanılmarıq. Azərbaycan kimi ölkədə bu cür bir hal, doğrudan da ilahi ədalətdir, haqqdır. Bəs niyə belədir?Ədalətlə danışsaq, Anar atası Rəsul Rzadan istedadlı adamdır. Ancaq bu ədalət İlyas Əfəndiyevin oğlu Elçin üçün keçərli deyil. Daha dəqiq, o yazıçı kimi heç atasının kölgəsində də qala bilməyən yazıçıdır. Baxmayaraq ki, Elçin ömür uzunu yazıb-yaradıb, ancaq o bu gün xatırlananda da daha çox yüksək postları tutan məmur kimi xatırlanır. Yəni məsələ yazıçının vəzifə sahibi olmağı deyil. Məsələ vəzifədə olanda da yazçı ola bilməkdir. Təəssüf ki, Elçin...

08 İyul 2026, 11:43

 Beş qoşanın adamına

(Bu gün AYB-də 60 illik yubileyi qeyd olunacaq ünlü ədəbiyyatşünas, tənqidçi ƏSƏD CAHANGİRƏ)Təbin, məntiqin titan;Bu coşquya nə sədd var?!.Beşləri qoşa atanTaledə tüm məqsəd var...Agah söz ilki sənə;Verilmiş bilgi sənə...Ey xocam, bil ki, sənəÇoxusunda həsəd var...İyirmi birinci əsrinSən-Mücirəddin qəsri...Poeziyanı, nəsriHər yozumunda hədd var.Rəyin bölünməz, təkdir,Ruhunda nə var- həqdir.Saf duyduğunda təqdir,Duyğusuzluğa rədd var!..Sənət meydanı daşlı...Gah zəhərli, gah aşlı...Ölüm-itim savaşlı --Bu yolda çox "cəsəd" var...Bir şair ömrü sürdüm...Xəyallarımla kürdüm...Qələm götürüb, gördümQarşımda tək ƏSƏD var!..             Yusif Nəğməkar                     06.07.2026....

06 İyul 2026, 10:24

Qulu Məhərrəmli: "Adil İsmayılov cəmiyyət üçün qənimət insan idi"

Dostlarımızdan birinin görüş-müzakirəyə çağırdığı Pirşağıdakı bağdan biz Adil İsmayılovla eyni vaxtda  çıxdıq. Məlum oldu ki, ikimiz də eyni istiqamətə gedirik. Mən Nardarana-bağa, o isə Mərdəkana tərəf. Mən deyəndə ki,  yolüstü İlyas İsmayılova dəyəcəm, günortadan danışmışam, Adil müəllimin gözləri güldü, "nə gözəl iş oldu, gedərik, elə mən də İlyas müəllimi görərəm" dedi.     Uzun illər idi bağda yaşayan İlyas müəllimlə ayaqüstü  görüş çox uzandı. Çay süfrəsi arxasında söz-sözü  çəkirdi. Əvvəl mediadan, TV-dən danışdıq, sonra cəmiyyətdəki ümumi mənəvi ovqatdan, problemlərdən söz düşdü.  Daha sonra iki nüfuzlu hüquq adamının öz sahələri barədə  bir qədər açıq söhbətləri başladı. Bu iki dürüst və dərin adamın...

06 İyul 2026, 10:16