AQTA meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
Cəmiyyət 09 İyul 2026, 14:48
533
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.
AQTA-dan Citypost.az-a verilən məlumata görə, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.
Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb.
Uyğunsuzluqlar "Göyçay Süd" ASC, "Drop Be-Az" MMC, "İmperial 01" MMC və "LG Konserv" MMC-yə məxsus məhsullarda müəyyən edilib.
Həmçinin oxuyun
Bundan əlavə, "İmperial 01" MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəllənin 598.7-ci maddəsinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank,...
09 İyul 2026, 15:41
Yanvar-iyun aylarında Azərbaycanda 15 420 cinayət qeydə alınıb
Bu ilin 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15 420 cinayət qeydə alınıb."Report" xəbər verir ki, bu bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.Qeyd olunub ki, onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.Həmçinin bildirilib ki, 2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6 faiz azalıb:"Eləcə də ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan...
09 İyul 2026, 15:15
Azərbaycan Zimbabve ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Zimbabve arasında enerji əməkdaşlığı imkanları müzakirə edilib.Citypost.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazov Zimbabve Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.Görüşdə Azərbaycanla Zimbabve arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bərpa olunan enerji, neft-qaz sənayesi və enerji qanunvericiliyi üzrə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.Azərbaycanın enerji sektorunun inkişaf yolu, ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsi və enerji keçidi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirib ki, karbohidrogenlər uzun illər qlobal enerji balansının mühüm tərkib hissəsi olaraq qalacaq, eyni zamanda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet...
09 İyul 2026, 15:05
Sabah Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək
İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
09 İyul 2026, 14:26
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır
İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır."Report" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində yazıb."İtaliya hökuməti Roma prokurorluğunun apardığı istintaqla Rusiyanın İtaliyadakı səfirliyinin casusluq fəaliyyətində əli olduğu aşkarlanan iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib", - o qeyd edib.
09 İyul 2026, 13:55
Sosial layihə çərçivəsində daha 40 mənzil satılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.Qeyd edək ki, mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili...
09 İyul 2026, 12:45