Bakıda Kolumbiyanın Milli Günü qeyd olundu
Cəmiyyət 11 İyul 2026, 08:30
456
Bakıda Kolumbiyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Citypost.az xəbər verir ki, tədbir Azərbaycanın və Kolumbiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo bildirib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq əsasında inkişaf edir:
“Son illər siyasi dialoq genişlənib, parlamentlərarası əlaqələr fəallaşıb və iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.
Həmçinin oxuyun
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycan və Kolumbiya arasında münasibətlər qarşılıqlı etimada əsaslanaraq müsbət dinamika ilə inkişaf edir.
Onun sözlərinə görə, humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir:
“Hər iki ölkədə keçirilən mədəni tədbirlər xalqların zəngin irsinin qarşılıqlı tanıdılmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə mühüm töhfə verir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ali Məhkəmədə Latviya Respublikasının Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirildi
İyulun 10-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Ali Məhkəmənin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Görüş zamanı qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı olaraq təkmilləşdirilir. Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər...
11 İyul 2026, 08:45
“İdarəetmə Akademik kursu”nun buraxılış mərasimi olub
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “İdarəetmə Akademik kursu”nun 1-ci buraxılışına həsr olunmuş mərasim keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Sonra Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Daha sonra Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli tədbir iştirakçılarına kursun məqsədi, fəaliyyəti, vəzifələri, namizədlərin seçimi və tədris...
11 İyul 2026, 08:00
Dənizdə batan qızın axtarışlarına FHN-in helikopteri cəlb olunub
İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.Bu barədə Citypost.az FHN-dən məlumat verilib.Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.Hadisə ilə bağlı əlavə məlumat veriləcək.Xatırladaq ki, iyulun 6-da Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfər batıb. Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib....
10 İyul 2026, 21:45
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq.Citypost.az iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər....
10 İyul 2026, 21:35
Hacı Kərimov Avropa çempionatının finalına çıxıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.Citypost.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək.Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.Hacı...
10 İyul 2026, 21:00
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsininin prezidenti, Böyük Britaniyanın Maliyyə Nazirliyində İqtisadi Cinayətkarlıq və Sanksiyalar üzrə direktor Giles Tompson, Türk Dövləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Eqmont Qrupun sədri, Polşanın Maliyyə Nazirliyinin Maliyyə Məlumatları Departamentinin direktor müavini Elzbieta Franko-Yaskeviç, Eqmont Qrupun icraçı katibi, Fransanın Maliyyə Kəşfiyyat Orqanının Beynəlxalq əməkdaşlıq departmantinin direktor müavini Jerom Bomon, "MONEYVAL" şirkətinin prezidenti, San Marinonun Maliyyə Kəşfiyyat Orqanının direktoru Nikolla Muçiolli, Eqmont Qrupun sədr müavini, Almaniyanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Daniel Telesklaf və Eqmont Qrupun sədr müavini,...
10 İyul 2026, 20:35