ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Cəmiyyət 10 İyul 2026, 18:28
343
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur.
Bu barədə Citypost.az ADY-ə istinadən xəbər verir.
Həmçinin oxuyun
Məlumata görə, tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“İstanbul Hospital”da qanun pozuntusu aşkarlandı: 20 min manat cərimə kəsildi
“İstanbul Hospital” Tibb Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.Citypost.az xəbərinə görə, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən MMC-də yoxlama aparılıb və tibb mərkəzində əmək qanunvericiliyi qaydalarını pozması faktı aşkar edilib.Məlum olub ki, mərkəzin həkim-dermatoloqlarından biri mərkəzə müraciət edən Yusif Hüseynovu qəbul edib və o, ötən il həmin həkim tərəfindən “İstanbul Hospital” Tibb Mərkəzində əməliyyat edilib.Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən MMC ilə xəstəni əməliyyat edən həkim arasında əmək müqaviləsinin qeyd edilən tarixdə olmadığı üzə çıxıb.Həkim tibb müəssisəsində dermatoloq kimi fəaliyyət göstərib, amma həmin...
10 İyul 2026, 19:30
Azərbaycan Çindən dondurma tədarükünü bərpa edib
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində 205 ton dondurma idxal edilib.Citypost.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 4,7 % azdır.Hesabat dövründə Azərbaycan Türkiyədən 504 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % az) 61,6 ton (-31 %), Rusiyadan 402 min ABŞ dolları dəyərində (+9 %) 63 ton (+5 %), Belarusdan 187 min ABŞ dolları dəyərində (-9 %) 40,5 ton (-20 %), Çindən 81,5 min ABŞ dolları dəyərində 6,24 ton, İrandan 60,9 min ABŞ dolları dəyərində 8,7 ton (1 il...
10 İyul 2026, 19:15
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
"Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə bu ilin mayın 19-da yekun vurulub.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təqdim olunmuş təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən "Nort Vest Konstrakşn" MMC investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi...
10 İyul 2026, 19:00
Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında və İsmayıllı rayonu Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....
10 İyul 2026, 18:45
Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır
İşğaldan azad edilmiş Xocalı və Ağdərə rayonlarında ilk dəfə pay torpaqlarında əkilən taxıl sahələrindən bol məhsul əldə olunub.Bu barədə Citypost.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, ümumilikdə Xocalı və Ağdərə rayonlarında min hektardan artıq ərazidə taxıl əkilib. Əldə olunan bol məhsul torpaqların yüksək münbitliyini, tətbiq olunan aqrotexniki tədbirlərin səmərəliliyini və dövlət dəstəyinin effektivliyini bir daha təsdiqləyib.Xocalı rayonunun Ballıca kəndində həyata keçirilən "Torpaqların icarəsi" layihəsi çərçivəsində sakinlərin fəallığı xüsusi diqqət çəkir. Layihəyə 162 nəfər müraciət edib, onlardan 132-si təlim və imtahan mərhələsini uğurla başa vuraraq sertifikat əldə edib. Sertifikat alan...
10 İyul 2026, 18:35
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib.Citypost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
10 İyul 2026, 17:38