Britaniya polisi keçmiş deputat Enn Uiddekombun qətlini araşdırır
Dünya 10 İyul 2026, 21:16
275
Britaniya polisi bu gün daha əvvəl ölüm xəbəri yayılan, lakin ölümünün səbəbi açıqlanmayan keçmiş deputat və siyasətçi Enn Uiddikombun qətli ilə bağlı araşdırmaya başlayıb.
Citypost.az Britaniya mediasına istinadən xəbər verir ki, 78 yaşlı Uiddekomb bu gün səhər evində ölü tapılıb.
Hadisə yerində kriminalistlər işləyir, evin ətrafındakı ərazi mühasirəyə alınıb. Müstəntiqlər ev-ev gəzərək yoxlama aparır və təhlükəsizlik kameralarının, videoreqistratorların və qapı videozənglərinin qeydlərini incələyirlər. Ərazidə polislərin iştirakı gücləndirilib.
"Məhz nə baş verdiyini müəyyənləşdirmək və hadisəyə görə məsuliyyət daşıyan şəxsi tapmaq üçün bütün zəruri resursları cəlb edirik. Biz onun ağdərili bir kişi olduğunu ehtimal edirik", - baş inspektor İlona Rosson deyib.
Həmçinin oxuyun
Daha əvvəl heç bir təfərrüat verilmədən yalnız Uiddekombun ölümü barədə xəbərlər yayılmışdı. Siyasətçi 1987-ci ildən 2010-cu ilə qədər Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin deputatı olub və Con Meycor hökumətində nazir vəzifələrində çalışıb. O, 2019-cu ildə "Brexit Party"yə qoşulub və Avropa Parlamentinin deputatı seçilib, daha sonra isə siyasi fəaliyyətini "Reform UK"də davam etdirib.
Uiddekomb, həmçinin BBC-nin "Strictly Come Dancing" şousu da daxil olmaqla, televiziya layihələrindəki iştirakı sayəsində geniş tanınmışdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Polşanın paytaxtı Varşavada Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin (CBZC) əməkdaşlarına silahlı hücum zamanı 3 polis yaralanıb, birinin vəziyyəti ağırdır.Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.Məlumata görə, 29 yaşlı şəxs Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin Varşavadakı binası yaxınlığında işə gedən polis əməkdaşına beşbarmaq və maçete ilə hücum edib. Hücum zamanı polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb, hücum edən şəxs isə hadisə yerindən qaçıb.Daha sonra polis şübhəlini Kabatı metro stansiyası yaxınlığında aşkar edib. Onun saxlanılması zamanı 29 yaşlı şəxs müqavimət göstərərək daha iki polis əməkdaşına xəsarət yetirib.Hücum edən şəxs saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)...
10 İyul 2026, 22:26
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) İdarəetmə Şurası ölkələri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını və gəmi hərəkətinə nəzarət etmək üçün yaratdığı qurumu tanımamağa çağırıb.Citypost.az “Reuters“a istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü qəbul etdiyi sənəddə qeyd olunub.Sənəddə bildirilir ki, dövlətlər İranın Hörmüz boğazı üzərində nəzarəti birtərəfli qaydada ələ keçirmək cəhdlərini rədd etməlidir. Şura həmçinin Tehranın boğazdan keçən gəmilərin hərəkətini idarə etmək məqsədilə yaratdığı qurumu da “birtərəfli qərar” kimi qiymətləndirib.Məsələ bu həftə Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatının 40 üzvdən ibarət İdarəetmə Şurasının iclasında müzakirə olunub. Müzakirələr zamanı Körfəz ölkələri, ABŞ və İran arasında Hörmüz boğazının gələcəyi ilə bağlı fikir...
10 İyul 2026, 19:25
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib.ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanın hücumlarına cavab olaraq İsraili hədəfə alacaq.Məhəmməd Baqer Zolqədr qeyd edib ki, ABŞ İranın infrastrukturunu hədəfə almağa davam edərsə, İsrail Tehranın cavabından “qurtulmayacaq”. (APA)
10 İyul 2026, 18:15
Tbilisidə müxalif siyasətçi 13 il azadlıqdan məhrum edildi
Tbilisidə terror aktı törətməyə cəhddə ittiham olunan müxalif "Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Aleko Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib.APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.Siyasətçi son sözlə çıxışında hökumət rəsmilərinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə hakimin göstərişi ilə məhkəmə zalından çıxarılıb.Qeyd edək ki, Aleko Elisaşvili ötən ilin noyabrın 29-da saxlanılıb. O, Tbilisi Şəhər Məhkəməsinin binasına qanunsuz daxil olaraq dəftərxanada olan əşyaların və sənədlərin üzərinə benzin tökərək yanğın törətməyə cəhd edib. Müxalifətçi onu dayandırmağa çalışan məhkəmə icraçılarına üzərində olan odlu silahla müqavimət göstərib.Siyasətçiyə qarşı ağır nəticələrə səbəb olan terror aktının törədilməsinə cəhd ittihamı irəli...
10 İyul 2026, 18:00
Qazaxıstanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevın imzaladığı sərəncamlarla ölkənin bir sıra dövlətlərdəki diplomatik missiyalarının rəhbərləri vəzifələrindən azad ediliblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.Bildirilib ki, Rapil Joşıbayev Qazaxıstanın Qırğızıstandakı, Arman İsaqaliyev Qətərdəki, Abzal Saparbekuly Macarıstandakı, Madi Atamqulov isə Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıblar.
10 İyul 2026, 16:19
Təyyarədə qorxu dolu anlar: Sərnişinlər kabus yaşadı
Yunanıstandan Almaniyaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Uçuş zamanı mühərrikdə yaranan nasazlıq nəticəsində onun qopmuş hissəsi təyyarənin pəncərəsinə dəyərək şüşəni sındırıb. Hadisə nəticəsində bir sərnişin xəsarət alıb.Citypost.az Musavat.com xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, Salonikidən Almaniyanın Münhen şəhərinə uçan Ryanair aviaşirkətinə məxsus sərnişin təyyarəsi Şimali Makedoniyanın paytaxtı Skopye yaxınlığında olarkən mühərriklərdən birində ciddi nasazlıq yaranıb.Pilotlar nasazlığın havada aradan qaldırılmasının mümkün olmadığını müəyyən etdikdən sonra təyyarəni təhlükəsiz şəkildə Saloniki hava limanına geri qaytarmaq qərarı veriblər.Eniş zamanı sərnişin salonunda güclü səs eşidilib və pəncərələrdən biri sınıb. Təhlükəsizlik məqsədilə sərnişinlərə oksigen maskaları təqdim olunub.Hadisədən sonra aparılan ilkin araşdırma zamanı müəyyən...
10 İyul 2026, 15:27