Bizə yazın

Baku

-°C

USD

-

Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib

Cəmiyyət 10 İyul 2026, 17:00

344

İyulun 10-da Baş prokuror Kamran Əliyev Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayonundan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur.Bu barədə Citypost.az ADY-ə istinadən xəbər verir.Məlumata görə, tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir....

10 İyul 2026, 18:28

Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib 

Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib.Citypost.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

10 İyul 2026, 17:38

Təmir işləri ilə əlaqədar 6 avtobusun marşrutu dəyişdi

Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.Məlumata görə, 11-12...

10 İyul 2026, 17:30

Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Bakıya səfər edəcək 

Azərbaycan və Meksika arasında parlamentlərarası əməkdaşlıq son dövrdə daha da fəallaşıb və bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədrinin Bakıya səfəri planlaşdırılır.Citypost.az xəbər verir ki, bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Teleqraf-a müsahibəsində deyib.Diplomat bildirib ki, parlamentlərarası dialoq hər iki ölkənin qanunverici orqanları arasında müntəzəm səfərlər və fikir mübadiləsi vasitəsilə əməkdaşlığın əsas mexanizmlərindən biridir.Fevralın 9-dan 13-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bir qrup deputatının Meksikaya səfərini xatırladan diplomat azərbaycanlı deputatların Meksika Konqresinin hər iki palatasının rəhbərləri, xarici işlər nazirinin müavini və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiyini vurğulayıb.O əlavə edib ki, bu il Meksika-Azərbaycan...

10 İyul 2026, 16:05

Sahibə Qafarova Pİ-nin yüksək səviyyəli dialoqunda çıxış edib 

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksək səviyyəli dialoqunda iştirak edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova çıxışında deyib ki, rəqəmsal idarəetmə mövzusu getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib.Çıxışında Azərbaycanın rəqəmsal idarəetmənin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, bu yanaşmanın tərkib hissəsi kimi, Azərbaycan Prezidentinin Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət,...

10 İyul 2026, 16:00

Naxçıvanda avtobus yanıb 

Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.Citypost.az  xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.Hadisə nəticəsində xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.Qeyd edək ki, həmin avtobus Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2026-cı il 2 mart tarixli müvafiq sərəncamı ilə ləğv...

10 İyul 2026, 15:02