Bizə yazın

Baku

-°C

USD

-

"Şəfa" heyətini fransalı futbolçu ilə gücləndirdi 

İdman 10 İyul 2026, 17:12

404

"Şəfa" daha bir futbolçu transferini gerçəkləşdirib.

Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Yarımmüdafiəçi Musa Queli heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb 

"Qarabağ" futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb."Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off iştirakçısı olub....

10 İyul 2026, 12:20

Güləşçimiz Avropa çempionatında ikinci oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.Citypost.az  xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub.Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək....

10 İyul 2026, 10:00

Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi öncəsi boksçular üz-üzə gəliblər

IBA Çempionlar Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib.Citypost.az xəbər verir ki, İçərişəhərdə – Qız Qalasının yaxınlığında təşkil olunan tədbirdə yarış iştirakçıları tərəziyə çıxıblar.Ardınca onlar üz-üzə gəliblər və bu, mərasimə qatılan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.Dünyanın ən güclü boksçularının iştirakı ilə “Sea Breeze Resort”da baş tutacaq IBA Çempionlar Gecəsi iyulun 10-da keçiriləcək. Yarışda Sübhan Mamedov (47,6 kiloqram) Riçard Qardla (Filippin), Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Sərxan Əliyev (70 kiloqram) Nurtas Ajbenovla (Qazaxıstan), Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) və Səidcəmşid Cəfərov (72,6 kiloqram) Nikolay Veselovla (Belarus) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.Digər...

10 İyul 2026, 08:45

"Sumqayıt" portuqaliyalı mütəxəssis ilə 1 illik müqavilə bağlayıb

"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.Citypost.az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalanıb.Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib, qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.Filipe Kandido bu gün həmçinin klubun infrastrukturu ilə tanış olub. O, komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna və "SOCAR Polymer" təlim-məşq mərkəzinin meydançalarına baş çəkib.Qeyd edək ki, Filipe Kandido futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real"...

10 İyul 2026, 08:18

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib

“Qəbələ” hücum xəttini yeni futbolçu ilə gücləndirib.Citypost.az xəbər verir ki, bölgə təmsilçisi Kərim Rossini transfer edib.Rossi ötən mövsümü “Şamaxı”da keçirib. 

09 İyul 2026, 22:20

Norveç millisi Fort-Loderdeyldə otelini dəyişib

Dünya Kubokunun dörddəbir finalına yüksələn Norveç milli komandası ABŞ-ın Fort-Loderdeyl şəhərində yerləşdiyi oteli şəraitin qənaətbəxş olmaması səbəbindən dəyişib.NRK-nın məlumatına görə, komanda tüstülü hava, otaqların təmiz olmaması, yaxınlıqdakı tikinti işləri və magistral yoldan gələn səs-küy səbəbindən başqa otelə köçürülüb.Norveç nümayəndə heyətinin rəhbəri Truls Daeli bildirib ki, məsələ ilə bağlı FIFA dəstək göstərib və köçürülmə xərclərinin bir hissəsini qarşılayıb. Onun sözlərinə görə, komanda daha komfortlu və bahalı oteldə məskunlaşıb.Qeyd edək ki, Norveç millisi iyulun 11-də Fort-Loderdeyldə İngiltərə yığması ilə Dünya Kubokunun dörddəbir final matçında üz-üzə gələcək....

09 İyul 2026, 12:03