Bizə yazın

Baku

-°C

USD

-

Dermatoloqlar sızanaqların əsl səbəblərini açıqladı

Tibb 15 İyul 2026, 10:45

366

Dəridə yaranan sızanaqlar, səpkilər və digər dəyişikliklər insanların ən çox narahat olduğu sağlamlıq problemlərindən biridir. Xüsusilə üz nahiyəsində yaranan akne həm estetik narahatlıq yaradır, həm də bir çox hallarda insanların müxtəlif yanlış məlumatlara inanmasına səbəb olur. Uzun illərdir cəmiyyətdə dolaşan fikirlərdən biri də sızanaqların "qurd xəstəliyi" ilə əlaqəli olmasıdır. Lakin mütəxəssislər bildirirlər ki, bu iddianın elmi əsası yoxdur.

Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, dərinin ən böyük üstünlüyü onun orqanizmdə baş verən dəyişiklikləri ilk göstərən orqanlardan biri olmasıdır. Digər daxili orqanlarda yaranan problemlər uzun müddət gizli qala bildiyi halda, dəridə baş verən ən kiçik dəyişiklik belə insanın diqqətini dərhal cəlb edir.

Mütəxəssislər qeyd edirlər ki, mədə, qaraciyər və ya digər daxili orqanlarda baş verən dəyişikliklər yalnız xüsusi müayinələr zamanı aşkarlanır. Dəri isə orqanizmin bir növ güzgüsü rolunu oynayır. Məhz buna görə də insanlar ilk növbədə dermatoloqa müraciət edirlər və bir çox daxili xəstəliklərin ilkin əlamətləri də məhz dəri dəyişiklikləri vasitəsilə müəyyən edilə bilir.

Həkimlər bildirirlər ki, illərdir cəmiyyətdə formalaşmış "sızanağın səbəbi qurddur" fikri köhnə yanaşmalardan qaynaqlanır və müasir tibbdə öz təsdiqini tapmayıb.

"Vaxtilə demək olar ki, bir çox dəri problemlərinin səbəbi bağırsaq qurdları ilə əlaqələndirilirdi. Lakin bu günə qədər aparılmış elmi araşdırmalar göstərir ki, akne xəstəliyi ilə bağırsaq parazitləri arasında birbaşa əlaqə yoxdur. Bu fikir elmi cəhətdən sübut edilməyib və artıq mif hesab olunur", – deyə mütəxəssislər bildirirlər.

Dermatoloqların sözlərinə görə, əlbəttə ki, bəzi parazitar xəstəliklər orqanizmdə müxtəlif problemlər yarada bilər. Lakin söhbət məhz akne və yeniyetmə sızanaqlarından gedirsə, burada əsas səbəblər tamamilə fərqlidir.

Mütəxəssislər qeyd edirlər ki, hazırda aknenin yaranmasında əsas rol oynayan üç əsas faktor elmi şəkildə sübut olunub.

Bunlardan birincisi genetik meyillikdir. Əgər valideynlərdə və ya yaxın qohumlarda ağır akne müşahidə olunubsa, həmin şəxsdə də bu problemin yaranma ehtimalı daha yüksək olur.

İkinci əsas səbəb hormonal dəyişikliklərdir. Xüsusilə yeniyetməlik dövründə, hamiləlik zamanı və ya qadınlarda hormonal balansın pozulması fonunda yağ vəzilərinin fəaliyyəti artır və nəticədə sızanaqlar əmələ gəlir.

Üçüncü mühüm amil isə qlisemik indeksi yüksək olan qidaların həddindən artıq istifadəsidir. Şəkərli məhsullar, şirniyyatlar, ağ undan hazırlanan qidalar və sürətli karbohidratlarla zəngin qidalar bəzi insanlarda aknenin şiddətlənməsinə səbəb ola bilər.

Həkimlər vurğulayırlar ki, bu üç faktor hazırda aknenin yaranmasında elmi cəhətdən sübut olunmuş əsas səbəblər hesab edilir.

"Bəlkə gələcəkdə aparılacaq yeni tədqiqatlar başqa səbəbləri də ortaya çıxaracaq. Elm daim inkişaf edir. Amma bu gün üçün təsdiqini tapmış əsas səbəblər genetik meyillik, hormonal dəyişikliklər və yüksək qlisemik indeksli qidalanmadır. Əksinə, sızanaqların bağırsaq qurdları ilə əlaqəli olması barədə fikir isə artıq elmi araşdırmalar tərəfindən təsdiqlənməyib", – deyə mütəxəssislər bildirirlər.

Dermatoloqlar sonda vətəndaşlara tövsiyə edirlər ki, üzdə yaranan sızanaqları xalq arasında dolaşan miflərlə deyil, müasir tibbin sübut etdiyi məlumatlarla qiymətləndirsinlər. Uzun müddət davam edən və ya ağırlaşan akne hallarında vaxt itirmədən dermatoloqa müraciət etmək həm dəridə qalıcı izlərin qarşısını alır, həm də problemin əsl səbəbinin müəyyən edilərək düzgün müalicə olunmasına imkan verir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çənə nahiyəsində yaranan sızanaqlarla bağlı həkimlərdən xəbərdarlıq  

Dərinin müxtəlif nahiyələrində yaranan sızanaqların səbəbi hər zaman yalnız dəri problemi olmur. Həkimlərin sözlərinə görə, xüsusilə qadınlarda çənə və çənəaltı nahiyədə təkrarlanan sızanaqlar əksər hallarda hormonal dəyişikliklərin göstəricisi ola bilər. Bu səbəbdən belə hallarda yalnız kosmetik vasitələrdən istifadə etmək kifayət etmir, problemin əsas səbəbi araşdırılmalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dermatoloq qəbuluna müraciət edən qadınlara ilk növbədə menstrual sikllə bağlı suallar verilir. Xüsusilə aybaşıdan əvvəl və ya aybaşı günlərində çənə nahiyəsində sızanaqların sayının artıb-artmaması həkim üçün mühüm diaqnostik əhəmiyyət daşıyır. Əgər pasiyent bu dövrdə sızanaqların daha da çoxaldığını bildirirsə, bu, hormonal balansın pozulmasına dair ciddi ipucu hesab olunur.Həkimlərin sözlərinə...

15 İyul 2026, 09:48

Həkimlərdən sağlam çəki itirməklə bağlı vacib tövsiyələr  

Artıq çəki və piylənmə müasir dövrdə milyonlarla insanın qarşılaşdığı ən ciddi sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislər bildirirlər ki, insanların arıqlamaq istəyinə baxmayaraq, bu yolda qarşılarına çıxan ən böyük maneə yanlış məlumatlar, sosial şəbəkələrdə yayılan reallığı əks etdirməyən vədlər və sağlam qidalanma ilə bağlı formalaşmış səhv təsəvvürlərdir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan pəhrizə başlayarkən ilk növbədə ac qalacağını düşünür. Halbuki düzgün qidalanma heç də aclıq demək deyil. Əsas məqsəd orqanizmi lazımi vitamin, mineral, zülal, yağ və karbohidratlarla təmin etməklə sağlam şəkildə artıq çəkidən azad olmaqdır.Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələrdə tez-tez rast gəlinən "2 aya 15 kilo",...

15 İyul 2026, 08:21

Zobun müalicəsi necə aparılır? Həkimlər ən effektiv üsullar barədə danışırlar  

Qalxanabənzər vəzinin xəstəlikləri, xalq arasında daha çox "zob" adı ilə tanınır və bu problemlər hər bir xəstədə eyni şəkildə müalicə olunmur. Mütəxəssislərin sözlərinə görə, müalicə üsulu ilk növbədə zobun hansı növ olmasından, qalxanabənzər vəzinin funksional vəziyyətindən və xəstəliyin yaratdığı fəsadlardan asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, zob tək bir xəstəlik deyil. Bu anlayışın altında qalxanabənzər vəzinin hormon çatışmazlığı, hormon artıqlığı, düyünlü dəyişikliklər və hətta bədxassəli şişlər kimi müxtəlif patologiyalar dayanır. Buna görə də hər xəstə üçün fərdi yanaşma vacibdir.Əgər qalxanabənzər vəzi kifayət qədər hormon istehsal etmirsə və xəstədə hipotireoz aşkarlanırsa, əsas müalicə yolu əvəzləyici hormonal terapiyadır....

14 İyul 2026, 10:25

3 yaşdan sonra inkişaf geriliyi düzələ bilərmi? Mütəxəssislər AÇIQLADI

Son illər uşaqlarda nitq, sosial ünsiyyət və inkişaf geriliyi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, həyatın ilk üç ili inkişaf baxımından ən vacib dövr hesab olunsa da, bu müddətdə müəyyən imkanlar qaçırılıbsa, bu, heç də hər şeyin bitdiyi anlamına gəlmir.Citypost.az xəbər verir ki, həkimlər və inkişaf üzrə mütəxəssislər qeyd edirlər ki, bəzi ailələr müxtəlif səbəblərdən diaqnozu gecikdirirlər. Bəzən valideynlər "atası da gec danışıb", "ayağa gec qalxıb", "zamanla özü düzələr" kimi fikirlərə inanaraq mütəxəssisə müraciəti təxirə salırlar. Halbuki bu gecikmə uşağın inkişafında əlavə çətinliklər yarada bilər.Mütəxəssislərin sözlərinə görə, 0–3 yaş dövrü beynin inkişafı üçün ən həssas mərhələ olsa da,...

14 İyul 2026, 09:35

Glüten hər kəs üçün zərərlidirmi?

Son illər qidalanma ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də glütensiz qidalanmadır. Bir çox insan qarında köp, şişkinlik və həzm narahatlığı hiss etdikdə bunun səbəbini dərhal glütenlə əlaqələndirir və həkim məsləhəti olmadan qidalanmasından çörək, un məmulatları və digər glüten tərkibli məhsulları çıxarır. Lakin mütəxəssislər bildirirlər ki, glüten hər kəs üçün zərərli deyil və onun səbəbsiz yerə qidadan çıxarılması düzgün yanaşma hesab olunmur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, glütendən tamamilə uzaq durmalı olan əsas qrup çölyak xəstələridir. Bu xəstəlik zamanı insanın immun sistemi glütenə qarşı ciddi reaksiya verir və nazik bağırsağın selikli qişası zədələnir. Belə pasiyentlər üçün glütenli...

14 İyul 2026, 08:33

Bağırsaqlarınız sizə siqnal verir – Qəbizliyin əsas səbəbləri açıqlandı

Bağırsaqların sağlam işləməsi insan orqanizminin ümumi sağlamlığı üçün ən vacib amillərdən biridir. Həkimlər bildirirlər ki, bağırsaqların fəaliyyəti birbaşa qidalanma tərzi, qəbul edilən maye miqdarı, fiziki aktivlik və gündəlik vərdişlərlə əlaqəlidir. Əslində, bağırsaqlar hər gün insanın necə qidalandığını və həyat tərzinin nə qədər sağlam olduğunu öz fəaliyyəti ilə göstərir.Mütəxəssislərin sözlərinə görə, sağlam bağırsaq fəaliyyəti zamanı insan gündə bir dəfə və ya gün aşırı rahat şəkildə nəcis ifraz etməlidir. İfraz prosesi ağrısız və gücənmədən baş verməli, sanitar qovşaqda isə uzun müddət oturmaq vərdişə çevrilməməlidir. Çünki həddindən artıq gücənmək və tualetdə uzun vaxt keçirmək müxtəlif bağırsaq problemlərinə, o cümlədən babasil və digər xəstəliklərə...

13 İyul 2026, 10:30