Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib 

Cəmiyyət 15 İyul 2026, 10:50

457

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Citypost.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.

O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.

Azərbaycan xalqı və dövləti əziz mirasımız olan “Bir millət iki dövlət” prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Prezidentin başsağlığını Qətər Əmirinə çatdırıb

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.Bu barədə Citypost.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Səfər çərçivəsində spiker Sahibə Qafarova Qətər Dövlətinin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin Lusail Sarayında keçirdiyi başsağlığı qəbulunda iştirak edib.Milli Məclisin sədri Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham...

15 İyul 2026, 11:35

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib 

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub....

15 İyul 2026, 11:29

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycana təhvil veriləcək

Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında...

15 İyul 2026, 10:25

Hakim: Hədiyyə kartının balansını silmək qanunsuz sayıla bilər

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.Bu barədə Citypost.az-a Ali Məhkəmədən məlumat verilib.Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil:"Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu...

15 İyul 2026, 10:11

Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.Citypsot.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin çatdırıldığı bildirilib.“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”, – paylaşımda qeyd olunub.Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını “15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə tamamlayıb....

15 İyul 2026, 10:05

Azərbaycanla Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, yollayışların "E-AHİK" Elektron Rezervasiya Sistemi vasitəsilə üzərindən verilməsi mexanizmi, Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən bəhs olunub.Qonaqlara "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti, sağlamlıq və istirahət mərkəzlərində yenidənqurma və rəqəmsallaşdırma istiqamətlərində görülən işlər haqqında məlumat verilib.Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq...

15 İyul 2026, 09:43