Bakıda faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Cəmiyyət 15 İyul 2026, 19:15
318
"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.
Citypost.az Qaynarinfo-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə "Stimul Hospital"a müraciət edən N.F. üzərində laparoskopik üsulla "sleeve qastrektomiya" (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib. pizza mizza
İttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada qiymətləndirilməyib. Məhkəmə materiallarında qeyd olunur ki, bu mərhələdə həkim konsilium təşkil etməli, təcili kompüter tomoqrafiyası (KT) müayinəsi aparmalı və tikiş xəttində yaranmış mümkün mədə sızmasını vaxtında müəyyən edərək cərrahi müdaxilə etməli idi. Bunun əvəzinə pasiyentə 10 gün müddətində antibiotik müalicəsi təyin edilib.
Sonradan aparılan KT müayinəsində qarın boşluğunda abses aşkar olunub və N.F. təkrar əməliyyat edilib. Bir müddət sonra isə onda mədə fistulu inkişaf etdiyindən üçüncü cərrahi müdaxilə həyata keçirilib. İttihama əsasən, ilkin əməliyyatdan sonra yaranmış mədə sızmasının vaxtında aradan qaldırılmaması nəticəsində pasiyentdə peritonit, sepsis və poliorqan çatışmazlığı inkişaf edib. Nəticədə N.F. vəfat edib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib və yol verdiyi səhlənkarlıqla ağır nəticələrin yaranmasına səbəb olub.
Həmçinin oxuyun
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməliyyat tibbi standartlara uyğun icra olunub, sonradan yaranan ağırlaşmalar isə bariatrik cərrahiyyədə rast gəlinən risklərdəndir. Onun sözlərinə görə, pasiyentdə müşahidə olunan yüksək hərarət ilk mərhələdə mədə sızmasını təsdiqləyən əlamət hesab edilməyib və buna görə antibiotik müalicəsinə başlanılıb. Həkim qeyd edib ki, hərarət davam etdikdən sonra KT müayinəsi aparılıb, aşkar olunan abses cərrahi yolla aradan qaldırılıb və sonrakı əməliyyatlar beynəlxalq cərrahi tövsiyələrə uyğun həyata keçirilib.
Təqsirləndirilən şəxs həmçinin iddia edib ki, pasiyentin ölümünə səbəb əməliyyat deyil, sonrakı dövrdə yaranmış qidalanma pozğunluğu, albumin çatışmazlığı və daxili orqanların fəaliyyətinin zəifləməsi olub. O, məhkəmədən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməyib.
Zərərçəkmişin hüquqi varisi isə məhkəmədə bildirib ki, əməliyyatdan qısa müddət sonra N.F.-də yüksək hərarət, halsızlıq və qusma başlayıb. Onun sözlərinə görə, ailə həkimə dəfələrlə müraciət etsə də, vəziyyət ciddi qiymətləndirilməyib və yalnız antibiotik müalicəsi tövsiyə olunub. Daha sonra aparılan müayinələr nəticəsində ağırlaşmalar aşkarlanıb və pasiyent ardıcıl olaraq iki dəfə yenidən əməliyyat edilib. Hüquqi varis həmçinin əməliyyatlara görə ödənişlərin nağd şəkildə həyata keçirildiyini və bunun müqabilində hər hansı maliyyə sənədi təqdim olunmadığını iddia edib.
Qaynarinfo "Stimul Hospital”la əlaqə saxlayaraq təqsirləndirilən şəxsin sözügedən klinikada ümumi cərrah vəzifəsində çalışan Rəşad Əkbərli olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Klinika Rəşad Əkbərlinin onların işçisi olduğunu təsdiqləyib. Lakin N.F. ilə bağlı hadisə və cərrahın həbsi barədə məlumatlı olmadığını bildiriblər.
Əməkdaşımızın "Rəşad doktor hazırda işdədirmi, onunla danışa bilərikmi?” sualına isə cavab olaraq bildirilib ki, adiçəkilən cərrah bu gün işə çıxmayıb. Daha sonra isə əlaqə nömrəsi istənilərək redaksiya ilə əlaqə saxlanılacağı bildirilib. Lakin bir neçə saat keçsə də, klinika geridönüş etməyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zelenski: Koretski baş nazir vəzifəsinə ən hazırlıqlı namizəddir
Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxs "Naftoqaz"ın baş direktoru Sergey Koretskidir."Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə mətbuat konfransında bildirib."Şübhəsiz ki, biz diplomatik addımlar da atacağıq, Rusiyanı dialoqa məcbur etmək, onun atəşi dayandırması üçün hər şeyi edəcəyik. Artıq çoxdan hazırlaşırıq, lakin prioritet aydındır – qışa hazırlıq. Ona görə də Sergey Koretski bütün məsləhətləşmələrdən sonra yəqin ki, Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxsdir", – o qeyd edib....
15 İyul 2026, 20:12
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən azad edildi
Xarici İşlər Nazirliyinin diplomatı Cavid Sadıqov tutduğu vəzifəsindən azad edilib. Citypost.az "Unikal"a istinadən xəbər verir ki, C.Sadıqov öz ərizəsi ilə işdən ayrılıb.Qeyd edək ki, Cavid Sadıqov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Riad Əhmədovun kürəkənidir.
15 İyul 2026, 19:50
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə...
15 İyul 2026, 19:43
Argentinalı keçmiş futbolçu Tofiq Bəhramova söz atdı
Argentina millisinin sabiq oyunçusu Ernan Krespo ölkəsinin İngiltərə ilə oynayacağı matç öncəsi danışıb.“Yeni Sabah” xəbər verir ki, 51 yaşlı keçmiş hücumçu bir zamanlar şərəfini qoruduğu kollektivin qələbəsinə tam inandığını bildirib:“İngilislərin bizimlə matçda şansı yoxdur. Onların Konqo, Meksika və Norveçlə oyunlarını izləmişəm. Tam stabil taktiki gedişləri yoxdur. Yarımfinala çıxmaları belə böyük nəticədir. Axşamkı qarşılaşmada ingilislərə yeni bir Tofiq Bəhramov lazımdır”. Pepperoni pizzaXatırladaq ki, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında yaxın xətt hakimi kimi çıxış edən Tofiq Bəhramov İngiltərənin Almaniyaya vurduğu mübahisəli qolu keçərli saymışdı. Bu qərar illərdir almanlar və ingilislər arasında ciddi mübahisə mövzusudur. Həmin finalda ingilislər ilk və hələlik yeganə...
15 İyul 2026, 19:07
Gəncədə universitet müəllimi vəfat etdi
Gəncə Dövlət Universitetinin (GDU) baş müəllimi Kəmalə İsayeva vəfat edib.Citypost.az xəbər verir ki, o, 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.
15 İyul 2026, 19:00
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində son illər sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm uğurların əldə edildiyini, bu irəliləyişlərin cari ildə də davam etdirildiyini vurğulayıb.Nazir 2026-cı ilin əvvəlindən pensiyalarda növbəti artımlar edildiyini, ilk yarımildə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 368 mln. manat çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldildiyini...
15 İyul 2026, 18:14