Bizə yazın

Baku

-°C

USD

-

Gəncədə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək

İdman 15 İyul 2026, 18:38

313

İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.

Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Barselona” DÇ-2026-da çıxış edən müdafiəçi ilə maraqlanır

İspaniya təmsilçisi “Barselona” yay transfer dövründə müdafiə xəttni gücləndirməyi düşünür.Teleqraf xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.Kataloniya klubunun transfer siyahısında İspaniya təmsilçisi “Atletik Bilbao" klubunun futbolçusu Emerik Lyaport və Argentina millisinin və İngiltərənin “Tottenhem” komandasının üzvü Kristian Romero yer alır.Lyaport DÇ-2026-da Pau Kubarsi ilə uğurlu çıxışı sayəsində “Barselona”nın diqqətini cəlb edib. Lakin onun “Atletik”də yüksək maaş alması transferin qarşısındakı əsas maneələrdən biri hesab olunur.Romero isə klub tərəfindən uzunmüddətli perspektivdə müdafiə xəttinin lideri kimi qiymətləndirilir. Argentinalı müdafiəçinin transfer dəyəri 50 milyon avro təşkil edir.Hazırda “Barselona” hər iki futbolçu ilə maraqlanır. Kataloniya təmsilçisinin bu transferlərdən birini reallaşdırması üçün əvvəlcə...

15 İyul 2026, 18:50

İngiltərə millisi 60 ildən sonra ən vacib oyununa çıxır 

Futbol üzrə İngiltərə millisi dünya çempionatının yarımfinal mərhələsində bu gün Argentina ilə qarşılaşacaq.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qarşılaşma İngiltərə yığmasının 1966-cı ildə qazandığı dünya çempionluğundan sonra ən vacib oyunlarından biri hesab olunur. İngiltərə millisi son 60 ildə yalnız iki dəfə - 1990 və 2018-ci illər mundialında yarımfinala yüksəlib. Komanda bu dəfə finala vəsiqə qazanacağı təqdirdə, DÇ-1966-dan sonra ilk dəfə həlledici görüşdə çıxış edəcək.ABŞ-nin Atlanta şəhərində keçiriləcək İngiltərə - Argentina görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyuna marağın böyük olduğu bildirilir. Baş məşqçi Tomas Tuxelin mətbuat konfransı əvvəlcə planlaşdırılandan daha böyük zala köçürülsə də, bütün yerlər dolub.Qeyd edək ki,...

15 İyul 2026, 17:40

Azərbaycan atleti U-18 Avropa çempionatında iştirak edəcək 

Azərbaycan atleti Ramil İsmayılov İtaliyanın Rieti şəhərində keçiriləcək U-18 Avropa çempionatında iştirak edəcək.Bu barədə Citypost.az-aAzərbaycan Atletika Federasiyasından məlumat verilib.R.İsmayılov üçtəkanla tullanma növündə mübarizə aparacaq.Xatırladaq ki, yarış 16-19 iyul aralığında baş tutacaq.

15 İyul 2026, 17:28

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub 

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.Citypost.az  xəbər verir ki, qadınlardan ibarət "Turan" komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək.İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.Kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Sportinq"lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.Qadınlardan ibarət "DH Volley" komandası Çağırış Kubokunun 1/32 finalında "Holte" (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.Kişilər arasında Çağırış Kubokunda "Ordu" uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin "Ferde" klubu olacaq. "Hərbçilər" ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda...

15 İyul 2026, 16:39

Pedro Porro Fransa - İspaniya matçının ən yaxşısı seçilib

Futbol üzrə dünya çempionatında Fransa və İspaniya yığmaları arasında keçirilən yarımfinal matçının ən yaxşı oyunçusu müəyyənləşib."Report" xəbər verir ki, ispanların heyətində Pedro Porro oyunun ən yaxşısı adına layiq görülüb.Qeyd edək ki, cinah müdafiəçisi sözügedən matçda (2:0) komandasının ikinci qolunu vurub.

15 İyul 2026, 09:28

"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək

Azərbaycan Premyer Liqası təmsilçisi "İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək.Citypost.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.2026/2027 mövsümünün hazırlığına iyulun 8-də başlayan komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək. "İmişli" iyulun 17-də "Şəfa", 21-də "Qarabağ-2", 24-də isə "Araz-Naxçıvan"la qüvvəsini sınayacaq.İyulun 27-də komanda Yevlaxa yollanacaq və ayın 28-də "Karvan-Yevlax"la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la yoxlama oyunları keçiriləcək.Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adına...

15 İyul 2026, 08:14