Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Cəmiyyət 15 İyul 2026, 19:43
243
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.
Milli Məclisin sədri Peter Pelleqrini ilə əvvəlki illərdə keçirilmiş görüşlərini məmnunluqla xatırlayıb. O, Slovakiya Milli Şurasının sədri, daha sonra isə Slovakiyanın Baş naziri kimi Azərbaycana səfər etmiş Peter Pelleqrinin bu dəfə Slovakiya Respublikasının Prezidenti qismində ölkəmizə rəsmi səfərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi danışıqların ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Spiker bu səfərin Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Cari ilin oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının xalqlar arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin oxuyun
Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə söz açan Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Slovakiyanın Qarabağın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib. Peter Pelleqrini qeyd edib ki, 2018-ci ildə Slovakiyanın Baş naziri kimi Azərbaycana həyata keçirdiyi səfərdən sonra onun rəhbərlik etdiyi hökumət ölkəsinin Azərbaycanda səfirlik açması barədə qərar qəbul edib. O bildirib ki, bu addım Slovakiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına verilən önəmin ifadəsi olub. Prezident Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Ağdamda tikiləcək tam orta məktəbə Slovakiyanın görkəmli şəxsiyyətinin adının verilməsini qürurverici hadisə adlandıran Prezident Peter Pelleqrini bunun Slovakiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı hörmətin daha bir təzahürü olduğunu bildirib.
Söhbət zamanı Milli Məclisin sədri ilə müxtəlif zamanlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayan ali qonaq, parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunaraq, parlamentlərin aidiyyəti komitələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonda o, Milli Məclisin sədrini yenidən Slovakiyaya rəsmi səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zelenski: Koretski baş nazir vəzifəsinə ən hazırlıqlı namizəddir
Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxs "Naftoqaz"ın baş direktoru Sergey Koretskidir."Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə mətbuat konfransında bildirib."Şübhəsiz ki, biz diplomatik addımlar da atacağıq, Rusiyanı dialoqa məcbur etmək, onun atəşi dayandırması üçün hər şeyi edəcəyik. Artıq çoxdan hazırlaşırıq, lakin prioritet aydındır – qışa hazırlıq. Ona görə də Sergey Koretski bütün məsləhətləşmələrdən sonra yəqin ki, Ukrayna Baş naziri vəzifəsinə ən hazırlıqlı şəxsdir", – o qeyd edib....
15 İyul 2026, 20:12
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən azad edildi
Xarici İşlər Nazirliyinin diplomatı Cavid Sadıqov tutduğu vəzifəsindən azad edilib. Citypost.az "Unikal"a istinadən xəbər verir ki, C.Sadıqov öz ərizəsi ilə işdən ayrılıb.Qeyd edək ki, Cavid Sadıqov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Riad Əhmədovun kürəkənidir.
15 İyul 2026, 19:50
Bakıda faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.Citypost.az Qaynarinfo-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə "Stimul Hospital"a müraciət edən N.F. üzərində laparoskopik üsulla "sleeve qastrektomiya" (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib. pizza mizzaİttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada...
15 İyul 2026, 19:15
Argentinalı keçmiş futbolçu Tofiq Bəhramova söz atdı
Argentina millisinin sabiq oyunçusu Ernan Krespo ölkəsinin İngiltərə ilə oynayacağı matç öncəsi danışıb.“Yeni Sabah” xəbər verir ki, 51 yaşlı keçmiş hücumçu bir zamanlar şərəfini qoruduğu kollektivin qələbəsinə tam inandığını bildirib:“İngilislərin bizimlə matçda şansı yoxdur. Onların Konqo, Meksika və Norveçlə oyunlarını izləmişəm. Tam stabil taktiki gedişləri yoxdur. Yarımfinala çıxmaları belə böyük nəticədir. Axşamkı qarşılaşmada ingilislərə yeni bir Tofiq Bəhramov lazımdır”. Pepperoni pizzaXatırladaq ki, 1966-cı ildə keçirilən Dünya Çempionatının finalında yaxın xətt hakimi kimi çıxış edən Tofiq Bəhramov İngiltərənin Almaniyaya vurduğu mübahisəli qolu keçərli saymışdı. Bu qərar illərdir almanlar və ingilislər arasında ciddi mübahisə mövzusudur. Həmin finalda ingilislər ilk və hələlik yeganə...
15 İyul 2026, 19:07
Gəncədə universitet müəllimi vəfat etdi
Gəncə Dövlət Universitetinin (GDU) baş müəllimi Kəmalə İsayeva vəfat edib.Citypost.az xəbər verir ki, o, 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.
15 İyul 2026, 19:00
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində son illər sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm uğurların əldə edildiyini, bu irəliləyişlərin cari ildə də davam etdirildiyini vurğulayıb.Nazir 2026-cı ilin əvvəlindən pensiyalarda növbəti artımlar edildiyini, ilk yarımildə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 368 mln. manat çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldildiyini...
15 İyul 2026, 18:14