Bakı və Lənkəranın bəzi hissələrində işıq olmayacaq
Cəmiyyət 16 İyul 2026, 08:40
355
Bu gün paytaxt və Lənkəranın bəzi ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə Citypost.az “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində və “Qoşa Qala” restoranının arxa hissəsində elektrik enerjisi təchizatı müvəqqəti dayandırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin oxuyun
Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bölgələrdən Lənkəranın Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür, Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək elektrik enerjisi verilişi müvəqqəti kəsiləcək.
Qurumdan bildirilib ki, aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əməkdar artist tıxacdan bezib: "Evimi satacağam"
Əməkdar artist Sevinc Sarıyeva tıxaclardan şikayətlənib.Citypost.az xəbər verir ki, ifaçı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, verilişə tıxaca görə gecikib:"Yollarda tıxacdır. Saat 5-dən Bayraq Meydanının yanından addım-addım gəlirəm. Ona görə də Bayıldakı evimi satıb çıxacağam ki, harasa gedəndə rahat çata bilim".
16 İyul 2026, 09:18
Sürücülərin nəzərinə: 5 küçədə təmir başlayır
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aşağıdakı küçələrdə təmir işlərinə başlanılır.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, 16 iyul tarixindən Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsi, Yasamal rayonunun Şeyx Məhəmməd Xiyabani küçəsi, Nizami rayonunun Əliağa Kürçaylı küçəsi və 17 iyul tarixindən Nizami rayonunun C. Naxçıvanski küçəsi (8-ci km bazarının sağ və sol tərəfi), Yasamal rayonunun Ayna Sultanova küçəsində təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.Qeyd olunub ki, sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək tövsiyə olunur....
16 İyul 2026, 08:00
Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb
Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb."Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev və səfirliyin əməkdaşı Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Ayon, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar.Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının...
15 İyul 2026, 23:30
ABŞ İranın Henqam adasına zərbələr endirib
İranın Henqam adasında partlayış səsi eşidilib.“Mehr” xəbər verir ki, bir neçə dəqiqə əvvəl ABŞ tərəfindən sözügedən adaya zərbələr endirilib.Partlayışın hansı obyektdə qeydə alındığı və nəticələri barədə məlumat veriləcəyi bildirilib.Qeyd edək ki, bundan əvvəl CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) İrana qarşı 90 dəqiqəlik hücum dalğası həyata keçirdiyini elan edib.
15 İyul 2026, 22:00
İcra başçısına yeni müavin təyin olundu
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.Citypost.az xəbər verir ki, Sərəncama əsasən İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini- Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib və kollektivə təqdim olunub.Qeyd edək ki, Ülkər İsmayılova bu vəzifəyə qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb, uzun illər şəhər icra hakimiyyəti başçısı aparatında dövlət qulluğu sahəsində çalışıb və zəngin təcrübə qazanıb.Lənkəran ŞİH başçısı aparatının kollektivi olaraq Ülkər İsmayılovanı təbrik edir, yeni vəzifəsində...
15 İyul 2026, 21:50
Nazir idarə rəisi Əkbər Novruzovu təqaüdə göndərib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub. Citypost.az Qaynarinfo-a istinadən xəbər verir ki,bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, sözügedən vəzifəyə təyin olunmuşdu. ...
15 İyul 2026, 21:43