Kondisioner burnu necə qurudur? – LOR mütəxəssisləri səbəbləri izah edir
Tibb 16 İyul 2026, 09:30
361
Yay aylarında kondisioner həm evlərdə, həm də ofislərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət kondisionerli mühitdə qalmaq burun boşluğunun selikli qişasına mənfi təsir göstərə, quruluq, qıcıqlanma və yuxarı tənəffüs yolları ilə bağlı müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.
Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisionerin əsas funksiyası havanı soyutmaq olsa da, bu proses zamanı otaqdakı rütubət də azalır. Halbuki burun selikli qişasının normal fəaliyyət göstərməsi üçün otaqdakı nisbi rütubətin təxminən 40–60 faiz arasında olması tövsiyə edilir. Kondisionerin intensiv işlədiyi qapalı məkanlarda isə bu göstərici bəzən 20–30 faizə qədər enə bilir.Nəticədə nəfəs aldıqca burun selikli qişası daim quru hava ilə təmasda olur və özünü qorumaqda çətinlik çəkir. İlk mərhələdə insanlar burunda yüngül quruluq hiss edir. Daha sonra burun daxilində yanma, qıcıqlanma, tez-tez asqırma, qabıq əmələ gəlməsi və nəfəsalma zamanı narahatlıq yarana bilər.
Mütəxəssislər bildirirlər ki, burun selikli qişası orqanizmin ilk müdafiə xəttidir. Onun əsas vəzifəsi nəfəs aldığımız havanı nəmləndirmək, isindirmək və toz, allergen, virus, bakteriya kimi zərərli hissəcikləri süzməkdir. Selikli qişa quruduqda isə bu müdafiə mexanizmi zəifləyir və yad hissəciklər tənəffüs yollarına daha asan daxil olur. Bu da allergik rinit, sinusit, faringit və digər yuxarı tənəffüs yolu xəstəliklərinin yaranma riskini artırır.Araşdırmalar göstərir ki, gün ərzində uzun müddət kondisionerli qapalı məkanlarda çalışan insanlarda yuxarı tənəffüs yolu problemlərinə daha çox rast gəlinir. Xüsusilə allergiyası olan şəxslər, uşaqlar, yaşlılar və hamilə qadınlar bu baxımdan daha həssas hesab olunurlar.
Mütəxəssislər belə halların qarşısını almaq üçün ilk növbədə otaqdakı rütubət səviyyəsinin qorunmasını, kondisionerin filtrlərinin mütəmadi təmizlənməsini və gün ərzində kifayət qədər maye qəbulunu tövsiyə edirlər. Eyni zamanda burun boşluğunu nəmləndirmək üçün izotonik dəniz suyu tərkibli məhsullardan istifadə etmək də faydalı hesab olunur.Bu məqsədlə istifadə olunan dəniz suyu tərkibli spreylər burun boşluğunu tozdan, allergenlərdən və digər hissəciklərdən mexaniki şəkildə təmizləyir, selikli qişanın təbii rütubət balansının bərpasına kömək edir. Tərkibində pantenol olan məhsullar isə selikli qişanın bərpasını və regenerasiyasını dəstəkləyərək quruluq nəticəsində yaranmış qıcıqlanmanın azalmasına kömək edə bilər.
Həmçinin oxuyun
Mütəxəssislər qeyd edirlər ki, kimyəvi damar daraldıcı maddələrdən fərqli olaraq, izotonik dəniz suyu və pantenol tərkibli məhsullar burunda asılılıq yaratmır və uzunmüddətli istifadə üçün daha təhlükəsiz hesab olunur. Lakin davamlı burun tutulması, qanaxma, güclü ağrı və ya uzunmüddətli narahatlıq hallarında mütləq həkimə müraciət edilməlidir.
Həkimlər sonda vurğulayırlar ki, kondisionerdən düzgün istifadə etmək, otağın rütubətini nəzarətdə saxlamaq və burun boşluğunun təbii müdafiə mexanizmini qorumaq yay aylarında həm tənəffüs sağlamlığının, həm də ümumi komfortun təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yuxudan duran kimi ilk olaraq su içmək niyə tövsiyə olunur?
Səhər yuxudan oyanan kimi ilk olaraq bir stəkan su içmək son illərdə həkimlərin ən çox tövsiyə etdiyi sağlam vərdişlərdən birinə çevrilib. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gecə boyunca orqanizm uzun müddət maye qəbul etmədiyi üçün müəyyən dərəcədə susuzlaşma baş verir. Bu səbəbdən günə su ilə başlamaq bədənin normal fəaliyyətini bərpa etməyə kömək edir.Həkimlər bildirirlər ki, insan orqanizmi yuxu zamanı orta hesabla 6-8 saat ərzində su qəbul etmir. Bu müddətdə nəfəsalma, tərləmə və digər fizioloji proseslər nəticəsində bədən müəyyən miqdarda maye itirir. Səhər oyandıqdan sonra içilən bir-iki stəkan su həmin maye çatışmazlığını aradan qaldırmağa kömək edir və hüceyrələrin normal...
16 İyul 2026, 08:20
Dermatoloqlar sızanaqların əsl səbəblərini açıqladı
Dəridə yaranan sızanaqlar, səpkilər və digər dəyişikliklər insanların ən çox narahat olduğu sağlamlıq problemlərindən biridir. Xüsusilə üz nahiyəsində yaranan akne həm estetik narahatlıq yaradır, həm də bir çox hallarda insanların müxtəlif yanlış məlumatlara inanmasına səbəb olur. Uzun illərdir cəmiyyətdə dolaşan fikirlərdən biri də sızanaqların "qurd xəstəliyi" ilə əlaqəli olmasıdır. Lakin mütəxəssislər bildirirlər ki, bu iddianın elmi əsası yoxdur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, dərinin ən böyük üstünlüyü onun orqanizmdə baş verən dəyişiklikləri ilk göstərən orqanlardan biri olmasıdır. Digər daxili orqanlarda yaranan problemlər uzun müddət gizli qala bildiyi halda, dəridə baş verən ən kiçik dəyişiklik belə insanın diqqətini dərhal cəlb...
15 İyul 2026, 10:45
Çənə nahiyəsində yaranan sızanaqlarla bağlı həkimlərdən xəbərdarlıq
Dərinin müxtəlif nahiyələrində yaranan sızanaqların səbəbi hər zaman yalnız dəri problemi olmur. Həkimlərin sözlərinə görə, xüsusilə qadınlarda çənə və çənəaltı nahiyədə təkrarlanan sızanaqlar əksər hallarda hormonal dəyişikliklərin göstəricisi ola bilər. Bu səbəbdən belə hallarda yalnız kosmetik vasitələrdən istifadə etmək kifayət etmir, problemin əsas səbəbi araşdırılmalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dermatoloq qəbuluna müraciət edən qadınlara ilk növbədə menstrual sikllə bağlı suallar verilir. Xüsusilə aybaşıdan əvvəl və ya aybaşı günlərində çənə nahiyəsində sızanaqların sayının artıb-artmaması həkim üçün mühüm diaqnostik əhəmiyyət daşıyır. Əgər pasiyent bu dövrdə sızanaqların daha da çoxaldığını bildirirsə, bu, hormonal balansın pozulmasına dair ciddi ipucu hesab olunur.Həkimlərin sözlərinə...
15 İyul 2026, 09:48
Həkimlərdən sağlam çəki itirməklə bağlı vacib tövsiyələr
Artıq çəki və piylənmə müasir dövrdə milyonlarla insanın qarşılaşdığı ən ciddi sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislər bildirirlər ki, insanların arıqlamaq istəyinə baxmayaraq, bu yolda qarşılarına çıxan ən böyük maneə yanlış məlumatlar, sosial şəbəkələrdə yayılan reallığı əks etdirməyən vədlər və sağlam qidalanma ilə bağlı formalaşmış səhv təsəvvürlərdir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan pəhrizə başlayarkən ilk növbədə ac qalacağını düşünür. Halbuki düzgün qidalanma heç də aclıq demək deyil. Əsas məqsəd orqanizmi lazımi vitamin, mineral, zülal, yağ və karbohidratlarla təmin etməklə sağlam şəkildə artıq çəkidən azad olmaqdır.Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələrdə tez-tez rast gəlinən "2 aya 15 kilo",...
15 İyul 2026, 08:21
Zobun müalicəsi necə aparılır? Həkimlər ən effektiv üsullar barədə danışırlar
Qalxanabənzər vəzinin xəstəlikləri, xalq arasında daha çox "zob" adı ilə tanınır və bu problemlər hər bir xəstədə eyni şəkildə müalicə olunmur. Mütəxəssislərin sözlərinə görə, müalicə üsulu ilk növbədə zobun hansı növ olmasından, qalxanabənzər vəzinin funksional vəziyyətindən və xəstəliyin yaratdığı fəsadlardan asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, zob tək bir xəstəlik deyil. Bu anlayışın altında qalxanabənzər vəzinin hormon çatışmazlığı, hormon artıqlığı, düyünlü dəyişikliklər və hətta bədxassəli şişlər kimi müxtəlif patologiyalar dayanır. Buna görə də hər xəstə üçün fərdi yanaşma vacibdir.Əgər qalxanabənzər vəzi kifayət qədər hormon istehsal etmirsə və xəstədə hipotireoz aşkarlanırsa, əsas müalicə yolu əvəzləyici hormonal terapiyadır....
14 İyul 2026, 10:25
3 yaşdan sonra inkişaf geriliyi düzələ bilərmi? Mütəxəssislər AÇIQLADI
Son illər uşaqlarda nitq, sosial ünsiyyət və inkişaf geriliyi ilə bağlı müraciətlərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, həyatın ilk üç ili inkişaf baxımından ən vacib dövr hesab olunsa da, bu müddətdə müəyyən imkanlar qaçırılıbsa, bu, heç də hər şeyin bitdiyi anlamına gəlmir.Citypost.az xəbər verir ki, həkimlər və inkişaf üzrə mütəxəssislər qeyd edirlər ki, bəzi ailələr müxtəlif səbəblərdən diaqnozu gecikdirirlər. Bəzən valideynlər "atası da gec danışıb", "ayağa gec qalxıb", "zamanla özü düzələr" kimi fikirlərə inanaraq mütəxəssisə müraciəti təxirə salırlar. Halbuki bu gecikmə uşağın inkişafında əlavə çətinliklər yarada bilər.Mütəxəssislərin sözlərinə görə, 0–3 yaş dövrü beynin inkişafı üçün ən həssas mərhələ olsa da,...
14 İyul 2026, 09:35