Bizə yazın

Baku

-°C

USD

-

Macarıstan Rusiya ilə əməkdaşlığa son verdi

Dünya 16 İyul 2026, 08:26

366

Macarıstanın müdafiə naziri Romuluş Rusin-Sendi ölkəsinin Rusiya ilə əməkdaşlığa son verdiyini açıqlayıb.

Citypost.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Budapeştin NATO müttəfiqlərinin etimadını bərpa etməyi və Moskva qarşısında "qapını bağlamağı" hədəflədiyini bildirib.

Onun sözlərinə görə, hökumət Rusiyanın mümkün müdaxilə cəhdlərinin qarşısını alır və xarici siyasətdə prioritetləri Qərb tərəfdaşlarının xeyrinə dəyişir.

Yeni kursun göstəricisi kimi, Macarıstan əvvəlki rəhbərliyin addımları ilə bağlı müttəfiqlərindən üzr də istəyib. (Modern.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Liviya sahilləri yaxınlığında qayıq aşıb, 50-yə yaxın miqrant itkin düşüb

Liviyanın şərq sahilləri yaxınlığında mühacirləri daşıyan qayığın aşması nəticəsində 50-yə yaxın insan itkin düşüb.AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, Avropa istiqamətində üzən qayıqda aralarında uşaq və qadınların da olduğu 60 miqrant var imiş.Hadisə Liviyanın Bərdəa adası yaxınlığında baş verib. Batanlardan on nəfər xilas olaraq adaya gəlib. Liviya sahil mühafizə qüvvələrinin axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi bildirilir.Xatırladaq ki, ötən ay Liviya sahilləri yaxınlığında qayığın batması nəticəsində 51 miqrant itkin düşmüşdü. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ümumiyyətlə, yanvarın 1-dən mayın 16-dək bu istiqamətdə 800-dən çox miqrant ölümü qeydə alınıb. Ötən il bu yolda ölən və ya itkin düşənlərin sayı 1300 nəfərdən...

16 İyul 2026, 09:38

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 2 milyard dollar dəyərində raket yönləndirmə sistemlərinin mümkün satışını təsdiqləyib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.Məlumata görə, sövdələşmə çərçivəsində krallığa 20 minədək APKWS-II lazerlə idarə olunan raket dəsti və digər hərbi avadanlıqların satılması nəzərdə tutulur.Əsas podratçı şirkət kimi BAE Systems çıxış edəcək.

16 İyul 2026, 09:13

CENTCOM İran limanına gedən boş tankeri vurub

ABŞ Silahlı Qüvvələri Fars körfəzinin akvatoriyasında İranın Xark adasına doğru hərəkət edən, Kurasao bayrağı altında üzən "Belma" neft tankerinə zərbə endirib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb."ABŞ qüvvələri İrana qarşı dəniz blokadasının həyata keçirilməsini təmin edib və iyulun 15-də Fars körfəzindəki İran limanına keçməyə cəhd edən boş neft tankerini sıradan çıxarıb", – deyə bəyanatda bildirilib.CENTCOM əlavə edib ki, gəmi dəfələrlə edilən xəbərdarlıqlara cavab verməyib.Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gəminin tüstü borusunu Hellfire raketləri ilə vuraraq onun hərəkət imkanını məhdudlaşdırıb....

16 İyul 2026, 09:00

Amerika 7 İran hərbçisini öldürdü

İran ordusu ABŞ-nin raket zərbəsi nəticəsində 7 hərbçisinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib.Citypost.az  xəbər verir ki, bu barədə İranın dövlət mediası hərbi qurumlara istinadən məlumat yayıb.Bildirilib ki, ABŞ-nin İranın cənub-şərqində yerləşən Bampur şəhərindəki kazarmaya endirdiyi raket zərbəsi nəticəsində 7 hərbçi ölüb, daha 13 nəfər yaralanıb. İran ordusu bunu ABŞ-nin ölkənin quru qoşunlarına qarşı həyata keçirdiyi ilk birbaşa zərbə kimi qiymətləndirib. İran Silahlı Qüvvələri hadisəyə cavab veriləcəyini bəyan edib. (Unikal)...

16 İyul 2026, 08:48

ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir

ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici ölkələrə yardım siyasətində dövlət vəsaitləri əvəzinə özəl investisiyalara və ticarət razılaşmalarına üstünlük verməyi planlaşdırır.Citypost.az xəbər verir ki, bu barədə "Fox" News məlumat yayıb.Məlumata görə, Vaşinqton hesab edir ki, ABŞ-ın xarici yardım siyasətinin əsas hərəkətverici qüvvəsi vergi ödəyicilərinin vəsaiti hesabına ayrılan yardımlar deyil, özəl investisiyalar, ticarət və Amerika biznesi olmalıdır.ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, uzun illər ərzində ABŞ və digər ölkələr bu proqramlara milyardlarla dollar xərcləsələr də, bunun müqabilində çox az nəticə əldə ediblər.Onun sözlərinə görə, BMT və inkişaf agentliklərinin platformalarında qeyri-hökumət təşkilatları, akademik dairələr və hökumətlər təmsil olunsa da, iqtisadi artım...

16 İyul 2026, 08:15

Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa müraciətində ABŞ-ın İranı zəiflətməyə və parçalamağa çalışdığını iddia edib.APA-nın Tehran bürosunun məlumatına görə, Qalibaf bildirib ki, ABŞ-ın strategiyası yalnız İran İslam Respublikası sistemini dəyişdirmək deyil, həm də ölkənin ərazi bütövlüyünü hədəf almaqdır.O vurğulayıb ki, İran müharibə istəmir, lakin daim müdafiəyə hazır olmalıdır. Bununla yanaşı, diplomatiya və danışıqların milli maraqların qorunması və möhkəmləndirilməsi üçün vacib vasitələr olduğunu, bu iki istiqamətin bir-birinə zidd qiymətləndirilməməli olduğunu deyib.Qalibaf İranın müharibə dövründə Hörmüz boğazını bağlamasını düzgün addım adlandıraraq bildirib ki, bu qərar milli təhlükəsizliyin qorunması baxımından əsaslı olub.Onun sözlərinə görə, İran danışıqlar zamanı Hörmüz boğazında tətbiq edilən qaydaların...

15 İyul 2026, 22:23