Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Cəmiyyət 16 İyul 2026, 12:33
316
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Həmçinin oxuyun
Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.
Görüş zamanı Azərbaycanla Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ukraynanın yeni Baş naziri təyin edilib
Sergey Koretski Ukraynanın yeni Baş naziri təyin edilib.Citypost.az xəbər verir ki, Ukrayna mediasının xəbərinə görə, Ali Radada keçirilən səsvermədə onun namizədliyinə 289 deputat səs verib.Sergey Koretski "Naftogaz"ın rəhbəridir. (APA)
16 İyul 2026, 13:25
Ucarda ev külə döndü
Ucar rayonunda fərdi yaşayış evində yanğın baş verib.Citypost.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.Gecə saatlarında kənd sakini Namiq İbrahim oğlu Süleymanova məxsus ümumi sahəsi 160 kvadratmetr olan dördotaqlı yaşayış evində yanğın başlayıb.Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
16 İyul 2026, 13:20
Rafiq Həşimov “TÜRKSOY” medalı ilə təltif edildi
Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov 60 illik yubileyi ərəfəsində türk mədəniyyətinə verdiyi töhfələrinə görə “TÜRKSOY” medalı ilə təltif edilib.Citypost.az xəbər verir ki, medalı yubilyara TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.S.Rayev təmsil etdiyi qurum tərəfindən bu medalın türk mədəniyyətinə xidmətlərinə görə verildiyini qeyd edib: “Bu medal ilk dəfə olaraq televiziya xadiminə verilir. Azərbaycanın görkəmli televiziya və kino xadimi, ssenarist, telejurnalist, eyni zamanda esseist və tərcüməçi Rafiq Həşimovun 60 illik yubileyidir. Rafiq müəllim bir çox bədii-sənədli filmlərin müəllifdir.Bir-birindən maraqlı tv proqramlarının aparıcısı və müəllifidir. Onların sırasında türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat və elm xadimləri var. Biz TÜRKSOY olaraq onun bu...
16 İyul 2026, 13:16
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 17-də havanın 38 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə...
16 İyul 2026, 12:20
Bu məktəblərdə yeni tədris sistemi başlayır
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Citypost.az -a verilən məlumata görə, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.Bildirilib ki, BŞTİ tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir: "Yeni təmayül tədris...
16 İyul 2026, 12:13
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər."John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.Görüş əsnasında Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu...
16 İyul 2026, 11:56