Bizə yazın

Baku

-°C

USD

-

Genetik xəstəlik anlayışı nə dərəcədə doğrudur?

Tibb 16 İyul 2026, 10:50

418

Son illər insanlar arasında ən çox rast gəlinən yanlış fikirlərdən biri də budur ki, əgər valideyndə şəkərli diabet və ya digər xroniki xəstəlik varsa, övladın da mütləq həmin xəstəliyə tutulacağı düşünülür. Mütəxəssislər isə bildirirlər ki, genetik meyilliliklə xəstəliyin yaranması eyni anlayış deyil. Xəstəliyin formalaşmasında irsiyyətlə yanaşı, həyat tərzi, qidalanma və fiziki aktivlik də həlledici rol oynayır.

Citypost.az xəbər verir ki, endokrinoloqun sözlərinə görə, qəbuluna gələn pasiyentlərin əksəriyyəti "Anam şəkər xəstəsidir, mən də mütləq şəkər olacağam" fikri ilə yaşayır. Halbuki bu, tibbi baxımdan tam doğru yanaşma deyil.Genetik meyillilik müəyyən risk yaratsa da, həmin riskin xəstəliyə çevrilib-çevrilməməsi əsasən insanın həyat tərzindən asılıdır.

"Pasiyentlərə həmişə deyirəm ki, təsəvvür edin, sizi doğulduğunuz gündən tamamilə fərqli qidalanma mədəniyyətinə malik bir ailədə böyütsəydilər. Məsələn, daha sağlam qidalanan, un məmulatlarından və şirniyyatdan az istifadə edən bir ailədə böyüsəydiniz, bəlkə də şəkərli diabet heç vaxt inkişaf etməyəcəkdi. Burada məqsəd hansısa xalqı digəri ilə müqayisə etmək deyil. Söhbət yalnız qidalanma vərdişlərinin insan sağlamlığına təsirindən gedir", – deyə həkim vurğulayıb.

Mütəxəssis qeyd edir ki, ailədə formalaşan qidalanma modeli nəsildən-nəslə ötürülür. Uşaq valideyninin necə qidalandığını görərək böyüyür və gələcəkdə eyni vərdişləri öz ailəsində də davam etdirir.

"Əgər evdə həftənin bir neçə günü xəmir xörəkləri, yağlı yeməklər, şirniyyatlar hazırlanırsa, uşaq bunu normal həyat tərzi kimi qəbul edir. Daha sonra özü ailə quranda həmin qidalanma modelini öz övladlarına da ötürür. İnsanlar bunu çox vaxt genetika adlandırırlar. Halbuki əksər hallarda söhbət irsi xəstəlikdən yox, irsi qidalanma vərdişindən gedir", – deyə o bildirib.

Həkimin sözlərinə görə, şəkərli diabetin, piylənmənin və metabolik sindromun artmasının əsas səbəblərindən biri də yüksək kalorili qidaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsidir.

"Genetik meyillilik yalnız zəmin yaradır. Xəstəliyi aktivləşdirən isə yanlış həyat tərzidir. Daim yüksək kalorili qidalar qəbul etmək, az hərəkət etmək, artıq çəki toplamaq və stress şəkərli diabet riskini xeyli artırır. Əksinə, düzgün qidalanma, normal bədən çəkisinin qorunması və fiziki aktivlik həmin riski əhəmiyyətli dərəcədə azalda bilər", – deyə endokrinoloq qeyd edib.

Mütəxəssis valideynlərə də çağırış edərək bildirib ki, uşaqların gələcək sağlamlığı məhz ailədə qoyulan düzgün qidalanma təməlindən başlayır.

"Bu zənciri qırmaq mümkündür. Valideynlər öz qidalanma vərdişlərini dəyişməklə övladlarının gələcək sağlamlığına böyük töhfə verə bilərlər. Sağlam qidalanmaq aclıq çəkmək demək deyil. Sadəcə balanslı və ölçülü qidalanmaq lazımdır. Bəzən az yemək, amma düzgün yemək insanın sağlam qalmasının ən vacib şərtlərindən biridir", – deyə həkim vurğulayıb.

Sonda endokrinoloq qeyd edib ki, "mənim ailəmdə bu xəstəlik var, deməli məndə də olacaq" düşüncəsi insanları ümidsizliyə salmamalıdır. Onun sözlərinə görə, genetik meyillilik taleyi müəyyən etmir. Sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm tibbi nəzarət bir çox hallarda xəstəliyin qarşısını almağa imkan verir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kondisioner burnu necə qurudur? – LOR mütəxəssisləri səbəbləri  izah edir  

Yay aylarında kondisioner həm evlərdə, həm də ofislərdə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət kondisionerli mühitdə qalmaq burun boşluğunun selikli qişasına mənfi təsir göstərə, quruluq, qıcıqlanma və yuxarı tənəffüs yolları ilə bağlı müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisionerin əsas funksiyası havanı soyutmaq olsa da, bu proses zamanı otaqdakı rütubət də azalır. Halbuki burun selikli qişasının normal fəaliyyət göstərməsi üçün otaqdakı nisbi rütubətin təxminən 40–60 faiz arasında olması tövsiyə edilir. Kondisionerin intensiv işlədiyi qapalı məkanlarda isə bu göstərici bəzən 20–30 faizə qədər enə bilir.Nəticədə nəfəs aldıqca burun selikli...

16 İyul 2026, 09:30

Yuxudan duran kimi ilk olaraq su içmək niyə tövsiyə olunur?

Səhər yuxudan oyanan kimi ilk olaraq bir stəkan su içmək son illərdə həkimlərin ən çox tövsiyə etdiyi sağlam vərdişlərdən birinə çevrilib. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gecə boyunca orqanizm uzun müddət maye qəbul etmədiyi üçün müəyyən dərəcədə susuzlaşma baş verir. Bu səbəbdən günə su ilə başlamaq bədənin normal fəaliyyətini bərpa etməyə kömək edir.Həkimlər bildirirlər ki, insan orqanizmi yuxu zamanı orta hesabla 6-8 saat ərzində su qəbul etmir. Bu müddətdə nəfəsalma, tərləmə və digər fizioloji proseslər nəticəsində bədən müəyyən miqdarda maye itirir. Səhər oyandıqdan sonra içilən bir-iki stəkan su həmin maye çatışmazlığını aradan qaldırmağa kömək edir və hüceyrələrin normal...

16 İyul 2026, 08:20

Dermatoloqlar sızanaqların əsl səbəblərini açıqladı

Dəridə yaranan sızanaqlar, səpkilər və digər dəyişikliklər insanların ən çox narahat olduğu sağlamlıq problemlərindən biridir. Xüsusilə üz nahiyəsində yaranan akne həm estetik narahatlıq yaradır, həm də bir çox hallarda insanların müxtəlif yanlış məlumatlara inanmasına səbəb olur. Uzun illərdir cəmiyyətdə dolaşan fikirlərdən biri də sızanaqların "qurd xəstəliyi" ilə əlaqəli olmasıdır. Lakin mütəxəssislər bildirirlər ki, bu iddianın elmi əsası yoxdur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, dərinin ən böyük üstünlüyü onun orqanizmdə baş verən dəyişiklikləri ilk göstərən orqanlardan biri olmasıdır. Digər daxili orqanlarda yaranan problemlər uzun müddət gizli qala bildiyi halda, dəridə baş verən ən kiçik dəyişiklik belə insanın diqqətini dərhal cəlb...

15 İyul 2026, 10:45

Çənə nahiyəsində yaranan sızanaqlarla bağlı həkimlərdən xəbərdarlıq  

Dərinin müxtəlif nahiyələrində yaranan sızanaqların səbəbi hər zaman yalnız dəri problemi olmur. Həkimlərin sözlərinə görə, xüsusilə qadınlarda çənə və çənəaltı nahiyədə təkrarlanan sızanaqlar əksər hallarda hormonal dəyişikliklərin göstəricisi ola bilər. Bu səbəbdən belə hallarda yalnız kosmetik vasitələrdən istifadə etmək kifayət etmir, problemin əsas səbəbi araşdırılmalıdır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, dermatoloq qəbuluna müraciət edən qadınlara ilk növbədə menstrual sikllə bağlı suallar verilir. Xüsusilə aybaşıdan əvvəl və ya aybaşı günlərində çənə nahiyəsində sızanaqların sayının artıb-artmaması həkim üçün mühüm diaqnostik əhəmiyyət daşıyır. Əgər pasiyent bu dövrdə sızanaqların daha da çoxaldığını bildirirsə, bu, hormonal balansın pozulmasına dair ciddi ipucu hesab olunur.Həkimlərin sözlərinə...

15 İyul 2026, 09:48

Həkimlərdən sağlam çəki itirməklə bağlı vacib tövsiyələr  

Artıq çəki və piylənmə müasir dövrdə milyonlarla insanın qarşılaşdığı ən ciddi sağlamlıq problemlərindən biridir. Lakin mütəxəssislər bildirirlər ki, insanların arıqlamaq istəyinə baxmayaraq, bu yolda qarşılarına çıxan ən böyük maneə yanlış məlumatlar, sosial şəbəkələrdə yayılan reallığı əks etdirməyən vədlər və sağlam qidalanma ilə bağlı formalaşmış səhv təsəvvürlərdir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bir çox insan pəhrizə başlayarkən ilk növbədə ac qalacağını düşünür. Halbuki düzgün qidalanma heç də aclıq demək deyil. Əsas məqsəd orqanizmi lazımi vitamin, mineral, zülal, yağ və karbohidratlarla təmin etməklə sağlam şəkildə artıq çəkidən azad olmaqdır.Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələrdə tez-tez rast gəlinən "2 aya 15 kilo",...

15 İyul 2026, 08:21

Zobun müalicəsi necə aparılır? Həkimlər ən effektiv üsullar barədə danışırlar  

Qalxanabənzər vəzinin xəstəlikləri, xalq arasında daha çox "zob" adı ilə tanınır və bu problemlər hər bir xəstədə eyni şəkildə müalicə olunmur. Mütəxəssislərin sözlərinə görə, müalicə üsulu ilk növbədə zobun hansı növ olmasından, qalxanabənzər vəzinin funksional vəziyyətindən və xəstəliyin yaratdığı fəsadlardan asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, zob tək bir xəstəlik deyil. Bu anlayışın altında qalxanabənzər vəzinin hormon çatışmazlığı, hormon artıqlığı, düyünlü dəyişikliklər və hətta bədxassəli şişlər kimi müxtəlif patologiyalar dayanır. Buna görə də hər xəstə üçün fərdi yanaşma vacibdir.Əgər qalxanabənzər vəzi kifayət qədər hormon istehsal etmirsə və xəstədə hipotireoz aşkarlanırsa, əsas müalicə yolu əvəzləyici hormonal terapiyadır....

14 İyul 2026, 10:25