Bizə yazın

Baku

-°C

USD

-

Əli Məmmədov: Taleh Yüzbəyov haterlərinə qalib gəldi

Cəmiyyət 16 İyul 2026, 10:07

425

Taleh Yüzbəyovun çəkdiyi reklamı ilk izləyəndə məndə qeyri-adi heç bir təəssürat yaranmadı. Nə bəyəndim, nə də bəyənmədim. Sürüşdürüb keçdim. Məni təəccübləndirən isə sonradan yaşananlar oldu.

Məncə Taleh özü də qəbul edər ki, bu reklam onun çəkdiyi ən yaxşı reklam deyil. Ancaq özlərini feminist adlandıran qrupun xüsusi cənfəşanlığı sayəsində bir anda ölkənin əsas gündəmindən biri bu reklam oldu. Və məhz bu baxımdan Talehin öz haterlərinə qalib gəldiyi aşkardı. Çünki reklam silinsə belə reklamın hər iki tərəfi üçün də arzu olunan rezonansı doğurdu.

Gəlin etiraf edək ki, o reklam bəyənilməyə bilər, irad ola bilər, amma içində qadına qarşı heç bir təhqir yoxuydu. Məsələni bu qədər böyüdüb təhqir və linçə aparacaq qədər ağır bir səbəb yoxuydu ortada. Bundan daha betər nümunələr olub bu ölkədə. Heç birinə belə aqresiv münasibət göstərilməyib. 

Ümumiyyətlə, bizdəki feministlərin qadın hüquqları uğrunda mübarizə yox, məhz kişi düşmənliyi apardığını onları azca tanıyan hər kəs bilir. Bu baxımdan bir çoxunun psixoloq dəstəyinə ciddi ehtiyacı olduğunu onlarla hər təmasda olanda deyirəm.

Bu nümunədə də məsələ qadın hüquqlarını müdafiə etmək yox, sadəcə "köhnə dost"ları Talehi kütləvi halda yad edib, onu cəmiyyət qarşısında linç etdirərək reputasiyasını məhv etmək cəhdiydi. Hə, bir də əlbəttə ki, hələ mövcud olduqlarını xatırlatmaq, gündəmə gəlmək. Belə mübarizə üsulu isə nəinki qadına, heç bir insana yaraşmır.

İstənilən kişi düşmən bir kişiyə qarşı necə mübarizə aparacağını yaxşı bilir. Çünki insanlıq tarixi boyunca kişinin düşməni kişi olub, qadının düşməni də qadın (istisnalar xaricində). 

Kişilərin qadın düşmənləri yeni-yeni ortaya çıxdığı, istifadə etdikləri linç metodları hələ öyrəşmədiyimiz metodlar olduğu üçün kişilər olaraq şokdayıq. Hələ qərar verə bilməmişik ki, bu tayfayla necə mübarizə aparaq ki, həm layiqli cavab olsun, həm də qadın düşməni olmayaq. Hələ ki, düşdükləri səviyyəni acı bir təbəssümlə izləməkdən başqa əlimizdən heç nə gəlmir.

Kişi, qadın fərq etmir. Bizim üçün hər kəs insandır. İnsan olmağı bacaran hər kəs baş tacımızdır. Tanrı bütün insanları bizim feministlərin şərindən qorusun

Əli Məmmədov 

Kino aktyor

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəyə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.Dövlət başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Mahmud Abbasın Azərbaycana səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırlayıb.Məhəmməd Mustafa Fələstində hazırda çətin...

16 İyul 2026, 11:15

Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA 

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 11:00-a olan məlumatında qeyd edilibBelə ki, düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib....

16 İyul 2026, 11:05

Yazıçıdan Taleh Yüzbəyovun reklamına tənqidi yanaşma

Taleh bəyin çəkildiyi reklam roliki ilə bağlı paylaşımların və şərhləri oxudum. Qarşıdurma yaşayan hər iki tərəf tutarlı arqumentlər irəli sürür, ona görə ortaq qənaətə gəlmək heç cür mümkün olmur. Məncə, problemin ən böyüyü üslubdadır. İndiki halda kadrarxası səsdə.... O, şərh verərək müəllif kimi ekran təhkiyəsinə müdaxilə edir, tərəf tutur, tamaşaçını yönəldir, estetik əməliyyat keçirənlərə qarşı açıq şəkildə aşağılayıcı təbliğat aparır. Kadrarxası səs olmasa, qadınlar arasındakı fərqi yalnız görüntü ilə təqdim edib, nəticə çıxarmağı tamaşaçının phdəsinə buraxsa, demək istədiklərini tamaşaçıya dedirdə bilsə, reklam roliki daha sənətyönlü alınar, bu qədər narazılıq yaratmaz və Taleh bəyin rejissor-aktyor reputasiyası dondurma naminə təhdid altına düşməzdi. Xeyr, dostumuzu bir çoxu kimi...

16 İyul 2026, 11:03

Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb 

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

16 İyul 2026, 10:46

Nağı Nağıyev Milli Depozit Mərkəzində yüksək vəzifəyə gətirildi

Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Nağı Nağıyev qurumun İdarə Heyətinin üzvü təyin edilib.Bu barədə Citypost.az-a Mərkəzdən məlumat verilib.O, 1995-ci ildə Bakıda anadan olub, ali təhsilini Böyük Britaniyada alıb - 2013–2016-cı illərdə Londondakı "City University"də "İnvestisiya və maliyyə risklərinin idarə edilməsi" proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib, daha sonra təhsilini həmin universitetdə davam etdirərək 2017-ci ilin sentyabrında "Layihələrin idarə edilməsi, maliyyə və risk" ixtisası üzrə magistr dərəcəsi əldə edib, 2018–2023-cü illərdə isə "University College London"da doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.N.Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında...

16 İyul 2026, 10:44

Qubada 5 aylıq hamilə xəstəxanada ölüb 

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.Citypost.az xəbər verir ki,  5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

16 İyul 2026, 10:43