İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Cəmiyyət 16 İyul 2026, 11:15
404
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.
Citypost.az xəbər verir ki, dövlət başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəyə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.
Dövlət başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Mahmud Abbasın Azərbaycana səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırlayıb.
Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə edib. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib.
Həmçinin oxuyun
Görüşdə 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans"ın və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı"nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulanıb.
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirilib.
Baş nazir bunlara görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.Görüş zamanı Azərbaycanla Fələstin arasında qarşılıqlı faydalı...
16 İyul 2026, 12:33
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər."John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.Görüş əsnasında Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu...
16 İyul 2026, 11:56
Almaniyanın xarici işlər naziri ABŞ-ın təhdidləri fonunda Haaqa Məhkəməsini müdafiə edir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-ın təhdidlərindən sonra Haaqa məhkəməsinin müdafiəsinə qalxıb.Citypost.az Almaniya KİV-lərinə istinadən xəbər verir ki, DW-nin məlumatına görə, Vaddeful deyib: "Beynəlxalq Cinayət Məhkəməsi dünyanı daha təhlükəsiz və daha ədalətli edir".Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi insanlığa qarşı ən dəhşətli cinayətlər (məsələn, uşaq əsgərlərin cəlb edilməsi) üzrə hökmlər çıxarıb və cinayətkarları məsuliyyətə cəlb edib. Vaddeful əmindir ki, mümkün çatışmazlıqlar "bu vacib qurumun mövcudluğunu və onun nailiyyətlərini şübhə altına almaq" üçün bir səbəb deyil....
16 İyul 2026, 11:55
İsrail 12 fələstinli məhbusu azadlığa buraxıb
İsrail höküməti tərəfindən azad edilən 12 fələstinli məhbus Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Qəzza zolağına çatdırılıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, azad edilən şəxslər Qəzzanın mərkəzində yerləşən Əl-Əqsa xəstəxanasına yerləşdiriliblər.Bildirilir ki, hazırda İsrail həbsxanalarında 9 mindən çox fələstinli məhbus saxlanılır.Eyni zamanda, iyulun 16-sı səhər saatlarında İsrail ordusunun Qəzza şəhərinə endirdiyi zərbələr nəticəsində azı üç fələstinlinin həlak olduğu qeyd edilir.Məlumata əsasən, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı 73 246 nəfərə, yaralananların sayı isə 173 727 nəfərə çatıb.Turan...
16 İyul 2026, 11:45
Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Fəxri xiyabandaÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az xəbər verir ki, Fələstin dövlətinin Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub....
16 İyul 2026, 11:40
Dünya çempionu məktəbli Adil Əliyevlə görüşdü
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğur qazanaraq dünya birincisi adına layiq görülən "Dünya Məktəbi"nin 5-ci sinif şagirdi, 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevlə görüşüblər.Citypost.az xəbər verir ki, görüş zamanı Adil Əliyev Ali Aslanovu qazandığı böyük nailiyyət münasibətilə təbrik edib, ona gələcək təhsil və elmi fəaliyyətində yeni uğurlar arzulayıb. Qeyd edək ki, Ali Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanovun oğludur.Turan...
16 İyul 2026, 11:40