Bizə yazın

Baku

-°C

USD

-

Hidayət Heydərov CƏZALANDIRILDI 

Cəmiyyət 16 İyul 2026, 14:00

330

Hidayət Heydərova sosial şəbəkədəki bəzi paylaşımlarına görə intizam tədbiri tətbiq olunub. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir.

Citypost.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı–Balakən qatarları müvəqqəti dayandırılır

Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.Məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək. Balakən–Bakı istiqamətində reyslər isə Qax stansiyasından yola düşəcək.ADY bildirib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1–13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.ADY əlavə edib ki,...

16 İyul 2026, 15:20

Nazirin keçmiş müavininə yeni vəzifə verildi 

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.Citypost.az xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən 2025-ci ilə qədər gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, ötən il bu vəzifədən kənarlaşdırılıb. 

16 İyul 2026, 15:11

Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb 

Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb.Citypost.az xəbər verir ki, hadisə ötən gün baş verib.Məlumata görə, 1934-cü il təvəllüdlü Surayə Babayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Yevlaxın Qasım bəy Zakir küçəsində yerləşən yaşadığı evdə aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

16 İyul 2026, 15:08

11 nəfərin zəhərləndiyi restoran bağlandı 

Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.Citypost.az  xəbər verir ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir....

16 İyul 2026, 15:05

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 "Smart DOST" məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. Hazırda DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı diqqətə çatdırılıb. DOST...

16 İyul 2026, 14:54

Tanınmış jurnalist  komadadır – vəziyyəti kritikdir

Azərbaycanın tanınmış siyasi analitiklərindən, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, onun durumu son dərəcə ağır qiymətləndirilir.Bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.Musavat.com-a danışan Emil Mustafayev bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında koma vəziyyətindədir.Bu xəbər Azərbaycan jurnalist cameəsində dərin kədər hissi yaradıb. Həmkarları...

16 İyul 2026, 14:38