"Araz-Naxçıvan" burundili Abdallah Sudi ilə müqavilə imzalayıb
İdman 16 İyul 2026, 15:26
362
"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Bu barədə Citypost.az klubdan məlumat verilib.
Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.
O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Al-Faisaly", "Muktijoddha", "Əl-Naft", "Kuçinq", "Əl Əttihad", PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.
Həmçinin oxuyun
Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dünya çempionatında Hidayətin çəkisi açıqlandı
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i...
16 İyul 2026, 12:45
Rəşad Ergün: Argentina özünə problem yaradan komandadır
İdman jurnalisti Rəşad Ergün Argentina millisinin dünya çempionatındakı çıxışını dəyərləndirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı fikirlərdə Argentina yığmasının böyük potensiala malik olmasına baxmayaraq, oyunlarda çətin vəziyyəti çox vaxt özü yaratdığını bildirib.Jurnalistin sözlərinə görə, Argentina son bir neçə matçda oyunun taleyini son dəqiqələrə qədər uzadır və bu, komandanın həddindən artıq ehtiyatlı oyun tərzindən irəli gəlir.Rəşad Ergün İngiltərə ilə qarşılaşmaya da toxunaraq qeyd edib ki, Argentina gec açılsa da, sonda haqq etdiyi qələbəni qazanmağı bacardı. Onun fikrincə, baş məşqçi Lionel Skaloni ilk dəqiqələrdən ultraehtiyatlı taktika seçməsəydi, komanda oyunda daha rahat üstünlük əldə edə bilərdi.Jurnalisti əlavə edib ki, hazırkı dünya çempionatında...
16 İyul 2026, 11:28
Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı "Vestri"ni (İslandiya) artıq daha yaxından tanıyır.Citypost.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını söyləyib:"Komandamız oyuna tam hazırdır. Rəqibi artıq daha yaxından tanıyırıq. Oyunu təhlil etmişik. Baxmayaraq ki, uzun yol qət etmişik. Bununla belə, inanıram ki, futbolçularımız matça qədər özlərini tam hazır hiss edəcəklər. Hava soyuq olsa da, futbol üçün əlverişlidir. Heyətdə müəyyən dəyişiklik ola bilər".Qeyd edək ki, "Qarabağ" "Vestri" kollektivini ilk matçda 3 cavabsız qolla məğlub edib....
15 İyul 2026, 22:57
Mingəçevirdə yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib
İyulun 15-də Mingəçevirdə U-14 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib.Citypost.az Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, Kür Olimpiya Tədris İdman Mərkəzində baş tutan yarışda 9 klub və idman cəmiyyətindən 81 cüdoçu iştirak edib.Turnirin keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.Mükafatçıları təqdim edirik:Qızlar36 kq1. Leyla Həsənzadə (Kürdəmir OİK)40 kq1. Zəhra Qaraşova (Yevlax)2. Səhərnaz Mahmudzadə (Qədiroğlu İK)3. Gülsüm Atayeva (İmişli)44 kq1. Nurgül Səməndərli (İmişli)2. Leyla Tağızadə (JC 2012 Saatlı)3. Ayan Hüseynli (İmişli)48 kq1. Mələk Vəliyeva (Qədiroğlu İK)2. Aylin Əliyeva (Yevlax)57 kq1. Gülay Nəsirova (Mingəçevir UGİM)63 kq1. Almara Qasımova (Sabirabad OİK)Oğlanlar38 kq1....
15 İyul 2026, 21:18
“Barselona” DÇ-2026-da çıxış edən müdafiəçi ilə maraqlanır
İspaniya təmsilçisi “Barselona” yay transfer dövründə müdafiə xəttni gücləndirməyi düşünür.Teleqraf xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.Kataloniya klubunun transfer siyahısında İspaniya təmsilçisi “Atletik Bilbao" klubunun futbolçusu Emerik Lyaport və Argentina millisinin və İngiltərənin “Tottenhem” komandasının üzvü Kristian Romero yer alır.Lyaport DÇ-2026-da Pau Kubarsi ilə uğurlu çıxışı sayəsində “Barselona”nın diqqətini cəlb edib. Lakin onun “Atletik”də yüksək maaş alması transferin qarşısındakı əsas maneələrdən biri hesab olunur.Romero isə klub tərəfindən uzunmüddətli perspektivdə müdafiə xəttinin lideri kimi qiymətləndirilir. Argentinalı müdafiəçinin transfer dəyəri 50 milyon avro təşkil edir.Hazırda “Barselona” hər iki futbolçu ilə maraqlanır. Kataloniya təmsilçisinin bu transferlərdən birini reallaşdırması üçün əvvəlcə...
15 İyul 2026, 18:50
Gəncədə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək
İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.
15 İyul 2026, 18:38