Bizə yazın

Baku

-°C

USD

-

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib 

Cəmiyyət 16 İyul 2026, 14:54

339

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 "Smart DOST" məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. Hazırda DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri, dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı diqqətə çatdırılıb. DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, bir sıra ölkələr DOST konsepsiyasına maraq göstərir (Moldova, Özbəkistan və Serbiya) və onlarla bu sahədə təcrübə mübadiləsi aparılır.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin yarımillik fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda vətəndaş müraciətlərinin qəbulu dinamikası, göstərilən xidmətlərin keyfiyyət göstəriciləri, xidmət prosesində tətbiq edilən innovativ rəqəmsal həllər və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı–Balakən qatarları müvəqqəti dayandırılır

Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.Məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək. Balakən–Bakı istiqamətində reyslər isə Qax stansiyasından yola düşəcək.ADY bildirib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1–13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.ADY əlavə edib ki,...

16 İyul 2026, 15:20

Nazirin keçmiş müavininə yeni vəzifə verildi 

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.Citypost.az xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.Qeyd edək ki, Mariana Vasileva 2021-ci ildən 2025-ci ilə qədər gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, ötən il bu vəzifədən kənarlaşdırılıb. 

16 İyul 2026, 15:11

Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb 

Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb.Citypost.az xəbər verir ki, hadisə ötən gün baş verib.Məlumata görə, 1934-cü il təvəllüdlü Surayə Babayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Yevlaxın Qasım bəy Zakir küçəsində yerləşən yaşadığı evdə aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

16 İyul 2026, 15:08

11 nəfərin zəhərləndiyi restoran bağlandı 

Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.Citypost.az  xəbər verir ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir....

16 İyul 2026, 15:05

Tanınmış jurnalist  komadadır – vəziyyəti kritikdir

Azərbaycanın tanınmış siyasi analitiklərindən, Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) hazırda koma vəziyyətindədir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, onun durumu son dərəcə ağır qiymətləndirilir.Bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb. O bildirib ki, Nurani Qasımova hazırda həyatının ən ağır mübarizəsini aparır və vəziyyəti kritik olaraq qalır.Musavat.com-a danışan Emil Mustafayev bildirib ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə demək olar ki, heç kimə məlumat verməyib.Səhhəti kəskin pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin nəzarəti altında koma vəziyyətindədir.Bu xəbər Azərbaycan jurnalist cameəsində dərin kədər hissi yaradıb. Həmkarları...

16 İyul 2026, 14:38

Naxçıvanda əhalinin sayı açıqlanıb 

Naxçıvanda əhalinin sayı açıqlanıb.Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Citypost.az-a verilən məlumata görə, 1 iyun 2026-cı il tarixə MR əhalisinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1212 nəfər və ya 0,3 faiz artaraq 472820 nəfər olub.

16 İyul 2026, 14:25