Yaşar Ağazadə 6 saylı Cəzaçəkmə Müəssisəsində quru aclığa başladı
Cəmiyyət 17 İyul 2026, 13:16
650
6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaşar Vaqif oğlu Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi cənab Mirsaleh Seyidova, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi cənab Fəriz Əliyevə müraciət edərək həyat yoldaşının hüquqlarının pozulduğunu, uzun müddətdir cərimə təcridxanasında saxlanıldığını və quru aclıq aksiyası keçirdiyini bildirib.
Citypost.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, Yaşar Ağazadə müəssisəyə köçürüldüyü gündən etibarən 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyevin qərarı ilə heç bir intizam pozuntusu və ya hüquqi əsas göstərilmədən cərimə təcridxanasına yerləşdirilib. İddialara görə, qərarın surəti məhkuma təqdim edilmədiyindən onun həmin qərardan yuxarı orqanlara və məhkəməyə şikayət vermək hüququ faktiki olaraq məhdudlaşdırılıb.
Ərizədə həmçinin bildirilir ki, Yaşar Ağazadə ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq imkanından da məhrum edilib. Müraciət müəllifi hesab edir ki, bu hal qanunvericiliyin tələblərinə uyğun deyil və ailə ilə əlaqə hüququnun pozulması deməkdir.
Aygün İsmayıllının sözlərinə görə, həyat yoldaşı 2 iyul 2026-cı ildən etibarən cərimə təcridxanasında saxlanılır və artıq 16 gündür quru aclıq aksiyası keçirir. O bildirir ki, bu müddət ərzində nə telefon danışığı, nə də görüş imkanı yaradılıb və ailə onun vəziyyəti barədə məlumat ala bilmir. Müraciətdə Yaşar Ağazadənin həyat və sağlamlığının ciddi təhlükə altında olduğu vurğulanır.
Şikayətdə Penitensiar Xidmət rəhbərliyinin də vəziyyətdən xəbərdar olduğu qeyd edilir. Müraciət müəllifi bildirir ki, 9 iyul 2026-cı ildə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olub, baş verənləri şəxsən ona çatdırıb. Buna baxmayaraq, iddiasına görə, bir həftə keçməsinə rəğmən vəziyyət dəyişməyib və Yaşar Ağazadə hələ də cərimə təcridxanasında saxlanılır.
Ərizədə cərimə təcridxanasındakı saxlanma şəraiti ilə bağlı da ciddi iddialar yer alır. Bildirilir ki, kameralarda təbii işıq və lazımi havalandırma yoxdur, divarlar rütubətlidir, antisanitar vəziyyət hökm sürür, yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulan normalara uyğun gəlmir və məhkumların bir hissəsi yer çatışmazlığı səbəbindən yerdə yatmağa məcbur olur. Müəllif bu şəraitin yalnız cərimə təcridxanasında deyil, müəssisənin yataqxanalarında da müşahidə olunduğunu iddia edir.
Həmçinin oxuyun
Müraciətdə qidalanma ilə bağlı da narahatlıqlar ifadə edilir. İddialara əsasən, məhkumlara verilən yeməklər keyfiyyətsiz hazırlanır, istifadə olunan ərzaq məhsullarının mənşəyi və keyfiyyət sertifikatları barədə məlumat yoxdur, ərzaq anbarında isə antisanitar vəziyyət mövcuddur.
Bundan əlavə, ərizədə müəssisə əməkdaşlarının məhkumlarla kobud rəftar etdiyi, yeni qəbul olunan və cərimə təcridxanasında saxlanılan məhkumların döyülməsi hallarının geniş yayıldığı, axtarış və baxışların insan ləyaqətini alçaldan formada həyata keçirildiyi barədə iddialar da yer alıb.
Aygün İsmayıllı Ombudsman Səbinə Əliyevadan Yaşar Ağazadənin saxlanıldığı yerə təxirəsalınmadan başçəkmə həyata keçirilməsini, vəziyyətinin yerində araşdırılmasını və hüquqlarının təmin olunması üçün tədbirlər görülməsini xahiş edir. O, eyni zamanda, aidiyyəti dövlət qurumlarını cərimə təcridxanasında və müəssisədə saxlanma şəraitinin müstəqil şəkildə yoxlanılmasına çağırır.
Qeyd edək ki, bu material müraciət müəllifinin Ombudsmana ünvanladığı ərizədə yer alan iddia və məlumatlar əsasında hazırlanıb. Sözügedən iddialarla bağlı aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyi təqdim olunduğu təqdirdə materiala əlavə edilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Mediada Azərbaycan dili” təlimləri yekunlaşıb, sertifikatlar təqdim olunub
“Mediada Azərbaycan dili” təlimləri üzrə sertifikatların təqdimat mərasimi keçirilib.Citypost.az təqdimat mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarını dərindən bilməsi xüsusi əhəmiyyət daşıyır.O qeyd edib ki, dövlət dilinin mediada düzgün tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir.Əhməd İsmayılov əlavə edib ki, proqram çərçivəsində jurnalistlər üçün "Mediada Azərbaycan dili" metodik vəsaiti hazırlanıb."Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov isə bildirib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların,...
17 İyul 2026, 13:29
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları başlayıb
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.
17 İyul 2026, 13:24
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.Naxçıvan MR Prokurorluğundan Citypost.az-a verilən xəbərə görə, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər...
17 İyul 2026, 13:00
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilib
İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib.Nazirlər Kabinetindən Citypost.az verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb.Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi...
17 İyul 2026, 12:50
Adil Kərimli Şuşada vətəndaşları qəbul edib
Mədəniyyət naziri Adil Kərimli iyulun 17-də Şuşa şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binasında keçirilən qəbulda doğma yurda qayıtmış Şuşa sakinləri müraciət və təkliflərini diqqətə çatdırıblar.Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib....
17 İyul 2026, 12:48
Şənbə günü rayonlarda 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 18-də havanın 38 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman...
17 İyul 2026, 12:40