Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Cəmiyyət 17 İyul 2026, 18:25
406
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluqdan Citypost.az-a bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram ifadə olunub.
Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlara şəfa diləyiblər.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov, əvvəlcə, dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yeni müstəvidə yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ilə yaxın müddət ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edib. Vurğulanıb ki, qazanılan uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm töhfələr verir.
Hərbi prokuror bildirib ki, ötən il kimi, 2026-cı ilin birinci yarımili də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun uğurları ilə yadda qalıb. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, qanunun aliliyinin təmin olunmasına, o cümlədən Silahlı Qüvvələrdə hüquqazidd əməllərin qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam, obyektiv araşdırılması və tələb edilən səviyyədə prosessual rəhbərlik nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılıb.
Bundan başqa, diqqətə çatdırılıb ki, qanunçuluğun daha da möhkəmləndirilməsində Hərbi Prokurorluqla digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 0,9, qeyri-hərbi cinayətlər isə 4,9 faiz azalıb. O cümlədən 2025-ci ilin birinci yarımili ilə müqayisədə 2026-cı ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 21,2, qulluğa səhlənkar yanaşma cinayətləri 9,1, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 75, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 16,7, xuliqanlıq cinayətləri 71,4, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.
Bildirilib ki, dövlətin, eləcə də fiziki və hüquqi şəxslərin mənimsənilmiş və ya israf edilmiş əmlakları ilə bağlı ziyanın ödətdirilməsi istiqamətində də əhəməiyyətli nailiyyətlər əldə edilib.
Həmçinin oxuyun
Müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması da qeyd olunaraq, Hərbi Prokurorluğun "962 Etimad xətti" əlaqə mərkəzinə 400-dən artıq müraciətin daxil olduğu bildirilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışçılar hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
İclasda qazanılmış uğurlarla yanaşı, bəzi nöqsanlara da yol verildiyi bildirilərək, onların təhlil olunmaqla aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.
Dövlətimizin başçısının prokurorluğa olan yüksək qayğısını minnətdarlıqla vurğulayan Hərbi prokuror, Baş prokuror Kamran Əliyevin hərtərəfli dəstəyi ilə hərbi prokurorluq əməkdaşlarına göstərilən diqqətdən, onlara yaradılmış yüksək iş və məişət şəraitindən də bəhs edib.
Kollegiya iclasına yekun vuran Hərbi prokuror bildirib ki, Hərbi Prokurorluğun kollektivi milli maraqların, dövlətçilik prinsiplərinin və qanunçuluğun qorunması, Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıraraq, üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb."Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident cənab İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan – Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal...
17 İyul 2026, 20:32
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı...
17 İyul 2026, 20:05
Vətən müharibəsi iştirakçısı MİQ-dən 97 bal topladı
"Müəllim daim öz üzərində işləməli, öyrəndiklərini analiz etməli və məntiqi şəkildə mənimsəməlidir".Citypost.az xəbər verir ki, bu sözləri MİQ imtahanında fiziki tərbiyə fənni üzrə 97,5 bal toplayan namizəd Rufan Süleymanov AzEdu.az-a açıqlamasında bildirib."Hazırda 147 nömrəli Texniki-Humanitar Fənlər Liseyində və 177 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Vətən müharibəsi veteranıyam. Müharibədən qayıtdıqdan sonra ilk dəfə MİQ imtahanında iştirak etdim və 60 ballıq sistem üzrə 52 bal topladım. Üç il müəllim kimi fəaliyyət göstərdikdən sonra yenidən özümü MİQ imtahanında sınamaq qərarına gəldim.2024-cü ildə respublika üzrə ən yüksək nəticələrdən birini göstərərək 96,75 bal topladım və ikinci iş yerimə qəbul olundum....
17 İyul 2026, 19:35
Ombudsmana ən çox bu nazirlikdən şikayət edilib
Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.Bu barədə Citypost.az-a Ombudsman aparatından məlumat verilib.Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.Qurumlar üzrə müraciətlərdə Əmək...
17 İyul 2026, 19:06
Bakı metrosunda 6 müasir ventilyator quraşdırılıb
"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:"Onlar temperaturun aşağı salınmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".
17 İyul 2026, 19:00
Azərbaycan Çin ilə QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.Citypost.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov ölkəmizdə səfərdə olan "UnionPay"in sədr müavini və baş icraçı direktoru Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən birgə layihələrin icra statusu, ölkədə rəqəmsal ödəniş ekosisteminin və QR kod əsaslı ödəniş həllərinin inkişafı istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə həmçinin tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı inteqrasiya imkanları müzakirə olunub....
17 İyul 2026, 18:41