Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
Cəmiyyət 17 İyul 2026, 20:05
442
Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.
Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Həmçinin oxuyun
Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.
Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib.
Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər.
Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb."Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident cənab İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan – Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal...
17 İyul 2026, 20:32
Vətən müharibəsi iştirakçısı MİQ-dən 97 bal topladı
"Müəllim daim öz üzərində işləməli, öyrəndiklərini analiz etməli və məntiqi şəkildə mənimsəməlidir".Citypost.az xəbər verir ki, bu sözləri MİQ imtahanında fiziki tərbiyə fənni üzrə 97,5 bal toplayan namizəd Rufan Süleymanov AzEdu.az-a açıqlamasında bildirib."Hazırda 147 nömrəli Texniki-Humanitar Fənlər Liseyində və 177 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Vətən müharibəsi veteranıyam. Müharibədən qayıtdıqdan sonra ilk dəfə MİQ imtahanında iştirak etdim və 60 ballıq sistem üzrə 52 bal topladım. Üç il müəllim kimi fəaliyyət göstərdikdən sonra yenidən özümü MİQ imtahanında sınamaq qərarına gəldim.2024-cü ildə respublika üzrə ən yüksək nəticələrdən birini göstərərək 96,75 bal topladım və ikinci iş yerimə qəbul olundum....
17 İyul 2026, 19:35
Ombudsmana ən çox bu nazirlikdən şikayət edilib
Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.Bu barədə Citypost.az-a Ombudsman aparatından məlumat verilib.Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.Qurumlar üzrə müraciətlərdə Əmək...
17 İyul 2026, 19:06
Bakı metrosunda 6 müasir ventilyator quraşdırılıb
"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:"Onlar temperaturun aşağı salınmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".
17 İyul 2026, 19:00
Azərbaycan Çin ilə QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.Citypost.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov ölkəmizdə səfərdə olan "UnionPay"in sədr müavini və baş icraçı direktoru Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən birgə layihələrin icra statusu, ölkədə rəqəmsal ödəniş ekosisteminin və QR kod əsaslı ödəniş həllərinin inkişafı istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə həmçinin tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı inteqrasiya imkanları müzakirə olunub....
17 İyul 2026, 18:41
Bakının bu rayonlarında mənzillər bahalaşıb - SİYAHI
2026-cı ilin iyununda may ilə müqayəsədə paytaxtda mənzillər bahalaşıb.Bu barədə Citypost.az Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.Məlumata görə, yeni tikililərdə mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalıb. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayim olub.İnzibati rayonlar üzrə ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Belə ki, burada yeni tikililərdə qiymətlər 1,9%, köhnə tikililərdə 2,2%, kotlovan mərhələsində olan mənzillərdə isə 2,8% artıb.Yasamal və Nəsimi rayonlarında yeni tikililərdə qiymətlər 1,8%, köhnə tikililərdə müvafiq olaraq 2% və 2,1%, kotlovondan olan mənzillərdə isə müvafiq olaraq 2,6% və 2,7%...
17 İyul 2026, 18:28