Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 18 İyul 2026, 10:40
461
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.
Citypost.az xəbər verir ki, Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.
Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla tətbiqinə görə təqdim olunub.
Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, müraciətlərin operativ, şəffaf və səmərəli şəkildə qəbulunun və icrasının təmin olunması qeyd olunub. Eyni zamanda, vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilməsi və xidmətlərə rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunu yüksəldən, şəffaflığı artıran və ictimai iştirakçılığı təşviq edən uğurlu idarəetmə modeli kimi qiymətləndirilib.
Bu beynəlxalq mükafat Dövlət Xidmətinin mədəni irsin qorunması və idarə olunması sahəsində tətbiq edilən innovativ yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin və vətəndaşyönümlü xidmət modelinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.
Həmçinin oxuyun
Qeyd edək ki, “Global Business Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Türkiyə, İtaliya, Fransa, Almaniya, Avstraliya, Misir, Yaponiya, İndoneziya, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.
Cari il ərzində Dövlət Xidmətinin qazandığı beynəlxalq mükafatlar mədəni irsin qorunması və idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin, müasir idarəetmə yanaşmalarının və rəqəmsal inkişaf istiqamətində görülən işlərin beynəlxalq müstəvidə rəğbətlə qarşılandığını təsdiqləyir.
Mənbə: https://globalbizmag.com/global-business-magazine-winners-2026/
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib
Azərbaycanın 4–12 yaşlı uşaqlardan ibarət “Nağılçı” Yaradıcılıq Atelyesi Finlandiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşanı uğurla təqdim edib.AZƏRTAC xəbər verir ki, mədəni səfər və tamaşalar “Nağılçı” Yaradıcılıq Atelyesi ilə Finlandiyadakı Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.İlk tamaşa Espoo şəhərində yerləşən Lippulaiva kitabxanasının tədbir zalında nümayiş olunub. Tədbirdə 100-dən çox tamaşaçı iştirak edib. Balaca aktyorlar tamaşanı Azərbaycan və ingilis dillərində təqdim edərək Finlandiya ictimaiyyətinin böyük marağına səbəb olub və alqışlarla qarşılanıblar.İkinci tamaşa isə Finlandiyadakı Azərbaycan Evində nümayiş etdirilib. Tədbirin sonunda iştirak edən uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Qonaqlar balaca aktyorların səhnə mədəniyyətini,...
18 İyul 2026, 11:00
Ucarda yeni "Sağlam məhəllə" istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.Citypost.az xəbər verir ki, "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb. Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi icra olunub.Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan...
18 İyul 2026, 10:20
Sabiq polis zabiti vəfat etdi
Neftçalalı keçmiş polis zabiti vəfat edib.Citypost.az xəbər verir ki, təqaüddə olan polis zabiti Kamal Həsənov 71 yaşında dünyasını dəyişib.Qeyd edək ki, onun qardaşı Kamran Həsənov Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.Allah rəhmət eləsin!
18 İyul 2026, 09:50
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət etdi
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıbBaş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.Citypost.az xəbər verir ki, bu barədə İdarənin müraciətində bildirilib.Qeyd olunub ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:"Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər".Bildirilib ki, sürücülər...
18 İyul 2026, 09:48
Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.
18 İyul 2026, 09:35
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.Bu barədə Citypost.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq....
18 İyul 2026, 09:00