Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Cəmiyyət 17 İyul 2026, 21:05
421
İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən Madat Babayanın müdafiəçisi çıxış edib. O, məhkəmədən 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini, hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Ardınca çıxış edən təqsirləndirilən Madat Babayan müdafiəçisinin mövqeyi ilə razı olduğunu və özünü təqsirli hesab etmədiyini deyib.
Daha sonra söz təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə verilib. Müdafiə tərəfi apellyasiya şikayəti çərçivəsində öz arqumentlərini məhkəmənin diqqətinə çatdırıb.
Bundan sonra zərərçəkmiş şəxslərin nümayəndələri - Şaiq Hüseynov, Arzu Cavadov, Alı Əhmədov və Elmira İsmayılova çıxış ediblər.
Onlar Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünün qanuni və əsaslı olduğunu, məhkəmə istintaqı zamanı təqdim edilmiş foto, video və digər sübutlarla təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların tam təsdiqləndiyini bildiriblər. Nümayəndələr apellyasiya şikayətlərinin əsassız olduğunu vurğulayaraq, hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.
Həmçinin oxuyun
Bununla təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin çıxışları başa çatıb.
Sonra məhkəmə iclasında müdafiə tərəfi, o cümlədən Davit İşxanyan, Levon Mnatsakanyan və David Manukyan vəsatətlər təqdim edib.
Verilmiş vəsatətlərə dövlət ittihamını müdafiə edən prokuror, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı münasibət bildirib.
Vəsatətlərə baxılması üçün məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə davam etdirilib və qərarlar elan olunub. Qərarlara əsasən vəsatətlər qismən təmin olunub.
Məhkəmənin növbəti iclası iyulun 21-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbçimiz həlak oldu
Azərbaycan ordusunun hərbçisi həlak olub.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərbçi Quliyev Ələkbər Rizvan oğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatını itirib.O, bu gün doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
17 İyul 2026, 22:20
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb."Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident cənab İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan – Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal...
17 İyul 2026, 20:32
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
Azərbaycanda təşkili nəzərdə tutulan “Birliyin Gücü – 2026” birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər.Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir.Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı...
17 İyul 2026, 20:05
Vətən müharibəsi iştirakçısı MİQ-dən 97 bal topladı
"Müəllim daim öz üzərində işləməli, öyrəndiklərini analiz etməli və məntiqi şəkildə mənimsəməlidir".Citypost.az xəbər verir ki, bu sözləri MİQ imtahanında fiziki tərbiyə fənni üzrə 97,5 bal toplayan namizəd Rufan Süleymanov AzEdu.az-a açıqlamasında bildirib."Hazırda 147 nömrəli Texniki-Humanitar Fənlər Liseyində və 177 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Vətən müharibəsi veteranıyam. Müharibədən qayıtdıqdan sonra ilk dəfə MİQ imtahanında iştirak etdim və 60 ballıq sistem üzrə 52 bal topladım. Üç il müəllim kimi fəaliyyət göstərdikdən sonra yenidən özümü MİQ imtahanında sınamaq qərarına gəldim.2024-cü ildə respublika üzrə ən yüksək nəticələrdən birini göstərərək 96,75 bal topladım və ikinci iş yerimə qəbul olundum....
17 İyul 2026, 19:35
Ombudsmana ən çox bu nazirlikdən şikayət edilib
Ombudsmanın "916" Çağrı Mərkəzinə bu ilin birinci yarısında ümumilikdə 13 724 zəng daxil olub.Bu barədə Citypost.az-a Ombudsman aparatından məlumat verilib.Bildirilib ki, ən çox müraciət iyun ayında (2 840), ən az isə yanvar ayında (1 768) qeydə alınıb.İlk yarımildə "916" Çağrı Mərkəzinə ən çox "digər" kateqoriyası (3 462), aztəminatlı ailələr (1 617) və istehlakçılar (1 569) tərəfindən müraciətlər daxil olub. Əlilliyi olan şəxslərdən 956, uşaqlarla bağlı isə 772 müraciət qeydə alınıb.Müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898) və aliment məsələləri (784) üstünlük təşkil edib.Qurumlar üzrə müraciətlərdə Əmək...
17 İyul 2026, 19:06
Bakı metrosunda 6 müasir ventilyator quraşdırılıb
"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:"Onlar temperaturun aşağı salınmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".
17 İyul 2026, 19:00