Yun yorğan və döşək təhlükəlidirmi?
Tibb 23 İyul 2026, 08:35
380
Yun yorğan, yun döşək və təbii tükdən hazırlanmış yataq ləvazimatları uzun illərdir insanların ən çox istifadə etdiyi məişət əşyalarındandır. Bir çoxları bu məhsulların daha təbii və sağlam olduğunu düşünsə də, mütəxəssislər bildirirlər ki, xüsusilə allergik xəstəliklərdən əziyyət çəkən insanlar üçün yun yataq dəstləri ciddi problemlərə səbəb ola bilər.
Citypost.az xəbər verir ki, Allergoloqların sözlərinə görə, xüsusilə yaşlı pasiyentlərə və allergiyadan əziyyət çəkən şəxslərə yun və tük doldurulmuş yorğan, döşək və yastıqları sintetik, hipoallergen dolduruculu məhsullarla əvəz etmək tövsiyə olunur.Bu tövsiyəni eşidən bir çox insanlar təəccüblə belə sual verirlər: "Biz illərlə yun yorğan və döşəkdə yatmışıq. O vaxt niyə belə allergik xəstəliklər yox idi?"
Mütəxəssislər bildirirlər ki, əslində allergik xəstəliklər əvvəllər də mövcud olub. Sadəcə, həmin dövrlərdə diaqnostika imkanları bugünkü qədər inkişaf etmədiyindən bu xəstəliklər çox vaxt müəyyən edilmir və başqa səbəblərlə əlaqələndirilirdi. Müasir müayinələr isə göstərir ki, allergik öskürək, allergik rinit və bronxial astmadan əziyyət çəkən insanların böyük hissəsində əsas səbəblərdən biri ev tozu gənələrinə (toz akarlarına) qarşı yaranan allergiyadır.
Həkimlər izah edirlər ki, insanlar paltarını, yorğanını və ya döşəyini çırpanda gün işığında görünən toz hissəcikləri əslində təkcə adi tozdan ibarət deyil. Mikroskop altında baxıldıqda həmin tozun içərisində milyonlarla mikroskopik canlı – ev tozu akarları aşkarlanır.Bu canlılar adi gözlə görünmür. Onlar insanların dərisindən tökülən ölü hüceyrələr, saç, dırnaq qalıqları və digər üzvi hissəciklərlə qidalanırlar. Bundan əlavə, heyvan mənşəli liflər və yun da onların qidalanması üçün əlverişli mühit yaradır.Məhz buna görə də yun və tük doldurulmuş yorğan, döşək və yastıqlar ev tozu gənələrinin çoxalması üçün daha uyğun şərait yaradır. Belə yataq dəstlərində gənələrin sayı artdıqca onların ifraz etdiyi allergen maddələr də çoxalır və bu, allergiyaya meyilli insanlarda xəstəliyin şiddətlənməsinə səbəb olur.Allergoloqlar bildirirlər ki, bu vəziyyət xüsusilə gecələr özünü daha qabarıq göstərir. Pasiyentlərdə uzunmüddətli öskürək, asqırma, burun tutulması, gözlərdə qaşınma, nəfəs darlığı, bronxial astma tutmaları və yuxu pozğunluğu daha çox müşahidə edilir. Nəticədə xəstəliyin gedişi ağırlaşır və dərman preparatlarına ehtiyac artır.
Həmçinin oxuyun
Mütəxəssislər allergiyası olan insanlara yun dolduruculu yataq dəstlərindən mümkün qədər uzaq durmağı, onların əvəzinə sintifon və ya hipoallergen materiallardan hazırlanmış məhsullardan istifadə etməyi tövsiyə edirlər. Bundan əlavə, yataq dəstlərinin mütəmadi olaraq yüksək temperaturda yuyulması, otaqların tez-tez havalandırılması, evdə tozun minimum səviyyədə saxlanılması və nəm təmizliyin aparılması da allergenlərin azalmasına kömək edir.
Həkimlərin fikrincə, düzgün seçilmiş yataq ləvazimatları və gigiyena qaydalarına əməl olunması allergik xəstəliklərin idarə olunmasında dərman müalicəsi qədər vacib rol oynayır. Xüsusilə allergik öskürək, bronxial astma və ev tozu allergiyası olan şəxslər bu tövsiyələrə əməl etməklə həm şikayətlərini azalda, həm də həyat keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Özünüzü sakitləşdirə bilmirsiniz? – Həkimdən faydalı tövsiyələr
"Doktor, əsəbiləşəndə özümü heç cür cilovlaya bilmirəm. Belə vəziyyətdə nə edə bilərəm?"Bu sual psixoloq və psixiatrların ən çox eşitdiyi müraciətlərdən biridir. Mütəxəssislər bildirirlər ki, ilk növbədə bir məqamı unutmaq olmaz: sinir sistemi bir düymə deyil ki, onu basmaqla insan bir anda sakitləşsin. Güclü emosiyalar zamanı bədənimiz stress hormonları ifraz edir və ürək döyüntüsü, nəfəsalma, qan təzyiqi sürətlənir. Buna görə də sakitləşmək üçün orqanizmə bir qədər vaxt vermək lazımdır.Citypost.az xəbər verir ki, həkimlərin tövsiyəsinə görə, əsəbiləşdiyiniz anda ilk növbədə nəfəsinizi tənzimləməyə çalışın. Dərin nəfəs alın, nəfəsi təxminən 4 saniyə saxlayın, sonra yavaş-yavaş nəfəsinizi verin və 6–8 saniyə ərzində nəfəsinizi yenidən saxlayın....
23 İyul 2026, 09:45
Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş
Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir...
22 İyul 2026, 10:38
Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?
Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...
22 İyul 2026, 09:36
Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?
Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...
22 İyul 2026, 08:34
Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı
Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...
21 İyul 2026, 10:39
Yaddaşı gücləndirən dərman var ?
Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...
21 İyul 2026, 09:33