Bizə yazın

Baku

-°C

USD

-

Özünüzü sakitləşdirə bilmirsiniz? – Həkimdən faydalı tövsiyələr  

Tibb 23 İyul 2026, 09:45

403

"Doktor, əsəbiləşəndə özümü heç cür cilovlaya bilmirəm. Belə vəziyyətdə nə edə bilərəm?"

Bu sual psixoloq və psixiatrların ən çox eşitdiyi müraciətlərdən biridir. Mütəxəssislər bildirirlər ki, ilk növbədə bir məqamı unutmaq olmaz: sinir sistemi bir düymə deyil ki, onu basmaqla insan bir anda sakitləşsin. Güclü emosiyalar zamanı bədənimiz stress hormonları ifraz edir və ürək döyüntüsü, nəfəsalma, qan təzyiqi sürətlənir. Buna görə də sakitləşmək üçün orqanizmə bir qədər vaxt vermək lazımdır.

Citypost.az xəbər verir ki, həkimlərin tövsiyəsinə görə, əsəbiləşdiyiniz anda ilk növbədə nəfəsinizi tənzimləməyə çalışın. Dərin nəfəs alın, nəfəsi təxminən 4 saniyə saxlayın, sonra yavaş-yavaş nəfəsinizi verin və 6–8 saniyə ərzində nəfəsinizi yenidən saxlayın. Bu prosesi 3–5 dəqiqə ardıcıl təkrarlamaq sinir sisteminin sakitləşməsinə, ürək döyüntüsünün normallaşmasına və gərginliyin azalmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, soyuq su da stress zamanı faydalı vasitələrdən biridir. Üzünüzü və boynunuzun arxa hissəsini sərin su ilə yumaq sinir sistemini müəyyən qədər rahatlaşdırır və orqanizmin stress reaksiyasını zəiflədir.Bundan əlavə, əsəbiləşdiyiniz anda mübahisəni davam etdirmək əvəzinə, mümkün qədər sakit bir yerə çəkilmək tövsiyə olunur. Ən azı 10–15 dəqiqə tək qalmaq, sakit mühitdə oturmaq və ya qısa piyada gəzmək emosiyaların idarə olunmasına kömək edə bilər.

Həkimlər vurğulayırlar ki, sinir sisteminin sağlam işləməsi üçün yuxu rejimi də böyük əhəmiyyət daşıyır. Gecələr kifayət qədər yatmayan insanlarda əsəbilik, aqressiya, diqqət dağınıqlığı və emosional gərginlik daha çox müşahidə olunur. Buna görə də hər gün eyni saatda yatmaq və 7–9 saat keyfiyyətli yuxu almaq vacibdir.

Mütəxəssislərin sözlərinə görə, fiziki aktivlik, açıq havada gəzinti, balanslı qidalanma və gündəlik stressi azaltmağa yönəlmiş vərdişlər də sinir sisteminin möhkəmlənməsində mühüm rol oynayır.Əgər əsəbilik, təşviş və özünü idarə edə bilməmə halları uzun müddət davam edirsə, gündəlik həyata mane olursa və ya tez-tez təkrarlanırsa, mütləq psixoloq və ya psixiatr müayinəsindən keçmək tövsiyə olunur. Erkən diaqnostika və düzgün müalicə emosional sağlamlığın qorunmasına kömək edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yüksək təzyiq yuxunu niyə pozur?

Arterial təzyiqdən əziyyət çəkən insanların əksəriyyəti gecələr rahat yata bilməməkdən, tez-tez oyanmaqdan və səhərlər yorğun qalxmaqdan şikayət edir. Mütəxəssislər bildirirlər ki, yüksək təzyiq təkcə baş ağrısı və halsızlıq yaratmır, eyni zamanda yuxunun keyfiyyətinə də ciddi təsir göstərir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, gecə yuxusunun pozulmasının ən mühüm səbəblərindən biri stress və psixoloji gərginlikdir. İnsan gün ərzində əsəbi və narahat olduqda orqanizmdə stress hormonlarının səviyyəsi artır, ürək daha sürətlə döyünür və beyin tam rahatlaşa bilmir. Nəticədə insan yatağa uzansa belə yuxuya getməkdə çətinlik çəkir, gecə tez-tez oyanır və dərin yuxu mərhələsinə keçə bilmir.Mütəxəssislər qeyd edirlər ki, təzyiq xəstələrində yuxu problemlərinin...

23 İyul 2026, 10:55

Yun yorğan və döşək təhlükəlidirmi?

Yun yorğan, yun döşək və təbii tükdən hazırlanmış yataq ləvazimatları uzun illərdir insanların ən çox istifadə etdiyi məişət əşyalarındandır. Bir çoxları bu məhsulların daha təbii və sağlam olduğunu düşünsə də, mütəxəssislər bildirirlər ki, xüsusilə allergik xəstəliklərdən əziyyət çəkən insanlar üçün yun yataq dəstləri ciddi problemlərə səbəb ola bilər.Citypost.az xəbər verir ki, Allergoloqların sözlərinə görə, xüsusilə yaşlı pasiyentlərə və allergiyadan əziyyət çəkən şəxslərə yun və tük doldurulmuş yorğan, döşək və yastıqları sintetik, hipoallergen dolduruculu məhsullarla əvəz etmək tövsiyə olunur.Bu tövsiyəni eşidən bir çox insanlar təəccüblə belə sual verirlər: "Biz illərlə yun yorğan və döşəkdə yatmışıq. O vaxt niyə belə allergik xəstəliklər...

23 İyul 2026, 08:35

Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş 

Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir...

22 İyul 2026, 10:38

Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?

Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...

22 İyul 2026, 09:36

Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?

Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...

22 İyul 2026, 08:34

Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı

Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...

21 İyul 2026, 10:39