Ana uşağa laqeyd yanaşırsa, məhkəmə nə qərar verir?
Hüquq 23 İyul 2026, 08:27
406
Boşanma zamanı azyaşlı uşağın hansı valideynin himayəsində qalacağı ilə bağlı qərar verilərkən əsas meyar valideynlərin istəyi deyil, uşağın üstün mənafeyidir. Mütəxəssislər bildirirlər ki, əgər ana uşağa lazımi qayğı göstərmirsə, onun sağlamlığı, təhlükəsizliyi və normal inkişafı üçün zəruri şərait yaratmırsa, bu hal məhkəmə tərəfindən ciddi şəkildə qiymətləndirilə bilər.
Citypost.az xəbər verir ki,məhkəmə bu cür iddiaları formal şəkildə deyil, bütün sübutları araşdırmaqla qiymətləndirir. Tərəflərin izahatları dinlənilir, qəyyumluq və himayəçilik orqanlarının rəyi alınır, zərurət olduqda şahid ifadələri, məktəb və ya uşaq bağçasının məlumatları, tibbi sənədlər və digər sübutlar araşdırılır.
Mütəxəssislər qeyd edirlər ki, əgər müəyyən olunarsa ki, ana uşağa qarşı laqeyd münasibət göstərir, ona lazımi qayğı göstərmir, uşağın tərbiyəsi ilə məşğul olmur, onu təhlükəli və ya sağlam inkişafına mənfi təsir edən mühitdə saxlayır, bu zaman məhkəmə uşağın ananın yanında qalmasının onun maraqlarına uyğun olmadığı qənaətinə gələ bilər.Belə hallarda, əgər ata uşağın normal yaşayışı, təhsili, sağlamlığı və tərbiyəsi üçün daha əlverişli şərait yaratdığını sübut edərsə, məhkəmə uşağın atanın himayəsində qalması barədə qərar qəbul edə bilər.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayırlar ki, yalnız valideynlər arasındakı şəxsi münaqişələr və ya qarşılıqlı ittihamlar məhkəmə üçün kifayət etmir. Hər bir iddia mütləq sübutlarla təsdiqlənməlidir. Məhkəmə emosiyalara deyil, faktlara və uşağın real maraqlarına əsaslanaraq qərar verir.Onların fikrincə, belə mübahisələrdə əsas məqsəd valideynlərdən hansının haqlı olduğunu müəyyən etmək deyil, uşağın təhlükəsiz, sağlam və normal inkişaf edə biləcəyi mühiti seçməkdir. Əgər araşdırmalar nəticəsində uşağın məhz atanın yanında qalmasının onun gələcəyi, tərbiyəsi və psixoloji inkişafı üçün daha əlverişli olduğu müəyyən edilərsə, məhkəmə bu istiqamətdə qərar qəbul edə bilər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
65 yaşlı işləyən şəxs sosial müavinət ala bilərmi?
65 yaşına çatmış vətəndaşların ən çox ünvanladıqları suallardan biri də sosial müavinət və pensiya hüquqları ilə bağlıdır. Xüsusilə işləyən şəxslər müraciət etdikdə sosial müavinətin onlara təyin olunmaması narazılıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu məsələdə qanunvericilik fərqli sosial təminat növlərini bir-birindən ayırır və hər birinin öz hüquqi əsasları mövcuddur.Citypost.az-ın məlumatına görə, vətəndaşlardan biri müraciətində bildirib ki, 65 yaşı tamam olsa da, işlədiyi üçün sosial müavinət almaq məqsədilə etdiyi müraciət qəbul edilməyib. Ona izah olunub ki, işləyən şəxs olduğu üçün sosial müavinət hüququ yaranmır.Mütəxəssislər qeyd edirlər ki, sosial müavinət əsasən qanunvericilikdə müəyyən olunmuş kateqoriyaya aid olan və müvafiq şərtlərə cavab verən şəxslərə...
23 İyul 2026, 09:18
Qeydiyyatda olan qohum evin satışına mane ola bilərmi?
Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr Azərbaycanda ən çox rast gəlinən hüquqi problemlərdən biridir. Xüsusilə ev sahibinin mənzili satmaq istəməsi, lakin həmin ünvanda qeydiyyatda olan qohumların buna etiraz etməsi tez-tez mübahisələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə hallarda əsas məsələ mülkiyyət hüququ ilə yaşayış yeri üzrə qeydiyyat anlayışlarının bir-birindən düzgün fərqləndirilməsidir.Citypost.az xəbər verir ki, vətəndaşlardan biri müraciətində bildirib ki, mənzil tamamilə onun mülkiyyətindədir və çıxarış da onun adınadır. Lakin qaynanası və ailə quran baldızı həmin evdə qeydiyyatda olduqları üçün mənzilin satılmasına mane olurlar. Müraciət müəllifini maraqlandıran əsas sual isə budur: ev sahibi mənzili satmaq üçün onların razılığını almalıdırmı?Hüquq sahəsində çalışan mütəxəssislər...
22 İyul 2026, 11:20
Maklerə verilən beh geri qaytarılmırsa, vətəndaş nə etməlidir?
Daşınmaz əmlak bazarında vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri maklerə və ya vasitəçiyə verilən beh məbləğinin sonradan geri qaytarılmamasıdır. Xüsusilə mənzil alqı-satqısı baş tutmadıqda, bir çox insanlar ödədikləri vəsaiti necə geri ala biləcəklərini bilmirlər. Hüquq mütəxəssislərinin fikrincə, bu kimi hallarda ilk növbədə behin kimə və hansı əsasla verildiyi araşdırılmalıdır.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, beh öhdəliyin təminat vasitələrindən biri hesab olunur. Beh müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyır. Qanunvericiliyə görə, əgər satıcı müqavilənin icrasından imtina edərsə, aldığı behi ikiqat məbləğdə geri qaytarmalıdır. Əgər alıcı alqı-satqıdan imtina edərsə, verdiyi behi geri tələb edə bilmir.Lakin bu...
22 İyul 2026, 09:04
Sərxoş sürücünün törətdiyi ölümlə nəticələnən qəza: Qanun hansı cəzanı nəzərdə tutur?
Yol-nəqliyyat hadisələri ilə bağlı ən ağır hüquqi məsuliyyətlərdən biri sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülərin törətdiyi qəzalara görə tətbiq olunur. Xüsusilə belə hadisə nəticəsində insan ölümü baş verdikdə qanunvericilikdə nəzərdə tutulan cəzalar daha da sərtləşir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, əgər sürücü alkoqollu içkinin, narkotik vasitələrin, psixotrop maddələrin və ya digər sərxoşedici vasitələrin təsiri altında avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub və ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olubsa, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə qiymətləndirilir.Qanunvericiliyə əsasən, belə şəxs 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bundan əlavə, məhkəmənin hökmü ilə onun 5 il...
21 İyul 2026, 10:58
Valideynə baxmayan övladı hansı məsuliyyət gözləyir?
Cəmiyyətdə tez-tez rast gəlinən problemlərdən biri də əmək qabiliyyəti olduğu halda yaşlı və əmək qabiliyyətini itirmiş valideynlərinə maddi və mənəvi dəstək göstərməyən övladlarla bağlıdır. Bir çox hallarda insanlar düşünür ki, valideynə baxmaq yalnız mənəvi borcdur. Halbuki bu məsələ qanunvericiliklə də tənzimlənir və övladların valideynlərini saxlamaq öhdəliyi hüquqi məsuliyyət daşıyır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi açıq şəkildə nəzərdə tutulub. Valideynə qəsdən baxılmaması və onun saxlanılmasından boyun qaçırılması inzibati məsuliyyət yaradır.Mütəxəssislər bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar...
21 İyul 2026, 09:56
Rəhbərlik sizi gündə 9 saat işlədə bilərmi? – Əmək qanunvericiliyi nə deyir?
İşçilərin ən çox ünvanladıqları suallardan biri də gündəlik iş saatları ilə bağlıdır. Bəzi hallarda işçilər bildirirlər ki, rəhbərlik onları hər gün 9 saat, bəzən isə bundan da artıq işləməyə məcbur edir. Bəs bu, qanunidirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin normal iş vaxtını dəqiq şəkildə müəyyən edib və işəgötürən bu normaları özbaşına artıra bilməz.Mütəxəssislər bildirib ki, Əmək Məcəlləsinin 89 və 90-cı maddələrinə əsasən, normal iş vaxtının müddəti gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan artıq müəyyən edilə bilməz. Bu norma əmək münasibətlərində işçinin istirahət hüququnun qorunmasına xidmət edir.Hüquqşünaslar qeyd edib ki, altıgünlük iş həftəsi...
21 İyul 2026, 08:54