"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı
Cəmiyyət 24 İyul 2026, 14:15
396
Xalq yazıçısı Anarın bir neçə gün əvvəl vəfat edən Xalq artisti Tofiq Mirzəyev haqqında "Acı xəbər" yazısı
Uzaq İsraildən acıdan acı xəbər gəldi: Tofiq Mirzəyev vəfat edib. Tofiq mənim unudulmaz baldızım Elmiranın həyat yoldaşı idi, bacanağım olmaqdan başqa, həm də çox yaxın dostum idi. Zemfirayla, Elmirayla, Tofiqlə birlikdə Azərbaycanın yarısını gəzmişdik, Şuşada, Şamaxıda, Şəkidə, Gəncədə, mərhumun ata yurdu Goranboyda unudulmaz günlər, saatlar yaşamışdıq. İstanbulda dərs dediyim zaman Tofiq qardaşı Teymurla qonağımız olmuşdu. Ömrümün ən ağır çağında – yüz gün içində atamı və anamı itirdiyim 1981-ci ildə Tofiq mənim ən yaxın dayağım kimi yanımda idi. Şuşada “Üzeyir ömrü” filmində aparıcı rolda çəkilirdi. Axı biz həm də eyni sənət sahəsində – kinoda çalışırdıq.
Şuşamız yağı işğalı altında olan gedər-gəlməz illərdə kino və teleekranlardan Tofiq Şuşanın füsunkar mənzərəsi fonunda yeni nəsillərə qədim
İndi onu səngərdə bəs üşütmürmü qar, külək? - Əhməd Cəmil
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?
Şuşada çərkəz musiqiləri ifa edildi
Azərbaycan torpağı Qarabağın musiqi həyatından, Üzeyir sənətinin ecazından söz açırdı.
“Üzeyir ömrü” filmindən başqa, Tofiq “Azərbaycanfilm” studiyasının bir çox məşhur filmlərində, hətta “Mosfilm”in çəkdiyi filmdə baş rollarda oynamışdı. Aktyorluq və televiziya rejissorluğu Tofiqin sonrakı peşələri idi. O, konservatoriyanı qaboy ifaçısı kimi bitirmişdi və uzun zaman maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin ifaçılarından olmuşdur. Elə o illərdən böyük sənətkarlarımız Qara Qarayevlə, Fikrət Əmirovla, Tofiq Quliyevlə sıx ünsiyyəti başlayır, kiçik qardaşı Teymur Mirzəyevin iştirakçısı olduğu “Qaya” vokal ansamblı, Müslüm Maqomayevlə birlikdə bütün SSRİ-ni gəzir, bir neçə Afrika ölkəsində olurdu.
Bakının musiqi həyatının özəlliklərini də, Bakı cazının tarixini və yaradıcılarını da Tofiq qədər dərindən bilən başqa birisini tanımıram.
Pərviz Rüstəmbəyov kimi parlaq istedadlı və nakam taleli saksafonçu haqqında ilk dəfə Tofiqdən eşitmişdim və bundan sonra onun haqqında “Qobustan”da yazı verdik.
Tofiqin söhbətlərindən doymaq olmurdu. Onların ya bizim evimizdə, çox vaxt dostlarımızın da iştirakı ilə söhbətlərimiz gecə yarısını da keçir, bəzən səhərəcən çəkirdi.
Klassik musiqini də dərindən bilən Tofiq üçün caz bir növ həyat fəlsəfəsi idi. Hələ sovet dövründə etdiyi bir etirafını unutmuram. Məhrəm söhbətlərimizdə deyirdi ki, “Günəşli vadinin serenadası” Amerika filmində Qlen Millerin caz ansamblını dinləyəndən sonra sovet quruluşunun mahiyyətini dərk etdim.
Həmçinin oxuyun
Şərhə ehtiyac varmı? Sovet sisteminin boğucu mühitində caz – bir udum saf rüzgar nəfəsi kimiydi. Bakıda mövcud quruluşa ilk asilər də məhz caz musiqiçiləri olub.
Tofiq də, Elmira da cavanlıqlarından zahirən də çox gözəl cütlük idilər. Oğullarının xəstəliyi ilə bağlı İsrailə getməyə məcbur olanda, Elmira vətəndən heç ayrılmaq istəmirdi, bəlkə elə bu xiffət xəstəliyini şiddətləndirdi. Vətəndən ayrılmadı, Fəxri xiyabanda dəfn edildi. Neçə il sonra Tofiq oğluyla İsrailə getməli oldu. Amma demək olar ki, hər il Bakıya gəlirdi. Yaxın dostları Rüstəm İbrahimbəyovla, Fərhadlarla – Xəlilov və Bədəlbəyli ilə, Rasim Əliyevlə, Rafiq Hüseynovla görüşürdü. Saatlarla bizimlə – rəhmətlik qayınım Çingizlə, Zemfirayla, Turalla, Günellə xoş saatlar keçirirdi.
İsrar edirdim ki, yaşanmış zəngin ömrü barədə xatirələr yazsın. Bu səpgidə bir neçə çox maraqlı yazılar yazdı da.
Danışırdı ki, İsrail qaydasıyla xaricə getmək istəyəndə yollanacağın ölkənin adını əvvəlcədən qeyd etdirməlisən. Tofiq ABŞ-ı, Fransanı, İtaliyanı qeyd etdirirmiş. Amma getmək məqamı gələndə: “Yox, xahiş edirəm, dəyişin, Azərbaycana getmək istəyirəm”, – deyirmiş. Bir dəfə getmək istədiyi hansısa ölkənin adını deyəndə artıq ona bələd olan qeydiyyatçı: “Gəlin elə bu başdan Bakı yazaq”, – deyib, – “onsuz da vaxtı gələndə fikrinizi dəyişib ora uçacaqsınız”.
Əfsus! Son illər artıq heç bir yerə getməyə səhhəti imkan vermirdi. Yalnız telefonla əlaqə saxlayırdıq. Son aylar xəstəxanada yatdığı üçün heç telefonla da danışa bilmirdik.
Daha Bakıya gələ bilməyəcəyini dərk edirmiş. Son arzusu Bakıda dəfn olunmaq istəyi imiş. Bu da baş tutmadı.
Cismi qərib ölkənin torpağında basdırıldı. Ruhu, xatirəsi, doğma siması, gülüşü, səsi isə əzizlərinin, yaxınlarının, dostlarının qəlbindədir.
Əlvida, Tofiq, əlvida, əzizim.
22 iyul 2026
Kulis
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Peskov: Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək
Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək."Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, ölkə Ukrayna ilə bağlı təklif və müzakirələrə açıqdır, lakin onlar Moskva üçün məqbul olmalıdır.
24 İyul 2026, 16:28
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayon üzrə ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru müavini Mahmud Əfəndiyev iştirak ediblər.S. Qəhrəmanov çıxışında doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb....
24 İyul 2026, 16:20
Banqladeşin prezidenti istefa verib
Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib."Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb."Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm", - o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib.Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini parlamentin spikeri icra edəcək.Qeyd edək ki, M.Şahabuddin 2011-ci ildən 2016-cı ilədək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içib....
24 İyul 2026, 16:08
Prokurorluq 355 qanunsuz qərarı ləğv edib
Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.Bildirilib ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb....
24 İyul 2026, 15:56
RƏSMİ: 6 ayda 13 nəfər mina qurbanı olub
Ermənistanın mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.Bildirilib ki, sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.Vurğulanıb ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb....
24 İyul 2026, 15:54
İlin ilk yarısında 33 nəfər Azərbaycana təhvil verilib
Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxs ölkə xaricindən Azərbaycana ekstradisiya olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunubBildirilib ki, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.
24 İyul 2026, 15:53