Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib
Cəmiyyət 24 İyul 2026, 14:08
517
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Həmçinin oxuyun
Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox xidmət çevik, şəffaf və innovativ yanaşma ilə təqdim edilir.
Özünüməşğulluq proqramının dəstəyi ilə üç sakin üçün kişi bərbərxanası istiqaməti üzrə aktivlər verilib. Proqram iştirakçıları işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib
"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.Citypost.az xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində "Neftçi" İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan "1937" əksini tapıb.Klubdan bildirilib ki, yeni loqo "Neftçi"nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir....
24 İyul 2026, 15:40
Baş Prokurorluqda Kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş Kollegiya iclası keçirilib.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində geniş Kollegiya iclası keçirilib.Giriş nitqi ilə çıxış edən Baş prokuror cari ilin birinci yarımilində ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və beynəlxalq münasibətlər müstəvisində baş vermiş mühüm hadisələrə toxunaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf edən 2026-cı ilin...
24 İyul 2026, 15:38
İyulun bütün sosial ödənişləri yekunlaşdırılıb
Azərbaycanda bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.
24 İyul 2026, 15:33
“Space TV”nin bank hesablarına həbs qoyuldu
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.Citypost.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.Bankdan bildirilib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.“Xalq Bank” gələcəkdə qəbul...
24 İyul 2026, 15:08
Bakı–Tbilisi qatarına yeni vaqonlar əlavə olunacaq
Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparır.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir:"Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə...
24 İyul 2026, 15:00
Səbuhi Əliyev barədə cinayət işi başlandı
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur.Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından,barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib. Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.Notarius həbs edilməyib. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib....
24 İyul 2026, 14:57